
“Qadınların statusunu alçaldır”
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Fransanın daxili işlər naziri: “Universitetlərdə hicabın qadağan edilməsini istəyirik”
Pərakəndə satış şəbəkəsinin serverinə girən hakerlər sistemi iflic edib
İş və təhsil vizalarını arxa qapı kimi istifadə edən ölkələrə məhdudiyyət qoyulacaq
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
20 illik fövqəladə vəziyyət planı dəyişdiriləcək
Böyük bir sui-qəsd planı ifşa edildi
Şahzadə Harrinin müsahibəsi Sarayı qəzəbləndirdi
Məhkəmə təhlükəsizlik tələbini rədd etdi
Cekpot udub 11 milyon manatdan çox qazanan adam fanatı olduğu idmana görə Bakıya gələcək
Almaniyada 3 sərxoş ingilis əsgəri həbs olunub
Dünyanın ən yaşlı insanı sirrini bölüşdü
Böyük Britaniya xərçəngi tək peyvəndlə müalicə etmək üçün qollarını çırmalayır
Araqçı üç ölkəni xüsusi siyasətlərinə görə günahlandırıb
Kral olanda qardaşı və xanımın titullarını alacaq
Britaniyada çimərliklərdən çınqıl daşı, qum götürənlər 1000 funt-sterlinq cərimələnəcək
Tərəfdaş dövlətin səfirinin sərhədə yaxın əraziyə səfəri hansı zərurətdən yaranıb?
«The Independent» yazır ki, Britaniyanın təhsil müfəttişləri ibtidai məktəbə hicabla gələn müsəlman qızlarını sorğu-sual edəcəklər.
Qızların bu barədə verdikləri izahat məktəbin hesabatlarında qeyd olunacaq. Belə bir izahatlara ehtiyac bir çox qızların hicablanmağa məcbur edildiklərinə dair məlumatlardan doğub.
Baş məktəblər müfəttişi Amanda Spilman (Amanda Spielman) bu barədə qərarı bazar günü elan edib.
O deyib ki, məktəblər qızlara dərslərə yalnız dini geyimdə gəlməyi tapşırmış olduqları halda qanunları pozmuş ola bilərlər.
Bir sıra ekspertlər bildirirlər ki, belə az yaşlarından qızların hicab geyinməsi onların erkən seksuallaşdırılması kimi də qəbul edilə bilər.
Çünki qızlara hicab geyindirilməsi onların yetkinlik yaşına çatmasından sonra yad kişilərdən qorunması üçün edilir.
Xanım Spilman deyib ki, müfəttişlər qızlardan məktəbə niyə dini geyimdə gəlmələrinin səbəbini soruşacaqlar.
«The Sunday Times» qəzeti üçün keçirilmiş sorğunun nəticələrinə görə İngiltərədəki 800 ibtidai məktəbin 18 faizində hicab məktəbli formasının bir variantı kimi qəbul edilir.
Bundan əvvəl Milli Dünyəvilik Cəmiyyətinin apardığı sorğu İslam məktəblərinin, 27 ibtidai məktəb də daxil 42 faizində hicabın icbari məktəbli forması kimi qəbul edildiyini göstərmişdi.
Cəmiyyət təhsil naziri Castin Qrininqə (Justine Greening) məktubunda ondan məktəbli qızlara hicab məsələsində seçim verilməsinin təmin olunması xahiş edir.
Bu məktubda həm də qeyd olunur ki, bir çox məktəblər təməlçiliyin qarşısından geri çəkilərək, hicabın məktəbli forması kimi qəbul edilməsi yolunu seçirlər.