vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
ELM-TƏHSİL, DİN  
18:43 | 17 aprel 2013 | Çərşənbə Məqaləyə 2731 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyaya nümunə olan tolerantlıq

Müsəlman, yəhudi, xristianların kampaniyasını keçiriləcək

İnformasiya şöbəsi

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın mərhum dövlət başçısı Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dini icmalar tərəfindən keçirilən silsilə tədbirlər davam edir.

Bu barədə Dini Qrumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov məlumat verib. Dövlət Komitəsinin sədri bildirib ki, tədbirlərə ötən həftə start verilib: “Ötən həftə Şamaxıda ümummili lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş “Dövlət-din münasibətləri və maarifləndirmə işi” mövzusunda dini icmalar üçün iki günlük regional konfrans keçirildi. Şirvan bölgəsinə daxil olan 9 rayonun dini icmaları bu tədbirdə iştirak etdilər. Bunun davamı olaraq hazırda digər bölgələrdə də analoji tədbirlər davam edir”.
E.İskəndərov bildirib ki, Şirvan, Ağcabədi, Gəncə, Quba, Lənkəran, Zaqatala şəhərlərində “Heydər Əliyev və milli-mənəvi dəyərlər” adlı silsilə tədbirlər keçirilir. Dövlət Komitəsinin sədri yaxın günlərdə start veriləcək tədbirlər barədə də danışıb:
”Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Tolerantlıq Mərkəzi”nin təşəbbüs layihəsi çərçivəsində ümummilli liderin 90 illik yubileyi münasibəti ilə müxtəlif konfessiyalara (müsəlman, yəhudi, xristian) mənsub dini icmaların iştirakı ilə 9 min ağacın əkilməsi kampaniyası keçiriləcək. Həmçinin, dini icmalar arasında mini futbol turnirinə də start veriləcək. Turnirin əsas məqsədi müxtəlif dini etiqadlı insanlar arasında qarşılıqlı anlaşmanın, bir-birinə dözüm və hörmətli münasibətin möhkəmləndirilməsinə kömək, Azərbaycanda dini tolerantlığın daha da inkişafına töhfə, dini icma nümayəndələri arasında əlaqələrin genişləndirilməsi və onların Heydər Əliyev ideyaları ətrafında birləşdirilməsidir”.
Dövlət Komitəsinin sədri bu ayın sonuna kimi Heydər Əliyevin 90 illiyi ilə bağlı jurnalistlər və dini icmalar arasında keçirilən məqalə müsabiqənin nəticələrinin elan ediləcəyini də bildirib:
“Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibəti ilə “Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi kimi” mövzusunda məqalə müsabiqəsi elan edilib. Bu ayın sonuna kimi müsabiqənin nəticələri elan ediləcək və qaliblər mükafatlandırılacaqdır”.