Qiymətlər AZALdı
Baqajlara qoyulan qiymətlərdə 40 faizdən çox endirim var
MÖVZU İLƏ ƏLAQƏLİ
-
AZAL Kiyevə uçuşları ləğv edib
Rəsmilər qərarın bu gün üçün nəzərdə tutulduğunu deyir
-
Milyard dollarlıq müqavilə ləğv olunur
Bakıdan Nyu-Yorka birbaşa uçuşlar dayandırılır
-
AZAL qiymətləri endirdi
Fevralın sonuna kimi ...
-
İgid pilotun “Əbədiyyətə uçuş”u
Milli Qəhrəman Viktor Seryoginin anım günündə ona həsr edilmiş sənədli film təqdim olundu
-
“Yəhudilər Azərbaycan məsələsində yekdildir”
İsrailin vitse-spikeri: “İkinci bir dövlət yoxdur ki, etibarlı və səmimi müttəfiq kimi qəbul edək”
-
«Təyyarə biletləri bir az da ucuzlaşacaq»
Nazir: «Atılan addımlar davam etdiriləcək»
-
«British Airways»ın simicliyi
İstənilən halda sərnişinlərə cavabdeh aviaşirkətdir
-
«Kapitan icazə vermədi»
Bakı aeroportu ac sərnişinlərə görə məsuliyyəti britaniyalıların üzərinə qoydu
-
AZAL-ın işçiləri ingilis dilini bilmir?!
Bakı aeroportunda Hindistan dövlət bankının eks-sədrinin başına gələnlər
-
Heydər Əliyev Beynəlxalq Aeroportu 4 ulduza layiq görüldü
Hava limanı 11 ayda 3,75 milyon sərnişinə xidmət göstərib
-
«Yaxşı divanı, yatağı var, TV-ni də bir az böyük qoysaq...»
Cahangir Əsgərov «Sukhoi Superjet»i bəyəndi, amma «Boeing» aldı
-
AZAL-la «Boeing» arasında saziş imzalandı
«Azərbaycan Hava Yolları» beş «B787-8 Dreamliner», iki «B747-8F» təyyarəsinin alınması barədə razılığa gəlib
-
AZAL daha 6 təyyarə alır
4 «Boeing 787 Dreamliner» və 2 «Boeing 747-8 F» ...
-
Kiyevdə başıma gələnlər...
«Baxil 3 qrivindir, amma xalaya bir az peraşki pulu da versəz sevinərəm»
-
Azərbaycandan xaricə 29 avroya uçuş
Ehtiyac yaranarsa baqaj üçün əlavə 20 avro ödənəcək
-
«Münasibətlərimiz hərtərəfli inkişaf edir»
Səfir Elin Süleymanov Azərbaycanın ABŞ-dan aldığı təyyarələr haqda
27.07.15 - Baqajlara qoyulan qiymətlərdə 40 faizdən çox endirim var...
Avqust ayının 1-dən etibarən əhalinin daha çox istifadə etdiyi marşrutlar üzrə aviabiletlərin qiymətində 20-30 faiz endirim tətbiq olunacaq.
Bu barədə Azərbaycan Hava Yolları QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, prezident İlham Əliyevin tapşırığına uyğun olaraq «Azərbaycan Hava Yolları» QSC (AZAL) aidiyyəti dövlət qurumları ilə birlikdə aviabiletlərin qiymətlərinin təhlilini aparıb və qiymətlərin aşağı salınması üçün müvafiq tədbirlər həyata keçirib: «Artıq bu istiqamətdə ilkin addımlar atılıb və bu barədə ictimaiyyətə məlumat verilib.
Bununla belə, aviabiletlərin qiymətləri ilə bağlı AZAL-ın məlumat bürolarına çoxsaylı müraciətlər daxil olur. Bu məsələyə böyük marağın olmasını nəzərə alaraq, AZAL aviabiletlərin qiymətləri ilə bağlı yenilikləri bir daha əhalinin diqqətinə çatdırır».
AZAL-dan həmçinin bildirilib ki, dövlət başçısının aviabiletlərin qiymətlərinin azaldılması ilə bağlı tapşırığına uyğun olaraq müvafiq araşdırmalar aparılıb və avqustun 1-dən etibarən bütün beynəlxalq istiqamətlər üzrə ekonom-klass tariflərinə 20-30 faiz arasında endirim tətbiq olunmasına qərar verilib.
Bu, AZAL-ın əhalinin daha çox istifadə etdiyi marşrutları üzrə aşağıdakı şəkildə öz əksini tapıb:
- - Bakı-Moskva-Bakı reysi üzrə aviabiletlərin qiyməti 406
avrodan 321 avroya (85 avro və ya 21 faiz ucuz),
- - Bakı-İstanbul-Bakı marşrutu üzrə 277 avrodan 219 avroya (58 avro və ya 21% ucuz),
- - Bakı-Dubay-Bakı reysi üzrə 272 avrodan 216 avroya (56 avro və ya 21% ucuz) endiriləcəkdir.
