Benzinimizin keyfiyyəti daha da pisləşib
«Avro-4» standartlarına keçiddən sonra 8 pillə geriləyərək 77-ci yerdə qərarlaşmışıq
Vüsalə RÜSTƏMOVA
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hansı adlar ləğv olunacaq?
Etiketləmə tələblərində yeni qaydalar
-
Son 40 ildə ən sürətli artımı
ABŞ-da iyun ayında istehlak qiymətləri ötən illə müqayisədə 9,1 faiz bahalanıb
-
“Aİ-98” də bahalaşdı
Artım istehlakçıların 9 faizinə təsir edib
-
“Preimum”un qiyməti dəyişib
Aİ-95 idxal olunduğu üçün Tarif Şurası tərəfindən tənzimlənmir
-
... Hökumət, satıcı, yoxsa ekspert?
Benzin qiymətinin mümkün artımını kim əsaslandırmalıdır...
-
Aİ-95 bahalaşa bilər?
Dünyada benzinin qiyməti ölkələrin tarixlərində rekordlar vurub
-
Avropa benzin və dizeldən imtina edəcək
2030-ci ildən daxili yanma mühərrikli avtomobillər satılmayacaq
-
Benzinin qiyməti tarixi maksimuma çatdı
Avropa ölkəsində 1 litr yanacaq 3.5 manat olub
-
2000 manatdan 5000-dək...
Qənaət etmək istəyərkən ziyana düşə bilərsiniz
-
1 manata ...
Aİ-92 benzininin aksiz dərəcəsi endirilidi
-
Benzin bahalaşdı
1.5-1.6 manat oldu
-
... “Benzin bahalaşmayacaq”
SOCAR and-aman edir ki, ...
-
“Outlet”dən daha bir şikayət ...
Bakıda məşhur mağaza keyfiyyətsiz məhsul satır
-
Merkel avtomobil şirkətlərini müdafiə edə bilmir
Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər
-
Almaniyada dizel maşınlar ucuzlaşacaq
Ali Məhkəmə havaya atılan tullantı qazların çoxalması səbəbindən qərar verdi
-
«Yarıbayarı fərq var»
Sürücülər yanacağı niyə dəyişir?
ABŞ-ın Beynəlxalq Yanacaq Keyfiyyətli Mərkəzi (IFQC) 100 ölkə arasında benzinin keyfiyyətinin qiymətləndirilməsinə dair 2014-cü ilin rankinqini açıqlayıb. Məlum olub ki, benzinin qiyməti 30 faiz bahalaşandan və «Avro-4» standartlarına keçiddən sonra Azərbaycanda benzinin keyfiyyəti daha da pisləşib. İFQC-nin rankinqinə görə, Azərbaycan 8 pillə geriləyərək 77-ci yerdə qərarlaşıb. Qeyd edək ki, ötən il ölkəmiz 69-cü pillədə idi. İlk onluğa daxil olan ölkələrə gəlincə, bunlar Almaniya, Yaponiya, Avstriya, Danimarka, Estoniya, Finlandiya, Macarıstan, İsveç, Albaniya, Belçikadır.
Azərbaycanla qonşu olan dövlətlərdən Türkiyə 36-cı, Rusiya 59-cu, Gürcüstan 61-ci, Ermənistan 75-ci yerdə durur. Siyahının sonunda isə Suriya qərarlaşıb. Qeyd edək ki, təşkilat benzinin keyfiyyətini tərkibində kükürdün miqdarına əsasən götürür. Burada əsas götürülən meyarlar milli standart və qanunvericilikdə icazə verilən maksimum hədd; qanunvericilikdə nəzərdə tutulan həddin könüllü icrası; şəhər və bölgələr üzrə tətbiq olunan standart, market səviyyəsi və sair məsələlər daxildir.
Göründüyü kimi, Azərbaycanın «Avro-4» standartlarına keçidi, istehlakçılara keyfiyyətli Aİ-95 markalı benzin təqdim edilməsi üçün istehsalı dayandırması reytinq cədvəllərində daha daha geriləməyimizə səbəb olub. Hələ 2010-ci ildə «Avro-2»-yə keçid zamanı keyfiyyətin artacağına, daha ekoloji təmiz yanacağın olacağına dair vədlər verilirdi. Bəs, nə dəyişdi? Belə görünür ki, dəyişiklik yalnız geriyə baş verib.
Sürücüləri hazırkı yanacağın keyfiyyəti qane etmir. Onları həm kəmiyyətdə, həm də keyfiyyətdə aldadırlar. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun «Bizim Yol»a şərhində bildirdi ki, ölkədə istehlakçıların keyfiyyətli benzinlə təmin olunmasında ciddi problemlər var. Ekspert deyir ki, təşkilatlarına bununla bağlı çoxlu sayda şikayətlər daxil olur: «Əlbəttə, problemləri araşdırıb üzə çıxarmaq mümkün deyil. Sivil ölkələrdə yanacaqdoldurma məntəqələrində menzurkalar qoyurlar. İstehlakçı aldığı benzinin miqdarının düzlüyünü bu aparatla yoxlaya bilər. Azərbaycanda belə sistem yoxdur».
E.Hüsyenov vurğuladı ki, keyfiyyətsiz benzin avtomobilin tez sıradan çıxmasına gətirib çıxarır: «Təəssüf ki, keyfiyyəti müəyyən etmək üçün heç bir alternativ mənbə yoxdur. Ancaq istehlakçılar üçün də belə şərait yaradılmalıdır. Bunun üçün müstəqil, heç kimdən asılı olmayan laboratoriyalar fəaliyyət göstərməlidir. Satılan benzinin keyfiyyətindən şübhəli qalan istehlakçılara analizin cavabı ilə tanış olmaq imkanları yaradılmalıdır».
Hökumət rəsmilər isə bildirir ki, ölkədə keyfiyyətli benzin istehsalına yeni Neft-Kimya Kompleksinin istifadəsindən sonra başlamaq mümkün olacaq. Hazırda müəssisə tikilir və 2029-cu ildə təhvil verilməsi gözlənilir.
Bundan əlavə, bir sıra ekspertlərin fikrincə, yanacağın keyfiyyətinin müəyyənləşməsi ilə bağlı qanunvericilikdə boşluqlar mövcuddur. «Neft-qaz haqqın»da qanunun olmaması bu istiqamətdə prosesləri tənzimləməkdə çətinliklər yaradır. Yəni istehlakçı onlara hansı keyfiyyətdə yanacaq və dizelin satılmasının vacib olduğunu bilmir. («Bizim Yol»)