... Nazir sual yox, cavab verməlidr
Samir Şərifov ritorik sualların mahir ustası hesab oluna bilər, amma...
Zaur İBRAHİMLİ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Faizlər niyə yüksəkdir?
Kreditə üz tutanların sayı artıb
-
Mərkəzi Bankın qanunsuz kreditləri
Elman Rüstəmov məsuliyyətə cəlb ediləcəkmi?
-
Rəqəmsal bankçılığın əngəli qalxdı
Elman Rüstəmov rəqəmsal bankçılığın inkişafında nə ilə yadda qalacaq?
-
Bank sektorunda canlanma gözlənilir
Rüstəmovun fəaliyyətində əsas nöqsanı ...
-
“Faizin aşağı düşməsi müsbət faktordur”
Nazir dövlət istiqrazlarından danışdı
-
Qısa müddətdə müsbət dəyişiklik
“Biz sizə güzəşt etmişik, indi siz də işçilərinizə daha yüksək əməkhaqqı verin”
-
Kredit faizlərini kəlləçarxa çıxaran səbəblər
Dərəcələrin artmasını şərtləndirən xərc, risk və digər mənfi amillər ...
-
Aksiz markaların sifarişi və ...
Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
-
Manatın materialı dəyişəcək
Mərkəzi Bank polimer pula keçməyi planlaşdırır
-
Nəzarət səlahiyyəti Mərkəzi Banka qayıdır...
... Rotşildlər isə Azərbaycana gəlir?
-
On minin yarısını dövlət qaytaracaq
Bu məzənnə fərqinin 92 faizdən çoxu deməkdir
-
Bank rəhbərləri palataya çağrıldı
MBNP-da iclas başladı
-
“Artıq ödənilən məbləğ geri qaytarılacaq”
Mərkəzi Bankdan kredit açıqlama
-
Fərmandan sonra nələr olacaq?
Ekspertlər: “Problemli kreditlərin faiz və cərimələri silinəcək, məhkəmələrdəki işlər geri çağırılacaq”
-
Maksimum yarısı ödəniləcək
Güzəştdən fiziki şəxslər faydalanacaqlar
-
Gözlənilən fərman verildi
Prezident əhalinin dollar kreditləri ilə bağlı problemini həll etdi
Maliyyə naziri Samir Şərifovun və Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun dollar kreditləri ilə bağlı açıqlamaları hökumətin hər hansı güzəştlər paketi təqdim edəcəyi ilə bağlı gözləntilərə son qoydu. İstər maliyyə naziri, istərsə də baş bankir ilk növbədə dollar krediti götürən vətəndaşın və kredit verən bankların məsuliyyətini ön plana çəkdilər.
Xüsusən, S.Şərifov bankların vətəndaşlarla, vətəndaşların isə banklarla dil tapmalı olduğunu vurğulamaqla, bu mübahisənin iki tərəfi olduğunu açıq şəkildə bəyan etdi. Obrazlı ifadə etsək, hökumət faktiki olaraq öz yaxasını kənara çəkməyə çalışır və banklarla vətəndaşları üz-üzə qoyur. Heç vasitəçi kimi də çıxış etmək istəmir. S.Şərifov qeyd edir ki, «Dövlət niyə bankla müştəri arasına girməlidir? Vaxtilə yüksək faizlə kredit verəndə, gəlir əldə edəndə, heç dövlət yada düşmürdü. Banklar öz müştəriləri ilə bağlı məsələni öz aralarında həll etsin. Faizlərdən azaltsın, ödəniş müddətini uzatsın və s. Bu məsələdə Mərkəzi Bank da banklara güzəşt edə bilər".
Əslində doğurdan da çox yerində verilmiş və aydınlaşdırılması vacib sualdır- «Dövlət niyə bankla müştəri arasına girməlidir?» İlk növbədə ona görə ki, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində bəyan edilir ki, « İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir». Konstitusiyanın 16-cı maddəsində isə qeyd olunur ki, «Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır».
