vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
MƏHKƏMƏ, İSTİNTAQ  
10:30 | 5 avqust 2014 | Çərşənbə axşamı Məqaləyə 1726 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Moskva məhkəməsinin «ədalət»i

1 nəfərin qətlində şübhəli bilinən Zeynalova 17 il, 18-ni öldürüb, 6-nı ölümcül edən Arutyunyana 7 il?

MÖVZU İLƏ ƏLAQƏLİ

Moskvanın Troitski məhkəməsi Ermənistan vətəndaşı, idarə etdiyi «KamAZ»la marşrut avtobusunun toqquşması nəticəsində 18 nəfərin olümünə səbəbkar olan Qraç Arutyunyanın 6 il 9 ay azadlıqdan məhrum olunması haqda hökm çıxarıb.

Rusiya KİV-i xəbər verir ki, cəzasını ümumi rejimli həbsxanada çəkəcək erməni azadlığa çıxandan sonra 3 il nəqliyyat vasitəsi də idarə edə bilməyəcək. Məhkəmə onun təqsirinin tam sübuta yetirildiyini açıqlayıb.

Qeyd edək ki, hadisə zamanı xəsarət alan 6 nəfər Arutyunyanın ümumilikdə 16 milyon rubl ödəməsi haqda da iddia qaldırıb.

Xatırladaq ki, bir necə gün öncə haqqında Moskva Şəhər Məhkəməsində Orxan Zeynalov haqqında 17 il azadlıqdan məhrum etmə qərarı verilib. Baxmayaraq ki, həmyerlimiz məhkəmədəki ifadəsində Yeqor Şerbakovu qətlə yetirmədiyini söyləyib: «Hadisə baş verən gün Moskvada olmamışam. Həmin gün yaşadığım Kolomno şəhərində idim».

İlkin istintaqa verdiyi ifadəsini təkzib edən Orxan saxlanılan zaman hüquq-mühafizə orqanları tərəfindən vəhşicəsinə döyüldüyü üçün yanlış ifadə verdiyini deyib.

P.S. Hər iki qərar göz önündədir. Özünüz Rusiya məhkəməsinin ədalətini ədalətlə müqayisələndirin.