vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Nəriman Nərimanov (1870 - 1925)

«Siz ata-babalarınızın müqəddəs yerlərinə o vaxt VƏTƏN deyə bilərsiniz ki, onun sahibi olasınız»

Nəriman Nərimanov (1870 - 1925)
AMERİKA  
14:14 | 1 mart 2025 | Şənbə Məqaləyə 71 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Zelenski Trampdan üzr istəməlidir”

Rubio: “Keçmiş administrasiya fiaskonu maliyyələşdirib”

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Dövlət Departamenti dövlət katibi Marko Rubio dünən Trampla Zelenski arasında yaşanan gərginliklə bağlı CNN-ə müsahibə verib.

Ukrayna prezidentinin debatdan sonra üzr istəməyəcəyi ilə bağlı bəyanatını dəyərləndirən Rubio bununla razılaşmadığını bildirib və Zelenskinin üzr istəməyə borclu olduğunu iddia edib.

Ukrayna prezidentinin belə davranmasına ehtiyac olmadığını deyən Rubio, “Zelenski bu hadisəni özü üçün fiaskoya çevirdiyi üçün üzr istəməlidir”, – bildirib.

Rubio deyib ki, Zelenskinin seçimləri ölkəsini sülh baxımından geriyə aparır və dünən baş verənlər təəssüf doğurur.

Rubio, insanların yalnız dünən baş verənləri gördüyünü və buna səbəb olan prosesin şahidi olmadığını deyib: “Tramp bu müharibənin heç başlamamalı olduğunu düşünür. Rusları danışıqlar masasına oturtmaq üçün planımızı çox açıq şəkildə izah etdik”.

Dünən imzalanacağı açıqlanan, lakin müzakirələrdən sonra imzalanmayan nadir elementlər müqaviləsinə də toxunan Rubio, bu müqavilənin ABŞ-ı Ukraynaya iqtisadi cəhətdən bağladığını ifadə edərək, “Məncə, bu, tək bir təhlükəsizlik zəmanətidir”, – deyib.

Son 10 gündə Ukrayna tərəfi ilə ünsiyyətdə çətinliklər yaşandığını vurğulayan Rubio, “Bu müqavilə 5 gün əvvəl imzalana bilərdi, lakin Ukrayna tərəfi Vaşinqtona gəlməkdə israr etdi”, – deyib.

***

Rubio deyib ki, ABŞ-ın keçmiş prezidenti Co Bayden administrasiyası Ukraynanın hər bir xahişini yerinə yetirib və keçmiş administrasiyanın fiaskonu maliyyələşdirdiyini iddia edib.

Rubio rusların insan həyatının vecinə almadığı fikrini dilə gətirib və bildirib ki, bu mürəkkəb, baha başa gələn və qanlı müharibəyə son qoyulmalıdır.