

Mədən və ticarət müharibələrini artıra biləcək problem
Görüşdə Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib
Rusiyanın pərdə arxasında nə işi var?
Bakının Qarabağ adlı dərdi yoxdur, Bakı azaddır
Qlobal bazarlar diqqətlərini FED-in faiz qərarına yönəldir
Trampın məktubuna İrandan gecə yarısı cavab
ABŞ prezidenti tərs-tərs mikrofonu üzünə vuran müxbirə baxıb
ABŞ və Böyük Britaniya Səda və Zəmərə çəhərlərinə havadan zərbələri endirib
Deportasiya qorxusuna görə milyonlarla qanunsuz miqrant işləməkdən imtina edir
ABŞ və Cənubi Afrika arasında “irqçilik” böhranı
Tramp radionun büdcəsini və işçilərini ixtisar edəcək
Kanada ABŞ-ın “F-35” layihəsindən çıxa bilər
Dörd ştatda fəlakətlər törədən tornado ölkənin şərqinə doğru hərəkət edir, ölənlər çoxdur
İran ABŞ-a yaxınlaşmağa məcbur olub?
ABŞ-ın qiyamət təyyarəsi havada görünüb
Tramp administrasiyasının viza qadağasını nəzərdən keçirdiyi ölkələr siyahısı
Husilər kimdir, onların hərbi qüvvələri nə qədər güclüdür və onlar nə vaxt qurulub? “Onların əksər ölkələrində olmayan silahları var, onlar ABŞ üçün böyük təhlükədir”.
Husilərin hərbi qüdrəti gündəmdəki qaynar xəbərlərdən sonra maraq mövzusu olub. ABŞ prezidenti Donald Trampın ötən gecə hücum əmri verdiyi husilər bir anda dünyanın diqqət mərkəzinə düşüb. Qırmızı dənizdəki hərəkətləri ilə diqqət çəkən qruplaşmanın böyük cəbbəxanası var və onların arsenalında olan qabaqcıl silahlar bir çox ölkədə yoxdur. ABŞ mediası iddia edir ki, Yəməndəki qruplaşma ABŞ üçün böyük təhlükə yarada bilər və hava hücumları husilərin qarşısını ala bilməz. Bəs husilər kimdir, onların hərbi qüvvələri nə qədər güclüdür? Bu və başqa diqqətçəkən detallar...
1990-cı illərdə Yəmənin şimalındakı Səda şəhərində Mömin Gənclər Hərəkatı olaraq qurulan və daha sonra adı dəyişdirilərək Ənsarullah İcması adlandırılan husilər 2014-cü ilin sentyabrından bu yana ölkədə davam edən vətəndaş müharibəsi fonunda paytaxt Səna da daxil olmaqla, Yəmənin əhəmiyyətli bir hissəsinə nəzarəti ələ keçiriblər.
Bir vaxtlar Yəmənə hakim olan Zeydi məzhəbi daxilində formalaşmağa başlayan və şiəliyin sünniliyə ən yaxın qolu sayılan husilər siyasi hərəkat olaraq 1992-ci ildə Hüseyn Bədrəddin əl-Husi tərəfindən qurulub.
Hüseyn əl-Husi, 2004-cü ilə qədər, ruhani lideri atası Bədrəddin əl-Husi olan Mömin Gənclər İcmasına rəhbərlik edib və onu Ənsarullah Hərəkatı adlı siyasi və silahlı hərəkata çevirib.
Husilərlə Yəmən hökuməti arasında ilk müharibə Yəmən hökumətinin Husiləri 2004-cü ildə Sədada məhdud toqquşmalarda üç əsgərin öldürülməsinə görə məsuliyyət daşıması ilə başlayıb və 2010-cu ildə tərəflər arasında atəşkəslə başa çatıb.
***
Qurucusundan sonra nisbətən daha çox “husilər” adlandırılan Ənsarullah İcmasının ən bariz və mühüm dəstəkçisi İran kimi tanınır.
İran tərəfindən maliyyə və hərbi dəstək alan husilər 2004-2010-cu illərdə hökumət qüvvələri ilə vuruşub və 2012-ci ildə prezident Əli Abdullah Salehin devrilməsindən sonra Ərəb Baharının ən mühüm ölkələrindən biri olan Yəməndə təsirlərini gücləndirə biliblər. Uzun müddət davam edən xalq hərəkatı və Yəməndə sabitliyə nail ola bilməməsi nəticəsində hökumət böhranı baş verib və Husilər ölkənin əhəmiyyətli bir hissəsini, xüsusən də paytaxt Səna şəhərini nəzarətə götürdülər.
***
İranın dəstəklədiyi husilər 2014-cü ilin sentyabrından paytaxt Səna və bəzi bölgələrə nəzarət edir.
