
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Tofiq Zülfüqarov: “Moskvaya düşmən olmaq təhlükəlidir, dost olmaq isə ölümcül”
Zelenski: “Hər işğalçı sonunda gedəcək”
Stansiyanı örtən qoruyucu səthdə 15 metrlik dəlik açılıb
... Yaxud faşizm üzərində qələbəni qeyd edən raşistlər
... Yaxud 9 may “qələbə” paradı
Prezident İlham Əliyevin Moskvaya getməməsi tamamilə təbiidir
Yaxud 21-ci əsrin faşist ordusu faşizm üzərində qələbəni qeyd edir
Rusiyaya giriş qaydalarının dəyişməsi mənfi və müsbət tərəfləri
Rusiyanın Qələbə Günündə iştirak edən ölkələrin siyahısı açıqlanıb
Rusiyaya daxil olmaq istəyən əcnəbilər 72 saat əvvəl səfirliyə müraciət etməli olacaqlar
Lavrov: “Hamısı bizimlə müharibə aparır”
... Yaxud Qələbə paradında ucadan oxunan “Faust”
Almaniya İsraildən müdafiə sistemi alıb
Strateji tərəfdaş anlayışı tam mənasızlaşır
Qələbə paradı ərəfəsində Ukrayna ordusunun ikinci dəfə Rusiya torpağına girməsi Kremldə şok yaradıb
Polşa prezidenti Andjey Duda ABŞ-ı Polşada nüvə silahı yerləşdirmə çağırışını təkrarlayıb. Varşavadakı prezident sarayında müsahibə verən Duda ABŞ-ın nüvə silahları ilə Polşanı Rusiyaya qarşı daha güclü və təhlükəsiz edəcəyini bildirib.
Polşa Vladimir Putinin prezidentlik dövründə Rusiyanı Polşa üçün hazırkı təhlükə hesab edir. Ölkəsinin də baş komandanı olan Duda Polşa ordusunun sürətlə genişləndirilməsinin tərəfdarıdır və bugünkü Rusiyanın ən azı keçmiş Sovet İttifaqı qədər aqressiv olduğunu deyir və Moskvanın imperialist ambisiyalarını pisləyir.
Digər tərəfdən, ABŞ-ın nüvə silahlarını Polşada yerləşdirməsi Putinin təxribatı kimi qiymətləndirilə bilər.
Duda təklifinin çəkindirici rol oynayacağını və bunun Putinin 2023-cü ildə Belarusda Rusiya taktiki nüvə silahlarını yerləşdirmək qərarına cavab olacağını deyib. Qeyd edək ki, Belarus Polşa və Ukrayna ilə həmsərhəddir.
“Həmin Rusiya, bu gün Ukraynaya hücum edir, dinc sakinləri öldürür, yaşayış məntəqələrini bombalayır. Və o, nüvə silahlarını Rusiyadan çıxararaq Belarusda yerləşdirir. Polşa nüvə silahına ev sahibliyi etməyə hazırdır”, – Duda deyib.
Duda həmçinin Fransa prezidenti Emmanuel Makronun Fransanın nüvə silahı “çətirini” digər NATO ölkələrini də əhatə edəcək şəkildə genişləndirmək təklifini dəstəkləyir.
Duda “Polşada nüvə silahının olması Polşanı necə daha təhlükəsiz edəcək” sualına, “Bizim ərazimizdə yerləşən NATO və ya Amerikaya məxsus bütün strateji infrastrukturlar ABŞ və NATO-nun bu coğrafiyanı qorumaq meylini gücləndirir”, – cavabını verib.
Polşa milli gəlirinin təqribən 5 faizini müdafiəyə xərcləyir ki, bu da ABŞ da daxil olmaqla NATO-nun hər hansı digər ölkəsindən çoxdur.
ABŞ-ın Polşada 10 min əsgəri var.
Polşanın baş naziri Donald Tusk keçən həftə parlamentdə deyib ki, “Amerika geosiyasətindəki dəyişikliklər Polşa və Ukraynanı daha çətin vəziyyətə salır”.
Tusk Polşada müdafiə xərclərini artırmağa çağırıb və Polşanın “nüvə silahı imkanlarını” nəzərdən keçirməli olduğunu müdafiə edib.
Tusk sol mərkəzçi siyasətçi olsa da, Duda siyasi spektrin sağındadır və özünü Donald Trampın dostu kimi qələmə verir.
Putinin Ukraynada 30 günlük fövqəladə atəşkəs planını təsdiq etməməsinə toxunan Duda ABŞ prezidentinin Rusiya tərəfini rasional hərəkətə gətirəcək planının olduğuna əminliyini bildirib.
Duda həmçinin Avropa banklarında dondurulmuş 250 milyard avro dəyərində Rusiya aktivlərinin “müsadirəsi”nə çağırıb və bildirib ki, bu aktivlər Ukraynaya dəstək üçün istifadə edilməlidir.