

Müvəqqəti hökumət rohincaların başqa ölkəyə köçürülməsini sürətləndirməyə çağırır
Myanmada müsəlmanlara qarşı soyqırımı davam edir
Orqanlarını bağışlayanların vəsiyyəti rəsmiləşdiriləcək
Bu il «ağlar»la «qırmızılar» arasında qarşıdurma baş verib
Geosiyasi rəqabətdə irqçi maşalar...
Elmar Məmmədyarov: «BMT baş katibi artıq Təhlükəsizlik Şurasına müraciət edib»
Myanmarda müsəlmanların soyqırımının səbəbi nədir?
Qaçqın axının qarşısını almaq mümkün deyil
(Düşünmək və müzakirə etmək üçün)
700 binanın dağıdılıb yandırıldığı, 38 min insanın canını götürüb qaçdığı faciədə açıqlanan ölü sayı real görünmür
Körpələr «diri-diri yandırılır»
Böyük Britaniya mediası xəbər verir ki, Myanmada kəndlilər ağır iqtisadi şəraitdə sağ qalmaq üçün böyrəklərini satırlar.
Kanalın hesabatında qeyd edilir ki, borclarını ödəməkdə çətinlik çəkən fermerlər Myanmada bəzi “orta adamlarla” sövdələşərək orqanlarını satmaq üçün Hindistana gedirlər.
Hindistanda qanuna görə, orqan donoru və resipiyent yaxın qohum deyillərsə, onların əlaqəsini izah edən sənəd təqdim etməlidirlər. Şəxsiyyəti Zeya olaraq dəyişdirilən myanmarlı fermer deyir ki, əlaqə saxladığı vasitəçi saxta sənədlər hazırlayaraq vəziyyəti həll edib.
Zeya əməliyyatdan sonra böyrəyini təxminən 7,5 milyon Myanma kyatına (təxminən 130 min TL) satdığını bildirib: “Sadəcə ev sahibi olub borclarımı ödəmək istəyirdim. Ona görə də böyrəyimi satmaq qərarına gəldim”.
Başqa bir myanmalı şəxs ölkədəki bəzi insanlarla əlaqə saxladığını, saxta sənədlər hazırladığını və böyrəyini satdığını da deyir. O, həmçinin böyrəyi üçün eyni məbləğdə pul aldığını, lakin bunun 10 faizini “araçıya” ödədiyini bildirir.
Borclarını və həyat yoldaşının tibbi xərclərini ödəmək üçün böyrəyini satan şəxs, “Bu, çıxılmaz bir vəziyyət idi”, – deyib.
Myanmada 2021-ci ildə baş verən çevrilişdən sonra işsizlik və yoxsulluq sürətlə artıb. İqtisadiyyat müharibə nəticəsində dağıldığı üçün xarici investorlar ölkədən qaçdılar. Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının məlumatlarına görə, 2017-ci ildə əhalinin dörddə biri yoxsulluq içində yaşadığı halda, 2023-cü ildə bu nisbət yüzdə 50-yə yüksəlib.
Hesabatda Nepal, Pakistan, İndoneziya, Əfqanıstan, Hindistan və Banqladeş də daxil olmaqla, qara bazarda orqan satışının iqtisadi çətinliklər və yoxsulluq səbəbindən Asiya üzrə artdığı qeyd edilir.
Xalq sağlamlığına sərmayəni artırmaq üçün çalışan Myanma həkimi Tureyn Hlainq Vin, orqan alverinə qarşı adekvat tədbirlərin görülmədiyini söyləyir.