

Brüsseldə bağlanan Audi zavodunun taleyi müzakirə olunur
“Tramp bir hərəkətlə hamısını zərərsizləşdirə bilər”
Hökuməti devirməyə çalışan 5 ifrat sağçı ekstremist həbs edilib
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Alman nəhəngi işçi qüvvəsi böhranı ilə üzləşir
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
... Yaxud çəkindirici Avropanın çıxış yolu supergüclü Almaniyadır
SPD millət vəkillərindən Merzə pis sürpriz, Almaniyada məcburi hərbi xidmət geri qayıdır
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Almaniyalı nazir Tramp-Zelenski gərginliyinə cavab verdi ...
İlk görüş açıq və konstruktiv atmosferdə keçib
Alman politoloq: “AfD-nin səslərinin ikiqat artmasının günahkarı rəqibləridir”
Zavod rəhbərliyi ilə işçilər arasında aparılan danışıqlar nəticə verdi
Seçkidən sonra kabinet hesablamaları başlayıb, Merkeldən SMS gəlib
Dövlət gəlirləri ilk dəfə 2 trilyon avronu keçəcək
... Yaxud 2025-ci il Almaniya seçkiləri və seçici fəallığı
Almaniyada keçirilən erkən ümumi seçkilərdə birinci olan Xristian İttifaqı (CDU/CSU) partiyalarının kansler namizədi Fridrix Merz ölkənin iqtisadi və siyasi böhranlarla üzləşdiyi bir vaxtda idarəçiliyi ələ keçirməyə hazırlaşır.
Namizədlər arasında ən yaşlısı olan Merz 69 yaşındadır və uzun müddət partiyasında siyasi fəaliyyətlə məşğul olmasına baxmayaraq, baş nazir, nazir və bələdiyyə sədri kimi heç bir təcrübəsi yoxdur.
1955-ci ildə Şimali Reyn-Vestfaliya əyalətinin Brilon şəhərində anadan olan Merz, evli üç uşaq atası, hüquq təhsili alıb, hakim və vəkil işləyib.
Merz daha sonra siyasətə qədəm qoyub və 1989-1994-cü illərdə Avropa Parlamentində millət vəkili, 1994-2009-cu illərdə isə parlament üzvü kimi fəaliyyət göstərib.
CDU/CSU karyerası
2000-2002-ci illər arasında CDU/CSU Bundestaq Qrupunun sədri vəzifəsini icra edən Merz, o zamankı CDU lideri Angela Merkelin də bu vəzifəni tutmaq istəməsindən sonra istefa vermək məcburiyyətində qalıb. Bu müddətdən sonra Merkel və Merzdə bir-birlərinə qarşı dərin nifrət yaranıb.
2009-cu ildə deputat kürsüsündən ayrıldıqdan sonra siyasi səhnədən itən Merz müxtəlif şirkətlərdə çalışıb, hüquqşünas və lobbiçi kimi fəaliyyət göstərib.
Daha sonra siyasətə qayıtmağa qərar verən Merz 2018 və 2019-cu illərdə CDU sədrliyinə namizəd olub, lakin nümayəndələrdən dəstək ala bilmədiyi üçün hər iki seçkidə məğlub olub.
Merz 2021-ci ilin sentyabrında keçirilən ümumi seçkilərdə yenidən parlament üzvü seçilib və 2022-ci ilin yanvarında üçüncü yarışında CDU lideri seçilib.
“Merkelin rəqibi”
Keçmiş kansler Angela Merkelə qarşı partiyadaxili müxalifətə rəhbərlik edən Merz, Merkelin immiqrasiya və “COVID-19” pandemiyası ilə bağlı siyasətinin CDU seçicilərinin bir hissəsini AfD-nin tərəfinə keçməyə sövq etdiyini iddia edib.
“Merkelin rəqibi” kimi tanınan Merz, CDU-nun Merkelin sosial liberal siyasətləri ilə sola doğru getdiyini iddia edib.
Merz, CDU-nun əksəriyyətinin dəstəyi və CDU-nun Bavariya qardaş partiyası Xristian Sosial Birliyinin (CSU) lideri Markus Söder ilə razılaşdırılaraq, CDU/CSU-nun baş nazirliyə namizədi olaraq irəli sürülüb.
Seçki kampaniyasında ilk növbədə iqtisadi mövzulara diqqət yetirərək xal qazanmaq istəyən Merz son zamanlar immiqrasiya siyasətini prioritetləşdirməyə başlayıb.
Xüsusilə qadınlar və gənc seçicilər arasında populyarlığı az olan bir siyasətçi olduğu deyilən Merz son həftələrdə CDU/CSU-nun immiqrasiya siyasətlərini sərtləşdirmə təklifinin AfD sayəsində parlamentdə qəbul edilməsindən sonra sərt tənqidlərlə üzləşib.
Ağır koalisiya danışıqları gözlənilir
Almaniyada keçirilən ümumi seçkilərdə ilk exit-poll nəticələrinə görə, CDU/CSU yüzdə 29 səslə birinci, ifrat sağçı Almaniya üçün Alternativ (AfD) isə əvvəlki seçkilərlə müqayisədə səs nisbətini 9,1 bal artıraraq 19,5 faizlə ikinci olub.
Belə ki, indiyədək heç bir dövlət vəzifəsində çalışmayan Merz Almaniyanın son illərin ən böyük iqtisadi və siyasi böhranı ilə üzləşdiyi və Avropanın ABŞ-ın yeni administrasiyası ilə gərginlik yaşadığı bir vaxtda hakimiyyəti ələ keçirməyə hazırlaşır.
Digər tərəfdən Merzin baş nazir vəzifəsinə başlaması üçün uzun müddət davam edəcəyi gözlənilən çətin koalisiya danışıqlarında digər partiyaları razı salmalı olacaq.
Ukraynaya güclü dəstək
Ukraynanın “ərazi bütövlüyünü” açıq şəkildə dəstəklədiyini ifadə edən Merz, Kiyevə hərbi və maliyyə yardımının, o cümlədən uzaq mənzilli “Taurus” raketlərinin tədarükünə güclü şəkildə davam etməli olduğunu bildirir.
Merz Ukrayna-Rusiya müharibəsinə son qoymaq üçün “ABŞ-ın təsirindən asılı olmayaraq Avropanın rəhbərlik etdiyi sülh planı” ideyasını dəstəkləyir.
Merz fevralın 14-16-da keçirilən 61-ci Münhen Təhlükəsizlik Konfransındakı çıxışında Ukrayna və Avropa ölkələrinin müharibə ilə bağlı bütün danışıqlara daxil edilməsinin vacibliyini vurğulayaraq, ABŞ və Rusiyanın Ukrayna və Avropa olmadan bir masa arxasına oturmasının “qətiyyən qəbuledilməz” olduğunu bildirib.
Merz ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı son açıqlamalarını “şokedici və Rusiya ritorikasını əks etdirən” adlandırıb və Trampın Ukrayna prezidenti Vladimir Zelenskini “diktator” kimi təsvir etməsini tənqid edib.