Devrilmiş lider Əli Abdullah Salehin ardınca Əbd-Rabbu Mənsur Hadinin prezident olduğu Səudiyyə Ərəbistanının rəhbərliyi altında qurulan və 10 ölkədən ibarət Ərəb Koalisiyası qüvvələri 2015-ci ilin mart ayında husilərə qarşı əməliyyata başlayıb və qanuni hökuməti dəstəkləyib.
Ölkədə böyük humanitar faciəyə səbəb olan illərlə davam edən vətəndaş müharibəsinin ardından Səudiyyə Ərəbistanı rəsmiləri Omanın vasitəçiliyi ilə ilk dəfə 2023-cü il aprelin 9-da Sənada husilərlə görüşüb.
2023-cü ilin sentyabrında Səudiyyə Ərəbistanında Husilər və Səudiyyə rəsmiləri arasında Yəməndə sülh prosesini dəstəkləyən və vətəndaş müharibəsinə son qoyan yol xəritəsi hazırlamaq üçün beş günlük danışıqlar başladı.
ABŞ mediasındakı xəbərlərdə husilər “başmaqlı döyüşən kişilər”, “sandal geyinən döyüşçülər” və “ayaqyalın partizanlar” kimi təsvir edilib.
***
31 oktyabr 2023-cü il tarixindən etibarən İranın dəstəklədiyi husilər Yəmən sahillərində İsrail şirkətlərinə aid olduğunu söylədikləri ticarət gəmilərini ələ keçirərək bəzilərinə pilotsuz təyyarələr və raketlərlə hücum edirlər.
Husilərin hərəkətlərindən sonra bir çox gəmiçilik şirkəti Qırmızı dənizdəki səyahətlərini dayandırmaq qərarına gəlib.
Digər tərəfdən, ABŞ qlobal dəniz ticarəti təhlükəsizliyinin risk altında olduğu əsası ilə 18 dekabr 2023-cü ildə bir qrup ölkənin iştirakı ilə Husi qüvvələrinə qarşı “Rivaət Keşikçisi” adlı çoxmillətli “dəniz işçi qüvvəsi” yaradıldığını açıqlayıb.
ABŞ və Böyük Britaniyanın Yəməndə nəzarəti altında olan ərazilərə hücumundan sonra husilər bu iki ölkənin bütün gəmilərini hədəf alacaqlarını açıqlayıblar.
***
Husilər 2014-cü ildə Yəmənin paytaxtı Sənanı ələ keçirdikdən sonra hərbi imkanlarını durmadan təkmilləşdirirlər. Müdafiə ekspertlərinin fikrincə, İranın avadanlıq və ya komponentləri ilə hazırlanan silah arsenalına ballistik və qanadlı raketlər, həmçinin pilotsuz uçuş aparatları daxildir.
Bu gün xarici mediada aparılan təhlillərə görə, Birləşmiş Ştatlar husilərin arsenalının həcmi və ya onu haradan əldə etdikləri ilə bağlı hələ də çaşqınlıq içərisindədir. Yüksək səviyyəli ABŞ rəsmisi “TWZ”yə bildirib ki, husilər öz arsenallarını inkişaf etdirməkdə yenilikçidirlər və onlarla hava hücumu bu günə qədər qrupun silah istehsal etmək qabiliyyətini dayandıra bilməyib.
“TheNew York Times” qəzetinin məlumatına görə, husilərin arsenalının çox hissəsi yerin altında basdırılıb.
***
“The Associated Press” (AP) xəbər agentliyi husilərin ABŞ üçün “böyük təhlükə” olduğunu vurğulayarkən, Amerikanın Atlantik Şurası Husilərin müqavimətinin uzun tarixinə diqqət çəkərək, “Mövcud hava hücumlarının Husilərin qarşısını almaq ehtimalı azdır. Nəzərə alsaq ki, Husilər təkcə İrandan deyil, həm də ABŞ-dakı tədarük şəbəkələrindən daha çox dəstək alırlar. Rusiya və Çinlə diplomatik əlaqələr, Husilərə tədarükə əlavə resursları qatmaq və o cümlədən İrana təzyiq vasitəsi ola bilər”.
***
Husi lideri Əbdül-Malik Əl-Husi də bir neçə ay əvvəl verdiyi açıqlamada qruplaşmanın arsenalına diqqət çəkərək, bir çox ölkənin sahib olmadığı təkmil hərbi silahlara sahib olduqlarını və raket gücünün bunlardan ən əhəmiyyətlisi olduğunu bildirib.
“Bizim bir çox ölkədə olmayan təkmil hərbi silahlarımız var və bunlardan ən mühümü həyati və effektiv rol oynayan raket qüvvələridir”. Husi açıqlamasında Yəmənin dəniz gücü, pilotsuz uçuş aparatları (PUA) və quru qüvvələrinin qabaqcıl səviyyəyə çatdığını qeyd edib.