

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Hökuməti devirməyə çalışan 5 ifrat sağçı ekstremist həbs edilib
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Alman nəhəngi işçi qüvvəsi böhranı ilə üzləşir
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
... Yaxud çəkindirici Avropanın çıxış yolu supergüclü Almaniyadır
SPD millət vəkillərindən Merzə pis sürpriz, Almaniyada məcburi hərbi xidmət geri qayıdır
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Almaniyalı nazir Tramp-Zelenski gərginliyinə cavab verdi ...
İlk görüş açıq və konstruktiv atmosferdə keçib
Alman politoloq: “AfD-nin səslərinin ikiqat artmasının günahkarı rəqibləridir”
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Seçkidən sonra kabinet hesablamaları başlayıb, Merkeldən SMS gəlib
Dövlət gəlirləri ilk dəfə 2 trilyon avronu keçəcək
... Yaxud 2025-ci il Almaniya seçkiləri və seçici fəallığı
CDU/CSU-nun exit-poll nəticələrinə görə seçkilərdə qələbəsini təmin edəndən sonra ilk bəyanat Xristian Demokrat İttifaqından (CDU) gəldi. Partiyanın baş katibi Karsten Linnemann verdiyi açıqlamada Birlik partiyalarının seçkilərdə qalib gəldiyini bildirib və “Fridrix Merz Almaniyanın yeni kansleri olacaq” deyib. Linnemann bildirib ki, seçicilər Almaniyada siyasi dəyişiklik istəyirlər.
AfD: “Biz koalisiyaya hazırıq”
AfD-nin baş nazirliyə namizədi Alis Veydel, partiyasının “tarixi uğur” əldə etdiyini söyləyib. “Biz CDU ilə koalisiya danışıqlarına açığıq. Xalqın, Almaniyanın iradəsini həyata keçirmək üçün hər zaman bir hökumətdə iştirak etmək üçün əlimizi uzadacağıq. Əks halda Almaniya üçün siyasi dəyişiklik mümkün olmayacaq. Biz indi özümüzü xalq partiyası olaraq möhkəm bir şəkildə yerləşdirdik”, – deyən Veydel federal səviyyədə heç vaxt bu qədər güclü olmadıqlarını vurğulayıb,.
Şolz məğlubiyyətini etiraf edir
Almaniya kansleri və Sosial Demokrat Partiyasının (SPD) kanslerliyə namizədi Olaf Şolz, “Bu, Sosial Demokrat Partiyası üçün acı seçki nəticəsi, həm də seçki məğlubiyyətidir”, – deyib.
2021-ci ildə əvvəlki seçkilərdə nəticənin daha yaxşı olduğunu bildirən Şolz, “Mən də buna görə məsuliyyət daşıyırdım. Budəfəki seçkinin nəticəsi pisdir və ona görə də bu seçkinin nəticələrinə görə günahkar mənəm”.
Şolz Xristian Birliyi (CDU/CSU) partiyalarını və CDU sədri Fridrix Mersi təbrik edib.
Demokratik bir ölkədə yaşadıqlarını və demokratiyanı müdafiə etmək üçün mübarizə apardıqlarını vurğulayan Şolz, “SPD-nin bu ölkədə heç bir partiyaya bənzəməyən uzun bir tarixi var. Buna görə də açıq şəkildə bildirmək istəyirəm ki, AfD kimi ifrat sağçı bir partiyanın bu ölkədə bu cür seçki nəticələri alması heç vaxt qəbul edə bilməyəcəyimiz bir şeydir. Bunu heç vaxt qəbul etməyəcəyəm”, – deyib.
Koalisiya hesabları
Almaniyada seçki sistemi, II Dünya Müharibəsi Ekstremist partiyaların təkbaşına hakimiyyətə gəlməsinin qarşısını almaq üçün İkinci Dünya Müharibəsindən sonra yenidən qurulub.
2023-cü ildəki islahatla parlamentarilərin sayı 630 nəfərlə məhdudlaşdırıldı. Hökuməti qurmaq üçün 316 deputat lazımdır. Heç bir partiyanın bu çoxluğu əldə etməsi gözlənilmir.
Seçkilərdən sonra Almaniyanın yenidən sərt koalisiya danışıqları ilə üzləşəcəyi gözlənilir.
Potensial koalisiya hökumətini təşkil edəcək partiyalar əsasən ölkədə 5 faizlik seçki baryerini neçə partiyanın keçəcəyi ilə müəyyənləşəcək.
Daha çox partiya baryeri keçdikcə daha çox partiya ilə koalisiyaya ehtiyac yaranacaq.
2021-ci il ümumi seçkilərində SPD 27,7 faiz, CDU/CSU 24,1 faiz, Yaşıllar 14,8 faiz, FDP 11,5 faiz, AfD 10,3 faiz və Sol Partiya 4,9 faiz səslə parlamentdə iştirak edib.
Koalisiya hökumətinin yüksək səviyyəli ortağı SPD Baş naziri Olaf Şolz 6 noyabr 2024-cü ildə koalisiyadakı partiyaların nümayəndələri ilə görüşdə büdcə ilə bağlı fikir ayrılığına görə FDP-nin də lideri olan maliyyə naziri Kristian Lindneri vəzifəsindən azad etdi.
İclasdan sonra FDP öz nazirlərini hökumətdən geri çağırıb və "svetofor hökuməti" ləğv edilib.
Bundan sonra Şolz Bundestaqda etimad səsi ala bilmədi və prezident Frank-Valter Ştaynmayer fevralın 23-də erkən seçkilərin keçirilməsini istədi. Beləliklə, 2025-ci ilin sentyabrında keçirilməsi planlaşdırılan ümumi seçkilər əvvəlcədən geri çağırıldı.