

Ukrayna atəşkəsə razılıqla Rusiyanı pis vəziyyətdə qoyub
Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
AB-nin mümkün strateji muxtariyyətində Cənubi Qafqazın yeri
Rusiyanın işğalçı müharibəsində həlak olan rus əsgərlərinin analarına “ətçəkən maşın” hədiyyə edilib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
ABŞ və Rusiya BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb
İranda düşünürlər ki, Rusiya və Çinlə fəaliyyət hərbi əməliyyatdan çəkindirəcək
ABŞ-ın NATO-dan çıxmasına cavab: “Əlimizi cibimizə qoymağa hazır olsaq, seçimlərimiz var”
Rusiyanın Ukraynanın şərqinə endirdiyi hava zərbələrdə yanğınsöndürəni vurublar
Fransanın nüvə potensialı ABŞ-a alternativ ola bilərmi, Almaniya nüvə silahı ilə bağlı qapıları açıq qoyur
Brüsselin qərarına Rusiyadan reaksiya gəldi
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
AB Türkiyə də daxil olmaqla 5 NATO ölkəsi ilə əməkdaşlığı artırmaq istəyir
Anlaşmaya qədər ...
Rusiya Ukraynanın enerji və qaz infrastrukturunu hədəfə alır
Putin Makronu Rusiyanı “təhlükə” olaraq gördüyünə görə tənqid etdi
Almaniyanın aparıcı həftəlik xəbər jurnallarından biri olan “Der Spiegel”, NATO-nun Almaniyadan Polşa və Çexiyaya boru xətti çəkməyi planlaşdırdığını açıqlayıb.
Hərbi alyansın artıq Almaniyanın qərbinə qədər uzanan boru kəməri SSRİ ilə münaqişə vəziyyətində qırıcı təyyarələri reaktiv yanacaqla təmin etmək üçün nəzərdə tutulub.
“Der Spiegel”in Almaniyanın daxili hərbi yazışmalarına əsaslanan hesabatına görə, Soyuq Müharibə dövründən qalan bu xəttin Rusiya ilə müharibə vəziyyətində uzadılması nəzərdə tutulur.
Yazışmalarda aşağıdakı ifadələrdən istifadə edildiyi bildirilir: “Fövqəladə vəziyyətdə şərq sərhədinə yerləşdirilə biləcək qüvvələr üçün dayanıqlı yanacaq təchizatı ilə bağlı ciddi problemlər var”.
“Der Spiegel” yazır ki, Almaniya Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmiləri arasında başqa yazışmalarda NATO müttəfiqləri bu boru kəmərlərini “NATO-nun yanacaq təchizatının əsası” kimi təsvir ediblər.
Xəbərdə kəmərin Vezer və Elba kimi çayların altından keçməli olduğu və bunların baş verə biləcək qəzalardan qorunmasına ehtiyac olduğu da bildirilib.
Əsasən 2035-ci ildə başa çatdırılması nəzərdə tutulan layihənin 21 milyard dollara başa gələcəyi gözlənilir.
Almaniyanın müdafiə naziri Boris Pistorius yeni layihəyə 3,5 milyard avrodan çox töhfə verməyə hazır olduqlarını bildirib və əlavə edib: "Əsgərlərimiz üçün etibarlı yanacaq təchizatı əməliyyat hazırlığı üçün vacib maddələrdən biridir”.
Adını və vəzifəsini qeyd etmədən NATO-nun yüksək rütbəli rəsmisinin fikirlərini də sitat gətirən “Der Spiegel”, müharibə vəziyyətində yanacağa tələbatın çox olacağı üçün bu kəmərin zəruri sayıldığına diqqət çəkdi.
Rusiya dövlətinə bağlı “Russia Today” (RT) “Der Spiegel”in hesabatını oxucularına çatdırarkən alman jurnalının “Moskvanın Avropanın şərqindəki ölkələrə hücumu halında əməliyyat planları hazırlanıb” bəyanatına xüsusi diqqət çəkib.
1950-ci illərin sonlarında NATO tərəfindən tikilmiş Mərkəzi Avropa Boru Kəməri Sistemi; Almaniya, Fransa, Belçika və Hollandiyadan keçir. Bu sistemdən ABŞ-ın da faydalandığı məlumdur.
Rusiyanın müdafiə naziri Andrey Belousov 2024-cü ilin dekabrında verdiyi bəyanatda 10 il ərzində Avropa torpaqlarında NATO ilə qarşıdurma ssenarisinə hazır olmalı olduqlarını vurğulamışdı.
Rusiyanın Ukraynaya müharibə elan etməsinin ən mühüm səbəblərindən biri Kiyev administrasiyasının NATO-ya üzv olmaq məqsədi idi.