vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir»

Heydər Əliyev (1923 - 2003)
KİNO-TEATR  
17:44 | 12 aprel 2016 | Çərşənbə axşamı Məqaləyə 1385 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«İcra edə bilmirik»

Nazir müavinindən etiraf

Ağa AKİFOĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

«Azərbaycanda kino sənayesinin inkişafı üzrə qanunvericilik bazasının mükəmməl olmaması, dövrlə uyğunlaşmaması səbəbindən «Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı»nın bəzi bəndlərini icra edə bilmirik».

Modern.az-ın məlumatına görə, bunu mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev «Kinematoqrafiya haqqında» yeni qanun layihəsinin ilkin müzakirəsi zamanı söyləyib.

Azərbaycanda «Kinematoqrafiya haqqında» Qanunun 1998-ci ildə qəbul edildiyini xatırladan nazir müavini deyib ki, ötən müddətdə dünyada kino sahəsi üzrə bir çox yeniliklər, texnologiyalar tətbiq edilib.

Komitə sədri Rafael Hüseynov isə bildirib ki, ötən müddətdə kino sahəsində texnologiyaların dəyişməsi, yeni yanaşmanın ortaya çıxması mövcud qanuna yenidən baxmaq ehtiyacını yaradıb. Onun sözlərinə görə, yeni qanun layihəsi filmlərin istehsalı, yayımı, milli kinematoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyəcək. Deputat deyib ki, artıq layihə rəy alınması üçün müvafiq qurumlara göndərilib:

«Aprelin sonu-mayın əvvəllərində isə layihənin ilkin variantının geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Həmin müzakirələrdə iştirak etmək üçün İqtisadiyyat, Maliyyə, Vergilər Nazirlikləri və Gömrük Komitəsinin nümayəndələri Milli Məclisə dəvət ediləcək».

Bu layihənin ətrafında ciddi müzakirələr olmalıdır. Çünki kino sahəsindən əldə olunan gəlirin çox olmasını istəyiriksə, o zaman onun istehsalına daha çox diqqət yetirilməlidir. Belə olan təqdirdə bu iş cavabsız qalmayacaq, kinonun məhsulu dövlətin xəzinəsinə, büdcəyə öz müsbət təsirini göstərmiş olacaq.

Qanun layihəsi heç olmasa, 20-40 il ərzində kinematoqrafiya sahəsinin inkişafı üçün hüquqi baza rolunu oynamalıdır» - deyə Rəfael Hüseynov bildirib.