vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 7 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Tariximiz bizim üçün dərs olmalıdır. O, heç nəyi silmir»

Heydər Əliyev (1923 - 2003)
SAĞLAMLIQ  
16:08 | 9 iyun 2014 | Bazar ertəsi Məqaləyə 1458 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Keçəlləyin dərmanı

Yeməklərə dad verən dəfnə yarpağının tibbi faydaları

Keçəlləşmənin ən böyük düşməni tapıldı. Bu dəfnə yarpağıdır. ANS PRESS-in məlumatına görə, dəfnə həmişə yaşıl ağacdır. Bu məhsuldan yeməklərə dad vermək üçün istifadə edilir. Amma onun tibbi faydası da kifayət qədər çoxdur.


Dəfnə yarpağından əldə edilən yağ anseptik özəlliyə malikdir. Bu yağ mikrobları öldürür, sidik qovucudur, tərlədir, ağrıkəsicidir.

Bu yarpaqlarla hazırlanan hamam stress və gərginliyi azaldır, əzələ yorğunluğuna faydalıdır. 3 ovuc dəfnə yarpağını 1 litr qaynar suda 5 dəqiqə qaynadandan sonra bu suyu vannaya tökün. Bu müddət 30 dəqiqədən çox olmamalıdır.

Dəfnə yağı ağacın zeytuna bənzər meyvəsindən əldə edilir. Yağdan hazırlanan sabun dəri və saç xəstəliklərində faydalıdır. Dəfnə yağından saç tökülməsində istifadə edilir. Bu yağ saçları gücləndirir, kəpəyi yox edir.

Bu yağdan hazırlanan sabun saçları qidalandırır, onlara yumşaqlıq və parlaqlıq verir. Nəmləndirici təsirə malik olan sabun saç göbələyi yaranmasının da qarşısını alır.

Bu sabun dərinin gözəlliyinə də kömək edir. Bu sabun dəridəki məsamələri açır, nəmləndirir.