vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Barış Manço (1943 - 1999)

«Keçmişini tanımayan bugününü anlaya, sabahını isə qura bilməz»

Barış Manço (1943 - 1999)
SƏNAYE - AĞIR, YÜNGÜL, AQRAR  
16:49 | 19 iyul 2013 | Cümə Məqaləyə 2984 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

2,9 milyon tondan çox taxıl istehsalı gözlənilir

Yerli istehsal hesabına ixrac potensialı artıb

Elvin ƏHMƏDOV, oxu.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Cari ilin yanvar-iyun aylarında kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 2 milyard 122 milyon 995 min manat təşkil edib. Bunu prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı kənd təsərrüafatı naziri İsmət Abbasov bildirib.

Nazir vurğulayıb ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,9 %, o cümlədən bitkiçilik sahəsində 4,5 %, heyvandarlıq sahəsində isə 5,1 % artıb:
“Ümumilikdə, 2013-cü ilin nəticələrinə görə kənd təsərrüfatının ümumi məhsulunun artımının təxminən 6-7 % olacağı gözlənilir. Cari ilin sonuna 2 milyon 900 min tondan çox taxıl istehsalı gözlənilir ki, bu da keçən ildəkindən təxminən 100 min ton çoxdur”.
Abbasov çıxışında deyib ki, əhalinin qida rasionunda vacib əhəmiyyətə malik olan meyvə, tərəvəz, kartof və digər məhsulların istehsalında da müsbət dinamika müşahidə olunub:
“Belə ki, 2013-cü ilin 1 iyul vəziyyətinə, ötən ilin müvafiq dövrünə nisbətən meyvə istehsalı 12,1 %, kartof istehsalı 11,8 %, tərəvəz istehsalı 8,8 %, yaşıl çay yarpağı istehsalı 4 % artıb. Bu da öz növbəsində əhalinin əsas kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsinə öz müsbət töhfəsini verməklə yanaşı, ixrac potensialını da artırıb”.