
Çörəyi tapdalamaq
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Neftin 80 faizini verən Bakıya “Qəhrəman şəhər” adını qıymadılar
Ukrayna parlamenti “iqtisadi ortaqlıq” müqaviləsini təsdiqlədi
Kansler prezidentə “Almaniyanın hüquqları ilə bağlı gülünc fikirlər yayma” deyəcək
ABŞ Müdafiə Nazirinin şifrələri oğurlanıb internetdə yayımlandı
Tramp Baydenin süni intellekt texnologiyasına qoyulan məhdudiyyətləri aradan qaldırmağı planlaşdırır
ABŞ prezidenti ticarət müqaviləsinin anonsunu verdi
“Qırmızı dənizdə gəmilərə hücum etməkdən əl çəkməyəcəyik”
Trampın ikinci prezidentliyi sadəcə revanş deyil
ABŞ məhkəməsində dünyada bir ilk yaşanıb, yenilik hakimi kövrəldib
ABŞ kəşfiyyatına Qrenlandiya əmri verildi
Tramp ərəb müttəfiqlərinin xətrinə körfəzin adını dəyişdirəcək
İqtisadiyyatı canlandırmaq üçün Pekindən addım
“Evdə qalın” xəbərdarlığı verildi, ölüm riski var
Avropa Komissiyası ABŞ tariflərinə 100 milyard avroluq cavab verə bilər
ABŞ-ın keçmiş birinci xanımı Mişel Obama boşanma şayiələrinə aydınlıq gətirdi
20 döyüş təyyarəsi Husilərin hədəflərinə 50 bomba atıb
ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə İranın dəstəklədiyi husilərin işğal etdiyi Səda və Zəmər şəhərlərinə hava zərbələri endiriblər. Bu barədə husilərə bağlı Əl-Məsirə televiziyasında yer alan xəbərə deyilib.
Hücum nəticəsində ölənlər barədə məlumat verilməsə də, ABŞ və Böyük Britaniya hələlik açıqlama verməyib.
Səudiyyə Ərəbistanı ilə sərhəd bölgədə yerləşən Səda şəhəri husilərin ən mühüm mərkəzlərindən biri kimi tanınır.
Məlumatlara görə, ölənlərin sayı 24-ə çatıb, ən azı 23 nəfər yaralanıb.
Husilərin sosial media hesablarından edilən açıqlamada ABŞ-ın Səda şəhərinin şimalındakı Kəhza bölgəsində bir evə endirdiyi hava hücumunda ilkin məlumatlara görə 4-ü uşaq və 1-i qadın olmaqla 10 nəfərin öldüyü, 13 nəfərin yaralandığı bildirilib.
SABA-nın təhlükəsizlik mənbələrinə istinadən verdiyi məlumata görə, ABŞ təyyarələrinin Sədanın Sakayn rayonunda mülki insanları hədəf alması nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Ölkənin mərkəzi hissəsindəki Zəmərə şəhərinə də aviazərbələr endirilib.
Əl-Məsirə televiziyasının xəbərinə görə, ABŞ və Böyük Britaniya Zamar şəhəri ətrafı və Anes rayonuna hava zərbələri endirib. Xəbərdə hücum nəticəsində ölənlər barədə məlumat verilməyib.
***
Husilərin Siyasi Bürosu verdiyi yazılı açıqlamada ABŞ və Böyük Britaniyanın paytaxt Sənada yaşayış məntəqələrini hədəf almasının xain hücum və tamhüquqlu müharibə cinayəti olduğunu bildirib.
Bəyanatda deyilir ki, mülki şəxslərin hədəfə alınması Amerika terrorunun ona qarşı çıxan xalqlara və ölkələrə qarşı törətdiyi cinayətlərin daha bir sübutudur.
Bəyanatda bu hücumların cavabsız qalmayacağı və Husi silahlı qüvvələrinin eskalasiya ilə cavab verməyə hazır olduğu bildirilib.
Husi sözçüsü Məhəmməd Əbdüs Salam da “X” platformasında verdiyi açıqlamada ABŞ-ın Yəmənə hücumlarının müstəqil bir dövlətə açıq hücum olduğunu bildirib.
Əbdüsselam vurğulayıb ki, ABŞ prezidenti Donald Trampın Bab əl-Məndəb boğazında beynəlxalq naviqasiyanın təhdid altında olması ilə bağlı iddiaları beynəlxalq ictimaiyyəti çaşdırır və əsassızdır.
“Qırmızı dənizdə beynəlxalq naviqasiya Yəməndən təhlükəsiz olaraq qalacaq və Amerikanın hücumları Qırmızı dənizin militarizasiyasına qayıdışdır və regionda beynəlxalq naviqasiya üçün real təhlükədir”, – deyə Abdus Salam bildirib.