
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
Proqramçılar və İT mütəxəssislər dövlət məmurlarının işdə qalıb qalmamasına qiymət verəcək. Ağlasığmaz olsa da bu, reallıqdır.
Prezident Trampın maraqlı addımlarından biri də dövlət sektorunda səmərəliliyi müəyyən etmək üçün yeni qurum yaratması və tətbiq edilən üsullar olub.
ABŞ-da bu məqsədlə yeni qurum – Dövlət İdarəetməsinin Səmərəliliyi Departamenti (DOGE) yaradılıb. İlon Mask da Tramp tərəfindən bu qurumun rəhbəri təyin edilib.
Mask DOGE-nin əsas komandasını “X”də elan verməklə və özünün rəhbərlik etdiyi İT şirkətlərdə çalışan gənc proqramçılardan, məlumat bazası analitiklərdən və İT mütəxəssislərdən formalaşdırıb. Maskın özünün də hətta gecələr DOGE-nin yerləşdiyi binada yatdığı bildirilir.
Maraqlıdır ki, dövlət sektorunda səmərəlilik və effektivliyi müəyyən etmək üçün də indiyədək dövlət sektorundakı ənənəvi üsullardan deyil, fərqli bir yanaşmalar tətbiq edilib.
İlon Mask indiyədək “Tesla”, “SpaceX” və “X”da optilamlaşdırma və qənaətlə, səmərəliliklə bağlı tətbiq etdiyi bütün üsulları dövlət sektoruna tətbiq edir.
Yəni qısa desək, Mask hazırda dövlət sektorunda səmərəliliyi ölçmək üçün biznes sektorundakı yanaşmalardan, monitorinq və hesabatlılıq sistemlərindən istifadə edir.
Maskın komandası 2 milyon federal işçiyə email göndərib. Məmurlar son bir həftədə gördükləri işlərlə bağlı məlumat verməlidirlər.
Düşünmək olar ki Maskın DOGE-dəki İT komandası süni intellekt, “Big Data” analizləri və digər rəqəmsal alətlərdən istifadə etməklə bu e-mailləri emal edib işçilərin taleyi ilə bağlı qərar verəcəklər. Cavab verməyənlər avtomatik işdən çıxarıla bilər. Məqsəd “ölü canları” sistemdən çıxarmaq, optimallaşma və büdcəyə qənaət etməkdir.
Düşünürəm ki, dövlət büdcəsindən effektiv istifadə və real işləməyənlərin aşkarlanması, süni intellekt və avtomatik nəzarət ilə idarəçiliyin optimallaşdırılması, hesabatlılıq və şəffaflıq baxımından tətbiq olunan yanaşma effektiv ola bilər.
Amma süni intellektin verdiyi səhv cavablarla işdən çıxarılanlar, kütləvi hüquq pozuntuları, hüquqi və sosial problemlər, yaradıcılıqla bağlı məqamların nəzərə alınmaması, korrupsiya riskləri üçün münbit şəraitin yaranması və s . bu kimi risklər də qaçılmazdır.
Beləliklə, görünən odur ki ABŞ-da dövlət idarəetməsində yeni bir dövr, biznes idarəetməsinin üstünlük təşkil etdiyi dövr başlayır.
Görəsən biznesin idarəçilik prinsiplərinin dövlət sisteminə gətirilməsi özünü doğruldacaqmı?
P.S. Bəs bizim məmurlara bir həftəlik fəaliyyət üzrə hesabatın tələb edilməsilə bağlı e-poçt göndərilsə cavablar necə olardı?