

Mütləq favorit kimi görünsə də, onun Oskar arzusu başqa bahara qaldı
“Bunu bacaracammı bilmirəm, amma əvvəllər “mən bunu etmək istərdim” deyə düşünürdüm”
Şon Beyker bir gecədə dörd mükafatla Akademiya Mükafatları tarixində bir ilkə imza atdı
“Anora” filmi dörd, “The Brutalist” isə iki mükafat qazandı
Oskar mükafatlı ulduz yeni layihədə Bred Pittə qoşulur
Məşhur döyüş filminin 17 ildən sonra davamı gəlir
“Mümkün olmayan missiya”nın sonu mümkündürmü?
İki dəfə Oskar qazanan ustad aktyordan təqaüd siqnalı
Oskarlı ulduz qırışlardan niyə xilas olmadığını açıqlayıb
Oskarlı ulduz həyatındakı “dönüş nöqtəsi”ni açıqlayıb
Azərbaycan niyə bu filmi Oskara təqdim etdi?
Rüstəm İbrahimbəyov filmlərimizin "Oskar"a namizədliyini niyə irəli sürülmür?
Bu gecə Oskar mükafatlarının təqdimetmə mərasimində səhnəyə çıxması gözlənilən Harrison Fordun nümayəndəsi bunun mümkün olmadığını bildirib.
Bildirilib ki, suçiçəyi qoyulan 82 yaşlı aktyor bu vəzifəni yerinə yetirə bilməyəcəyini son anda açıqlayıb.
Bakı vaxtilə saat 5-dən Los-Ancelsdəki “Dolby Theatre” salonunda açılışı olacaq mərasimin əsas aparıcısı Konan O'Brin olacaq.
Həm “İndiana Cons”, həm də “Ulduz Döyüşləri” seriallarının ulduzu Ford, Hollivudun ən böyük markalarından biri olan Marvel Kinematoqrafiya Kainatının projelərinə qoşulmaqla diqqət çəkmişdi.
Ulduz aktyor, keçən ay ekranlara çıxan “Captain America: Brave New World” filmində Entoni Makki ilə Thaddeus "Thunderbolt" Ross obrazını canlandırır.
2022-ci ildə dünyasını dəyişən Uilyam Hörtdən sonra rolu üzərinə götürən Fordun canlandırdığı obraz “Red Hulk”a çevrilən ABŞ prezidenti olur.
Ford verdiyi müsahibədə “Marvel”dən gələn təklifi ssenariyə baxmadan “Niyə də olmasın?” deyərək qəbul edib: “Baxdığım Marvel filmlərində heyran olduğum aktyorların çox əyləndiyini gördüm”.
Daha sonra zarafat edib: “Bilmirdim ki, sonda “Red Hulk”a çevriləcəyəm”.
“Bu, həyat kimidir. Bir nöqtəyə qədər hər şey yaxşı gedir, amma sonra nə olacağını heç vaxt bilmirsən”, – deyə Ford bildirib.