vaxtlı-vaxtında oxuyun! Cümə, 9 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AVROPA  
Avropada casus ovu 21:01 | 7 mart 2025 | Cümə Məqaləyə 221 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada casus ovu

Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

Londonun Mərkəzi Cinayət Məhkəməsində 30 yaşlı Vanya Qaberova, 33 yaşlı Katrin İvanova və 39 yaşlı Tihomir İvanov İvançev təqsirli bilinib. Prokurorlar məhkəməsi noyabrda başlayan üçlüyün "sənaye miqyasında" casusluqla məşğul olduqlarını bildiriblər.

Üçlüyün 2020-2023-cü illər arasında Rusiya kəşfiyyat xidmətləri adından bütün Avropada işlədiyi iddia edilir. Bu kontekstdə onların Ukrayna əsgərlərinin təlim aldığı güman edilən Almaniyadakı ABŞ hərbi bazasında casusluq etdikləri bildirilib.

Prokurorluğun məlumatına görə, müttəhimlər həmçinin bolqar jurnalist və Bellinqkatın Rusiya üzrə tədqiqatçısı Kristo Qrozevin ya öldürülmək, ya qaçırılmaq və ya Rusiyaya aparmaq istəyiblər.

Casusluq şəbəkəsində olan digər iki müttəhim – Orlin Russev və Bişer Cambazov casusluqda və saxta şəxsiyyət sənədləri saxlamaqda təqsirli olduqlarını etiraf ediblər.