
Böyük dövlətin cılız prezidenti
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
... 43 günə kapitulyasiya edən ölkənin 44 günə təslim olana arxa durması
Afrika Fransanın əlindən xilas olsa, ...
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Kanadadan vətəndaşlarına Fransa xəbərdarlığı: “Getməyin!”
Parisin ən bahalı məhəlləsi bəlli oldu
Fransa məktəblərində isə polis yoxlamaları artırıldı
Fransada korrupsiyada günahkar bilinən meri istefa verəcək
Fransa hökuməti gördüyündən göz kirəsi istəyir
“Makron amerikalılardan əvvəl öz elm adamlarına diqqət yetirməlidir”
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Fransa xəstəxanalar azyaşlı uşaqlarla dolub
İspaniyada elektrik qiymətləri 10 dəfəyə yaxın artdı
Parislə Tel-Əviv arasında diplomatik qalmaqal
Dolub-daşan Fransa həbsxanaları ilə bağlı indiyə qədər görülməmiş qərar
Fransada Dövlət Şurasının vəkillərə hicab qadağasını təsdiq etdiyi bildirilib. Yerli mətbuatın məlumatına görə, Dövlət Şurası Fransa Milli Vəkillər Kollegiyasının vəkillər üçün müxtəlif simvolların, o cümlədən hicabın qadağan edilməsi təklifini qəbul etməsinə etiraza baxıb.
Dövlət şurası bu həftənin əvvəlində verilən etirazla bağlı qərarında vəkillik peşəsini tənzimləyən qanunun 3-cü maddəsinin bu peşə ilə məşğul olanların vahid forma geymələrini tələb edərək fərqli simvollar taxmasına mane olduğunu bildirib.
Şura bu təklifi birliyin qəbul etdiyi barədə qərarı təsdiqləyib və mövcud qanundakı müddəaların necə həyata keçiriləcəyi ilə bağlı məlumat verib.
Bütün vəkillərin geyim formasının onların müştərilərinin maraqlarını müdafiə etməkdən başqa hər hansı şəxsi üstünlükləri əks etdirməsinə mane olduğunu bildirən Dövlət Şurası, vəkillər üçün vahid geyim kodunun mühakimə olunanlar arasında bərabərliyin təmin edilməsinə kömək etdiyi və bunun “ədalətli məhkəmə araşdırması hüququ üçün zəruri şərt” olduğu qənaətinə gəlib.
Fransa Milli Vəkillər Kollegiyası 2023-cü ilin sentyabrında vəkillər üçün müxtəlif simvolların, o cümlədən hicabın qadağan edilməsi təklifini qəbul edib.
Təklifdə vəkillərə mantiyadan başqa “hər hansı fərqləndirici simvol geyinmək” qadağan edilib.
Fransa Hüquqşünaslar Birliyi qadağanın vəkillərin müstəqilliyini pozduğu səbəbilə birliyin qərarının dayandırılmasını tələb edərək, Dövlət Şurasına müraciət etmişdi.