

Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
Böyük Britaniyanın Suriya qərarı ...
İngiltərədə qan donduran hesabat: “2000 qadın kişilər tərəfindən qətlə yetirilib”
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
Kral Çarlz demokratiyanı dəstəkləməklə qeyri-adi cəsarət göstərir
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Makron: “Başımıza gələcəklərə hazır olmalıyıq”
Avropa Trampın arzularını gerçəkləşdirir
Keir Starmer: “Keçmiş səhvlərdən dərs çıxarmalıyıq”
Ursula Von der Leyen: “ABŞ-lı dostlarımızla birlikdə ortaq maraqlarımız üçün addımlar atırıq”
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Ötən il kral sarayının saxlanması xərcləri artdığı üçün Britaniya monarxiyası vergi ödəyicilərinə 5 faiz artıq baha başa gəlib. Bu barədə «Economic Times» məlumat verir.
Qeyd edək ki, Britaniyada monarxiya hər adama 56 pensə başa gəlir. Kraliçanın rəsmi xərcləri 5 faiz, 2.4 milyon funt sterlinq artıb.
Kraliçanın rəsmi gəlirlərini əhatə edən «Krallıq üçün dotasiya» («Soverign Grant») 2015-ci ilin aprelində 40 milyon funt sterlinq olacaq.
Kraliçanın gəliri «Krallıq mülkiyyəti»dən gələn gəlirin müəyyən hissəsini təşkil edir. Bura Vindzor Park və Britaniya sahillərindəki mülkiyyətin əksəriyyəti daxildir.
2012-ci ildə qəbul olunmuş qaydaya görə, dotasiyanın məbləği 37,9 milyon funt sterlinqə çatıb. Gələn maliyyə ilində də dotasiyanın 5,7 faiz artacağı gözlənilir.
Bütün bunlar 267 milyon funt sterlinq gəliri olan «Krallıq mülkiyyəti» ilə sıx bağlıdır. Xərclərin bir hissəsi aşağıda açıqlanıb.
Bukinhem Sarayında dotasiyanın üçdə biri kral saraylarının saxlanmasına xərclənib. Bu il Kensinqton sarayındakı ofislərin şahzadə Vilyam, həyat yoldaşı Keyt və körpə şahzadə Corcun iqamətgahına çevrilməsinə 4 milyon funt sterlinqdən çox pul xərclənib.
Bunun üçün asbest dam örtükləri çıxarılıb, yeni istilik sistemi qurulub, isti və soyuq su, elektrik xidmətləri, «sadə dekorasiya» işləri görülüb.
Saray rəsmisi ev avadanlıqları və yeni mətbəxin xərclərini kral ailəsinin ödədiyini bildirib.
Çoxları Kembric hersoqu və hersoginyasının Londondakı iqamətgahlarına həddən çox pul xərclənməsini tənqid edib. Kensinqton sarayının nümayəndəsi bildirib ki, «Layihə başlamazadan əvvəl iqamətgah çox təmirsiz vəziyyətdə olub. Təmir işləri sonuncu dəfə 1963-cü ildə aparılıb».
Bukinhem sarayı bildirib ki, təhlükəsizlik xidməti istisna olmaqla, monarxiyanın saxlanması üçün Britaniyada adambaşına həftəyə 1 penni düşür.
Krallıq gəlirinin qalan hissəsi Birləşmiş Krallığın xəzinəsinə daxil olur. Krallığın xüsusi xəzinədarı Alan Reyd bildirib ki, saxlanma xərcləri azaldıqdan bəri, monarxiyanın dövlətdən maliyyələşməsi ötən 2 il ərzində əslində 8 faiz azalıb.
«Biz əməliyyatları mümkün qədər effektiv aparmağa çalışırıq. Hesab edirik ki, puldan düzgün istifadə etmək üçün əlimizdən gələn ən doğru işi görürük», - o deyib.
Monarxiyanın ləğv olunmasına çalışan respublikaçılar qrupunun rəhbəri Qraham Smit bildirib ki, «Krallığın maliyyə xərcləri haqqında hesabat vermək işini sarayın əlindən alıb, vicdanlı brokerlərə vermək lazımdır».