vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
BÖHRAN  
15:19 | 7 mart 2025 | Cümə Məqaləyə 82 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Trampdan Rusiyaya qarşı sanksiya siqnalı

Anlaşmaya qədər ...

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynaya hücumlarının davam etdiyinə diqqət çəkərək, Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi düşündüyünü və iki tərəfin tez bir zamanda masa arxasına oturması lazım olduğunu bildirib.

ABŞ prezidenti Tramp “Truth Social” hesabından verdiyi açıqlamada Rusiyaya sanksiya mesajı verib.

“Rusiyanın hələ də döyüş meydanında Ukraynaya zərbələr endirməsi faktına əsaslanaraq, atəşkəs və sülhlə bağlı yekun razılaşma əldə olunana qədər Rusiyaya qarşı irimiqyaslı bank sanksiyaları və tariflər tətbiq etməyi düşünürəm”, – Tramp açıqlamasında bildirib.

“Rusiya və Ukraynaya çağırışım: çox gec olmadan indi masaya oturun”, – o, deyib.

Bəyanatı yekunlaşdıran Tramp hər iki tərəfi sülh danışıqlarına tez bir zamanda başlamağa çağırıb.