Tramp Si görüşündə qalmaqallı olaylar
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
00:11 | 24 fevral 2025 | Bazar ertəsi
Məqaləyə 303 dəfə baxılıb
Şriftin ölçüsü
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
“Yox” demirlər, amma nəticə də yoxdur
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
ABŞ müdafiə naziri Polşaya planlaşdırılan zirehli briqadanın göndərilməsini ləğv etdi
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
Rusiyada yanğında ölən insan sayı 35 faiz, xəsarət alan 47 faiz artıb
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Qoyduğu sərhəddən kənardakıları yoxlayan ABŞ gəmiyə toxunmayıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Tramp: “İstənilən halda buna nail olacağıq”
Hörmüz gərginliyi davam edərkən diqqətçəkən hərəkətlilik yaşandı
ABŞ-nin sərtləşən mövqeyi əsnasında diplomatik proses gərginləşib
Ukrayna zərbələrindən sonra NEZ-lər sıradan çıxıb
Zelenskinin ABŞ prezidenti vəzifəsini tutan nyu-yorklu möhtəkirə lazımi cavablar verməsi və ölkəsinin maraqlarını müdafiə etməsi onun və Ukraynanın beynəlxalq nüfuzuna müsbət təsir göstərəcək.
Çünki dünyanın bir çox yerində Zelenskinin ABŞ marionetkası, Ukrayna-ABŞ münasibətlərinin isə kliyentelist münasibətlər olduğu haqda təsəvvürlər formalaşıb. Tramp və komandasının “qidalandığı” ABŞ ultrasağının informasiya ekosistemində də məhz bu cür düşüncə hakim idi. Həmin ekosistemdə Rusiya təbliğatı və dezinformasiyaları çox geniş yayılıb və yayılır. Bunun nəticəsidir ki, Tramp Zelenskiyə istənilən anlaşmanı (atəşkəs başda olmaqla) çox asanlıqla (24 saata) imzalatdıracağına inanırdı, ABŞ maliyyə naziri vəzifəsini tutan keçmiş birja spekulyantı isə kolonizator ədasıyla Kiyevə Ukrayna faydalı qazıntılarının istismarına dair layihə apararaq Zelenskinin masasına qoyub, imzalaması üçün 1 saat vaxt vermişdi.
Zelenskinin həm Rusiya ilə əldə olunacaq istənilən anlaşmada, həm də ABŞ-la ikitərəfli razılaşmalarda Ukraynanın maraqlarını təmin etmək üçün bərabərhüquqlu tərəf qismində müzakirələr aparmaq istəməsi Vaşinqtondakı cinqoistləri həm çaşbaş qoydu, həm də qəzəbləndirdi. Hətta vitse-prezident Ceyms Vens özlərinə məxsus təkəbbürlə bildirdi ki, mövcudiyyəti ABŞ-dan asılı olan ölkənin rəhbəri belə danışmamalıdır.
Vens qismən haqlıdır. Rusiya kimi böyük, əzazil düşmənlə müharibə aparan ölkənin belə bir ağır şəraitdə Zelenskinin ABŞ-ın dəstəyini itirməyi də gözə alması olduqca irrasional davranış kimi görünür. Lakin bu o demək deyil ki, bir böyük gücə boyun əyməyən xalq-dövlət başqa böyük gücün qarşısında alçalmalıdır. Merkantil acgözlərə yox demək əlbəttə ki, risklidir, lakin qürur, mənlik və ləyaqət istər toplumlar, istərsə fərdlər üçün elə dəyərlərdir ki, onları qorumaq uğrunda bəzən çox ciddi riskləri də gözə almaq lazım gəlir.
Hara, nə zaman, nə qədər ödəniş edildiyi haqda bütün sənədlər ABŞ Maliyyə Nazirliyində olduğu halda, Ağ Evdəki fırıldaqçının (məhkəmə qərarına istinadən belə deyirəm) bunu araşdırmayıb, guya Ukraynaya 350 milyard dollar yardım edildiyi barədə uydurma iddianı davamlı təkrarlayaraq qanı axan xalqdan bu pulu tələb etməsi isə bir tərəfdən onun ciddi dövlət adamı olmamasından xəbər verirsə, başqa tərəfdən bu daşınmaz əmlakçının əsaslandığı dəyərlərin əxlaqilik dərəcəsini göstərir. (Əslində sözügedən nadir torpaq elementləri və digər sərvətlərin miqdarı, istismarı halında nə vaxt, nə qədər gəlir gətirəcəyi qeyri-müəyyən məsələdir).
Ukraynanın ABŞ-a 1 sent belə borcu yoxdur, əksinə, ABŞ-ın Ukraynaya o qədər borcu var ki, miqdarını dəqiq hesablamaq çətin məsələdir. Ukraynanı Rusiya ilə birlikdə tərksilah edən – nüvə başlıqlarını, ballistik raketlərini əlindən alıb, strateji aviasiyasını metalloloma göndərən məhz ABŞ olub. Özü də bu siyasət respublikaçı prezidentin (ata Buş) dövründə başlayaraq demokrat prezidentin (Klinton) dövründə başa çatıb, yəni vahid dövlət siyasəti kimi reallaşdırılıb. Ukrayna bütün bunların maddi qarşılığını hesablayıb, hesabı Vaşinqtona göndərməlidir.