vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
00:54 | 26 fevral 2025 | Çərşənbə Məqaləyə 273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Yeni qorxu filminin gözü zirvədə

“Meymun” Stiven Kinqin hekayəsi əsasında “doğulub”

MEHİN

MÖVZU İLƏ ƏLAQƏLİ

Neonun qorxu komediya filmi “Meymun” (“The Monkey”) açılış həftəsonunda güclü çıxış edir. Stiven Kinqin hekayəsindən uyğunlaşdırılan və rejissoru Osquod Perkins olan film, kassa yarışında “Kapitan Amerika: Cəsur yeni dünya”dan dərhal sonra ikinci yerdədir. Disneyin böyük büdcəli istehsalı ikinci həftəsonunda əhəmiyyətli bir azalmaya baxmayaraq, kassada birinci yerdədir.

 

Kəndirbazdan sonra ikinci

 

Şimali Amerikada 3200 kinoteatrda afişalara çıxan “The Monkey” filmi cümə günü və təqdimat nümayişlərindən təxminən 5,8 milyon dollar gəlir əldə edib. Bu, müstəqil istehsal və paylama şirkəti Neon tarixində ikinci ən böyük açılışdır.

Siyahıda birinci yerdə Perkinsin də rejissoru olduğu və keçən yay böyük səs-küyə səbəb olan Kəndirbaz (“Longlegs”) qorxu filmi var.

Tənqidçilərdən əsasən müsbət rəylər verdiyi, Teo Ceymsin baş rolda oynadığı “Meymun” qorxu filmi Rotten Tomatoes icmal saytında 100 mümkün baldan 77-ni toplayıb.

“Təxminən 10 milyon dollarlıq istehsal büdcəsi ilə filmin kinoteatrlarda nümayişi ilə ciddi gəlir əldə etmək niyyətindədir”, – “Deadline” yazır.

Perkinsin növbəti “Gözətçi” filmi oktyabrda ekranlara çıxacaq.

Qorxu filmləri ilə məşhur olan Perkins üçün “Meymun” daha çox komediya elementləri olan bir istehsal kimi diqqəti çəkir. Film ətrafdakı hər kəsin pis oyuncaq meymunun əli ilə ölməyə başladığını anlayan əkiz qardaşlardan bəhs edir. Hər iki əkiz obrazını “Netflix”in Qay Ritçinin rejissorluq etdiyi “The Gentlemen” kriminal dramının ulduzu Teo Ceyms canlandırır.

1982-ci ildə Ən Yaxşı Qısa Hekayədə Britaniya Fantaziya Mükafatına namizəd olan hekayədən uyğunlaşdırılan “Meymun” fevralın 21-də ABŞ-da nümayiş olunub.