Aviabiletlərin qiymətlərinin aşağı salınmasından sonra Bakı-Roma-Bakı reysi üzrə biletlərin qiymətində 112 avro (22 faiz), Bakı-Lvov-Bakı üzrə 141 avro (30 faiz), Bakı-Pekin-Bakı marşrutu üzrə 116 avro (23 faiz), Bakı-Nyu-York-Bakı marşrutu üzrə 158 avro (21 faiz) və s. endirim tətbiq olunacaq.
Ən aşağı qiymət sinfi üzrə yerlərin sayı artırılaraq, biznes-klassdan başqa digər bütün yerlərin 30 faizdən az deyil və təyyarənin tipindən asılı olaraq, 32-61 arasında dəyişir. Məsələn, Bakıdan Tehrana, Aktauya, Kazana və s. uçan təyyarələrdə ən aşağı qiymət sinfi üzrə yerlərin sayı 32-dirsə, Pekin, London, Sankt-Peterburq, Moskva, Antaliya, Bodrum, İzmir və Dalamanda 48, İstanbul reysində 53, Nyu-York reysində isə 61-dir və s.
Bundan başqa, AZAL daha çox tələbatın olduğu 4 marşrut üzrə aşağı büdcəli sərnişindaşıma xəttləri («lou-kost») təcrübəsinin tətbiqinə başlayıb.
QSC-dən həmçinin bildirilib ki, bu ilin avqust ayından etibarən Bakı-Antalya-Bakı reysi üzrə həftədə 3 dəfə, sentyabrdan başlayaraq Bakı-İstanbul-Bakı reysi üzrə hər gün 1 uçuş, oktyabrdan başlayaraq hər gün Bakı-Moskva-Bakı istiqaməti üzrə 2 uçuş, Bakı-Dubay-Bakı reysi üzrə bir uçuş həyata keçiriləcək.
«Yeni reyslərin başlama tarixinin müxtəlif olması aviaxətlərə xidmət göstərilməsi üçün xarici hava limanları ilə müqavilələrin imzalanması və uçuş icazələrinin alınması ilə əlaqədardır.
Standart «lou-kost» modelindən fərqli olaraq AZAL-ın «lou-kost» xətlərinin özəl üstünlükləri var. Qeydiyyat zamanı biletlərdə konkret yerlər göstəriləcək və təyyarənin salonunda yer seçimi üçün əlavə ödənişin alınmayacaq. Uçuşlar «Embraer» təyyarələri ilə həyata keçiriləcək. Qeyd etmək lazımdır ki, bu təyyarənin salonundakı bütün yerlər eyni rahatlığa malikdir.
Bu istiqamətlər üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) sabit olacaq və bir tərəfə 99 avro təşkil edəcək. Bu isə o deməkdir ki, 99 avro ödəyən sərnişin əl yükü ilə birgə nəzərdə tutulan istiqamətlərə uça biləcəkdir. Sərnişinlər hər bir baqaj üçün əvvəllər bəyan edildiyi kimi 50 manat deyil, 25 avro ödəyəcəklər (29 manat). AZAL-ın bütün reyslərinə biletləri on-line rejimində (www.azal.az) bronlaşdırmaq və əldə etmək mümkün olacaq. Bu isə, sərnişinlərə hansı istiqamətə hansı növ biletin mövcudluğu və qiymətləri barədə müfəssəl məlumat əldə etmək və aviabilet satışı agentlərinə komissiya haqqı ödəmədən birbaşa və ucuz bilet almaq imkanı yaradır.
Qeyd edək ki, Bakı-Antalya aşağı büdcəli reyslərə biletlərin satışına 24 iyulda başlanılıb və iki gün ərzində 7 avqust reysinə bütün biletlər satılıb.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, aviaxidmətlərdən istifadə etmək istəyənlər üçün geniş seçim imkanları yaradılıb.
Bundan başqa, AZAL-ın əksər marşrutları üzrə Turkish Airlines, Aeroflot, Sibir, Flydubai, Ukrayna Beynəlxalq Hava Yolları, Qatar Airways, Air Astana, British Airways, Lufthansa, Belavia və digər rəqib xarici aviaşirkətlər uçuşlar həyata keçirir. Heydər Əliyev Hava Limanında bütün aviaşirkətlər üçün, eləcə də lou-kosterlər üçün bərabərimkanlar yaradılıb».
Qeyd edək ki, prezident İlham Əliyev 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında aviabiletlərin qiymətlərinə yenidən baxılması və azaldılması ilə bağlı konkret tapşırıqlar vermişdi.