Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:51 | 26 yanvar 2019 | Şənbə
Məqaləyə 2565 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Bir neçə aydır dünya bazarında taxılın qiyməti sabitləşib. Hazırda əmtəə birjalarında qarğıdalının 1 kq-ı 0,15 ABŞ dollarına, buğdanınkı isə 0,19 dollara realizə edilir. Ekspertlər hesab edirlər ki, qiymətlərdə ciddi dəyişikliyin olmaması bazara təsir edən məlumatların kasadlığı ilə bağlıdır.
“İstehsal və ixrac həcmləri ilə bağlı konkret rəqəmlər olmadığından bazar iştirakçıları taxılın bahalaşmasına və yaxud ucuzlaşmasına səbəb olacaq addımlar atmağa risk etmirlər”, - əsası 1947-ci ildə ABŞ-da qoyulmuş və taxıl biznesi ilə məşğul olan “Andersons” şirkətinin mütəxəssisi Cey Smit bildirib.
Bundan başqa, taxıl istehsalı ilə məşğul olan regionlarda hava şəraitinin sabit keçməsi, eləcə də ABŞ və Çin arasında ticarət danışıqlarının hələ ki, konkret nəticə verməməsi də qarğıdalı və buğdanın ucuzlaşmasına (və yaxud bahalaşmasına) imkan vermir.
Bununla belə, bir neçə ay əvvəllə müqayisədə taxıl qiymətlərində azalma var. Məsələn, ötən ilin may ayında qarğıdalının 1 kq-ı 0,16 dollara, avqust ayında isə buğdanın 1 kq-ı isə 0,22 dollara alınıb-satılırdı. Ucuzlaşmaya böyük həcmdə taxıl idxal edən ölkələrin gözləmə mövqeyinə keçməsi səbəb ola bilər. Məsələn, Misir hökuməti taxıl almaq üçün dövlət büdcəsində nəzərdə tutulmuş 1 milyard dolları vəsaiti hələ ki, xərcləməyib. Amma taxıl almaq üçün qiymətlərin bundan da aşağı düşəcəyini gözləməyən ölkələr də var. Məsələn, Tunis, Suriya və Banqladeş kimi ölkələr müxtəlif həcmlərdə buğda almaq üçün beynəlxalq tenderlər elan ediblər. Tenderlərin nəticələri elan olunduqdan və taxıl alışına başlandıqdan sonra bazarda canlanma yarana və qiymətlər yenidən qalxa bilər.