Orxan Zeynalova 17 il
Azərbaycan vətəndaşı qətl baş verən gün Moskvada olmadığını deyib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Moskva məhkəməsinin «ədalət»i
Orxan Zeynalova 17 il, Qraç Arutyunyan 7 il?
-
«Mən başqa nə deyə bilərəm ki?»
Orxan Zeynalovun atası dövlətdən kömək istədi
-
««Pakrov» bazarını bağlamaq üçün bunu düzüb qoşdular»
Orxan Zeynalov məhkəmədə son söz dedi
-
«Heç kimi öldürməmişəm»
«Məni döyürdülər, ona görə də yalan ifadə vermişəm»
-
«Həmin gün Moskvada deyildim»
«Yeqor çox sakit adam olub»
-
Nə az, nə çox 5 milyon rubl
Şerbakovun atası Orxan Zeynalovdan təzminat istəyir
-
«Zeynalov bir aydır karserdə saxlanılır»
Vəkil Viktor Annikuşkin: «O, Qafqazlı olduğu üçün təhqirləri sakit qarşılaya bilməzdi»
-
Orxan Zeynalovun məhkəməsi başladı
Rusiya KİV-i prosesə böyük maraq göstərir
-
«Günahkar» «qaralar»dır
Moskvada hamilə qızın öldürülməsinə görə iğtişaşlar başlaya bilər
-
Putin Jirinovskiyə «itin sözünü» deyib
Rusiya prezidenti LDPR sədrini danlamaq üçün evinə çağırıb
-
Rusiyaya ikinci nota göndərildi
Qətldə günahlandırılan Orxan Zeynalovla görüş tələb olunur
-
Soydaşlarımızın bazarı bağlandı
Azərbaycanlıların çalışdıqları ən böyük ticarət obyekti “Pokrov” tam boşaldılıb
Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun məhkəməsi baş tutub.
ANS PRESS-in məlumatına görə, bu gün Moskva şəhər məhkəməsi Yeqor Şerbakovun qətlində Azərbaycan vətəndaşı Orxan Zeynalovu günahkar hesab edərək, onu ciddi rejimin koloniyasında 17 il müddətinə məhkum edib.
Bundan əlavə olaraq hakim Nikolay Tkaçuk vəfat etmişin atasına zərər çəkmiş vətəndaş iddiası ilə 3 milyon rubl kompensasiya ödənilməsini tələb edib.
Qeyd edək ki, O.Zeynalov bir necə gün öncə məhkəmədə ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: «Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim».
İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.