

Müharibə veteranı və istefada olan general da daxil olmaqla 6 nəfər həbs olunub
Rumıniyadan ABŞ-a gedən Endrü və Riçard Teytlə qardaşları bağlı növbəti araşdırma
Rusiyanın hərbi attaşesi və köməkçisi persona non qrata elan edilib
Rumıniyadan Niderlanda sərgilənmək üçün gətirilmişdi
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
NATO-ya Rusiya xəbərdarlığı
Rumıniya və NATO rəsmiləri PUA qalıqları ilə bağlı ard-arda açıqlama verib
Rusiya PUA-ları Avropa istiqamətində Ukrayna sərhədini keçib
Uzun sürən danışıqlardan sonra Avstriyanın “saqqızını oğurlaya bildilər”
Bu ölkəyə İnvestisiya yatıran şirkətlər arasında SOCAR liderdir
Moskvadan canını qurtaran Kişinyov üstünlüyü Buxarestə verir...
«Əgər Rusiya vətəndaşının başından bir tük əksik olsa...»
Kremlin adamı ölkəni sürətlə «Putin ittifaqı»ına qoşur
Moldovada prezident seçkilərində səslər sayılır
Burada da rusmeyilli ilə qərbmeyillinin mübarizəsi gedir
Rumıniyada 2024-cü ilin noyabrında keçirilən prezident seçkilərinin ilk turunda birinci olan və ləğv edilən anti-Qərb və NATO əleyhinə namizəd Kalin Corcesku, seçki kampaniyasının maliyyələşdirilməsi ilə bağlı iş çərçivəsində saxlanılıb.
Yerli mətbuatda yer alan xəbərlərə görə, 24 noyabr 2024-cü ildə Rumıniyada keçirilən prezident seçkilərinin ilk turunda birinci olan və nəticələri ləğv edilən Corcesku, barəsində davam edən iş çərçivəsində saxlanılaraq ifadə vermək üçün paytaxt Buxarestdəki prokurorluğa gətirilib.
Xəbərlərdə Corcesku və tərəfdarlarına qarşı kampaniyanın maliyyələşdirilməsi ilə bağlı aparılan istintaqda pul, sursat və silahların ələ keçirildiyi bildirilib.
Corcesku komandasının sosial mediada etdiyi açıqlamada Corceskunun mayın 4-də keçiriləcək prezident seçkilərində yenidən namizəd olmağa hazırlaşdığı bildirilib.
Açıqlamada qeyd olunub ki, Corcesku avtomobilində gedərkən olarkən saxlanılıb.
Sosial mediada paylaşılan görüntülərdə Corceskunun qoltuq dəyənəkləri ilə avtomobilindən düşərək polis maşınına aparıldığı görülüb.
O, şərti olaraq azadlığa buraxılacaq
Onun Baş Prokurorluqdakı bəyanatından sonra Corceskunun məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılacağı bildirilib və onun ölkədən çıxışına qadağa qoyulub.
Qeyd edilib ki, sosial media hesablarında “millətçi və irqçi” yazılar yazması qadağan edilən Corceskunun KİV-də çıxışının da qarşısı alınıb.
Bildirilib ki, Corcesku ksenofobiya, millətçi təşkilat yaratmaq və konstitusiya quruluşuna qarşı çıxmaq kimi bir neçə ittihamla üzləşib.
Mayın 4-də yeni prezident seçkiləri
2024-cü il noyabrın 24-də keçirilən Rumıniya prezident seçkilərinin birinci turunda Qərb və NATO əleyhdarı müstəqil namizəd Corcesku 22,95 faiz səslə birinci, sağ mərkəzçi Rumıniya Birliyini Xilas Partiyasından Elena Laskoni isə 19,17 faiz səslə ikinci tura yüksəlmişdi.
Etirazlar nəticəsində Rumıniya Konstitusiya Məhkəməsi prezident seçkilərinin birinci turunun nəticələrini ləğv edib.
Corcesku ləğvetmə qərarından apellyasiya şikayəti verib və əvvəlcə Buxarest Apellyasiya Məhkəməsi, sonra isə Rumıniya Ali Məhkəməsi prezident seçkilərinin ləğvi barədə qərarın etibarlı olduğuna qərar verib.
Seçicilər yeni prezidenti müəyyən etmək üçün mayın 4-də birinci, mayın 18-də isə ikinci turda səsverməyə gedəcəklər.