Yəni vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin təmin edilməsi bilavasitə dövlətin ali vəzifəsidir. 2015-ci il fevralın 21-dən sonra milli valyutanın 100 faizdən çox ucuzlaşması isə hökumətin qərarları ilə baş verib. Digər tərəfdən hələ, 11 aydır ki, hökumət öz vətəndaşını xarici iqtisadi şoklar qarşısında niyə aciz qoyduğunu aydın şəkildə izah edə bilmir. Axı ötən il fevralın 21-dən sonra, dekabrda ayında 1 gündə növbəti, 50 faizə yaxın devalvasiyanın baş verməməsi üçün hökumət bircə səmərəli addım atdığını göstərə bilməz. Əskinə, maliyyə naziri və baş bankir hər gün efirdən vətəndaşları və iqtisadi fəaliyyət subyektlərini əmin edirdilər ki, manat duruş gətirəcək…
Digər tərəfdən 50 faiz dövlətə məxsus olan, ölkənin və Cənubi Qafqazın ən böyük bankı Azərbaycan Beynəlxalq Bankının vəsaitlərinin dəyər-dəyməzinə pay-püş edilməsinin və ölkənin maliyyə ehtiyatlarının azalmasının əsas günahkarlarındana biri hökumət adından bankın idarəetməsində söz sahibi olan Maliyyə Nazirliyidir. «Maliyyə xəyanəti» kimi qiymətləndirilən Beynəlxalq Bankın aktivlərinin yoxa çıxması və indi faktiki olaraq «ümidsiz kreditlər»ə çevrilməsinin bir məsuliyyətini də S.Şərifov daşıyır. Axı hələ 2011-ci ilin dekabrında «Fitch» agentliyi bankın reytinqini aşağı salmış və xəbərdarlıq etmişdi. Agentlik hələ o zaman qeyd edirdi ki, Azərbaycan Beynəlxalq Bankının Moskva filialı Rusiya maliyyə bazarı üçün kiçikdir, yüksək kredit riski ilə üz-üzədir, tikintiyə, daşınmaz əmlak biznesinə ayırdığı kreditlərin vaxtında geri qaytarılmaması problemi var. Deloitte & Touche» şirkətinin auditor rəyində isə qeyd olunurdu ki, Beynəlxalq Bankın maliyyə vəziyyətinin pisləşməsi ona gətirib çıxarıb ki, Bank iki ildir dalbadal Azərbaycan Mərkəzi Bankının səhmdar (6 faiz) və məcmu (12%) kapitalın adekvatlığı tələbini ödəyə bilmir.
Təsadüfi deyil ki, 780 milyon manatdan çox problemli kreditin çox böyük hissəsi Beynəlxalq Bankın payına düşüb.
Yəni illərlə ekspertlərin və beynəlxalq maliyyə qurumlarının, qiymətləndirmə şirkətlərinin xəbərdarlığına baxmayaraq hökumət adından Maliyyə Nazirliyi bu maliyyə fəlakətinin qarşısının alınması üçün ciddi addımalr atmayıb. «Dövlət niyə bankla müştəri arasına girməlidir?»- sualını səsləndirdən cənab nazirdən də soruşmaq olar ki, o, şəxsən niyə 50% dövlətə məxsus bankın talan edilməsinə qarşı ölçü götürməyib. Bu maliyyə fəlakətinin miqyası barədə onu deyək ki, Beynəlxalq Bankın verdiyi və indi geri ala bilmədiyi kreditlərin həcmi Sahibkarlığın İnkişafına Yardım Fondunun verdiyi kreditlərdən çoxdur.
Ümumiyyətlə, S.Şərifov ritorik suallar verilməsində usta hesab oluna bilər. Bir müddət əvvəl cənab nazir Beynəlxalq Bankda baş verənlərə münasibət bildirərkən demişdi: "Hansı səbəbdən heç bir girov olmadan Azərbaycan Beynəlxalq Bankı müəyyən sahənin adamlarına iri məbləğdə kreditlər verib? Halbuki, sadə vətəndaşlara adi kredit verəndə həmin bank kredit məbləğindən az qala üçqat artıq girov tələb edib».
Əslində bu sualları ictimaiyyət maliyyə nazirindən soruşmalıdır. Maliyyə naziri isə sual yox, cavab verməlidir. Yaxud yunan alimləri timsalında olduğu kimi özü sual verib, özü cavab verməlidir. Bizim maliyyə naziri isə yalnız sual verməyi xoşlayır: «Dövlət niyə bankla müştəri arasına girməlidir?»
Bu suala bir cavab da var. Ona görə ki, banklar yalnız öz mənfəətini güdən sahibkarlar tərəfindən yaradılıb. Sahibkar üçün ilk növbədə mənfəət əsasdır. Bu da təbiidir. Amma bankların fəaliyyətini də məhz Mərkəzi Bank, hökumət tənzimləyir. Yaxud biz elə bilmişik ki, tənzimləyir. İndi S.Şərifovun açıqlamasından belə anlaşılır ki, Banklar ağıllarına gələn faizlə kredit verib, fantastik qazanc əldə ediblər. Tənzimlə isə yaddan çıxıb…
Hökuməti isə xalq tərəfindən seçilən prezident və parlament və formalaşdırır. Hökumət vətəndaşların qanuni mənafelərinin qorunmasının keşiyində durmaldır. İctimai əhəmiyyət kəsb edən məsələlərdə hökumət özünü hamıdan eyni məsafədə duran 3-cü tərəf kimi apara bilməz. Çünki tənzimləmə qaydalarını o müəyyənləşdirib və məsuliyyətin bir hissəsi də onun üzərinə düşür. Məhz buna görə, hökumət vətəndaşlarla bankların arasına girməli və bu mübahisələrdə ədalətli hakim rolunu oynamalıdır.
Ukraynada, Qazaxıstanda, Rusiyada bu istiqamətdə hökumət çox ciddi addımalr atıb. Ətraflı bir neçə gün əvvəl dərc etdiyimiz məqalədə tanış ola bilərsiniz : Samir Şərifovun diqqətinə: Ukrayna və Qazaxıstanda kredit borclularına necə kömək edirlər?
Əks halda vətəndaşlar da hökuməti, nazirləri istefaya çağırmaq hüququ üzərində ciddi düşünməli olacaqlar…