Amerikanı fəth edən «Leyli və Məcnun»
Azərbaycan musiqisi Qərb tamaşaçısını valeh etdi
MÖVZU İLƏ ƏLAQƏLİ
-
36 illik ənənənin pozulması baha başa gəldi
“Namizədi dəstəkləmək yalnız müstəqil olmama hissi yaradır”
-
“İkinci NATO” olmayacaq
Dehli Tokionun təklifi ilə razılaşmır
-
Hollivudda ikinci Epstein zəlzələsi
Çılğın ziyafətlərin qaranlıq tərəfləri – fahişəlik şəbəkəsi, zorakılıq...
-
... 20 milyon dollar mükafat
İranlı zabitin həbs olunmasına kömək edəcək məlumat üçün ...
-
Kiçik adada gəmirici həyəcanı
Hər yerdə siçovul ovuna çıxıblar
-
Qəddar, ağrılı və işgəncəli
Azot qazı ilə edam mübahisələrə səbəb olub
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Ədliyyəyə atılan çanta partladı
20 yaşlı şübhəlinin xəsarət almadığı hadisədə 6 nəfər yaralanıb
-
Ölümdən döndülər ...
... 2 nəfər yaralandı
-
Saatda 19 km sürətlə irəliləyir
ABŞ və Meksikada 3 qasırğanın olacağı gözlənilir
-
Ərdoğandan nümayişkaranə addım
Baydenin şam yeməyinə qatılmayıb
-
312 trilyon dollar borc
Qlobal borclar ilin birinci yarısında 2,1 trilyon dollar artıb
-
“Birqütblü hökmranlıq” ittihamı
Şimali Koreya ABŞ-ın Sakit okeandakı strategiyasından narahatdır
-
ABŞ-da qaradərili imam edam edilib
Prokurorların onun günahsız ola biləcəyini deməsinə baxmayaraq, məhkəmə irqçi hökmə imza atıb
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
Bu günlər Amerika Birləşmiş Ştatlarında dahi bəstəkar Üzeyir Hacıbəylinin «Leyli və Məcnun» operasının yeni quruluşda dünya premyerası olub. Tamaşa Mark Morris rəqs qrupu və «İpək Yolu» musiqi ansamblının quruluşunda muğam ustadı Alim Qasımov və onun qızı və yetirməsi Fərqanə Qasımovanın iştirakı ilə səhnələşdirilib. Tamaşa Amerikanın sənət dairələrində böyük maraq və rəğbətlə qarşılanıb və yüksək rəylər alıb. İndiana universitetinin professoru, musiqişünas Aida Hüseynova layihənin məsləhətçisi olub və onun gerçəkləşdirilməsində ilk gündən iştirak edib. ABŞ-da Azərbaycan musiqisi haqda ilk monoqrafiyanın müəllifi olan Aida Hüseynova Azərbaycan musiqisi, Üzeyir Hacıbəylinin irsi, «Leyli və Məcnun» əsəri və muğam sənəti haqda mühazirələrlə çıxış edir. Aida Hüseynova Amerikanın Səsinin «Amerika icmalı» proqramında «Leyli və Məcnun» layihəsi və ABŞ-da konsertlərdən danışıb.
«Leyli və Məcnun»un yeni quruluşda
Aida Hüseynovanın sözlərinə görə layihə bir neçə mərhələdə gerçəkləşdirilib. «İlk öncə dövrümüzün böyük violonçel ustası Yo Yo Manın idarə etdiyi «İpək Yolu» ansamblı «Leyli və Məcnun»un yeni redaksiyasını yaratdı və uğurla ifa etdi. 2009-cu ildən etibarən təxminən 3 il ərzində «Leyli və Məcnun» həmin ansamblın repertuarında çox önəmli və böyük bir yer tutdu. Elə o zamandan Yo Yo Ma dövrümüzün çox böyük bir xoreoqrafı olan Mark Morrislə söhbətlər apardı və ona dedi ki, bu layihəyə rəqs əlavə olsa, yəqin ki çox gözəl olar. Mark Morris bu fikirlə maraqlandı, amma o zaman dərhal işə başlamadı».
«Leyli və Məcnun» tamaşasına rəqslərin də əlavə edilməsi üzərində iş bir il neçə davam edib və layihənin gerçəkləşməsi məqsədilə Mark Morris bu il Bakıya səfər edib. Səfər zamanı Aida Hüseynova onu və musiqiçiləri müşayiət edib.
«Həmin bu qısa səfər zamanı Mark Morris Alim Qasımov və Fərqanə Qasımova ilə görüşüb. Həm də ümumiyyətlə, musiqimizlə, mədəniyyətimizlə tanış oldu və ondan sonra bu yeni layihənin, yeni «Leyli və Məcnun»un sanki yeni inkişafı sürətləndi. Bu payızda sentyabrın 26-dan etibarən Nyu York şəhərində Bruklində Mark Morris rəqs qrupunun məşqləri keçirildi. Bir həftə ərzində ilk dəfə olaraq bizim böyük muğam ustadımız Alim Qasımov, onun qızı, tələbəsi və yetirməsi, gözəl muğam ifaçımız Fərqanı Qasımova, «İpək Yolu» ansamblı, Mark Morris qrupunun rəqqasları birgə görüşüb məşqlər apardılar. Ondan sonra Berklidə ilk tamaşa, premyera oldu. Berklidə bu əsər bir neçə dəfə ifa olundu, ondan sonra Sietlda Vaşinqton universitetində və nəhayət Ann Harborda Miçiqan universitetində yeni «Leyli və Məcnun» bir neçə dəfə nümayiş etdirildi və böyük uğurla, inanılmaz uğurla Amerika tamaşaçılarına çatdırıldı».
«Leyli və Məcnun» Azərbaycan musiqisinin
«İpək Yolu» musiqi ansamblının bədii rəhbəri və onun yaradıcısı Yo Yo Ma Aidə Hüseynova ilə müsahibə zamanı «Leyli və Məcnun» operası haqda deyib: «Əgər ölkə möhtəşəm nəyəsə malikdirsə və insanlar bununla qürur duyurlarsa, bu, artıq dünyaya aid olur. Mənə elə gəlir ki, Hacibəylinin «Leyli və Məcnun»u ilə belə olub».
Aida Hüseynova deyir ki, «Leyli və Məcnun» Azərbaycan musiqisinin tarixində rolunu bu gün də davam etdirir.
"Doğrudan da Üzeyir bəyin dahiliyi, uzaqgörənliyinə bu layihənin gedişində biz hər zaman valeh olurduq. «Leyli və Məcnun» elə Azərbaycan musiqisində 1908-ci ildə necə yeni yollar açmış olmuşdusa, yenə də əsrlər keçir və tamam başqa bir kontinentdə, Amerikada «Leyli və Məcnun» sanki Azərbaycan musiqisinin tarixində önəmli rol oynamağa davam etməkdədir. Çünki bu günlərdə, mən deyərdim, tarixi günlərdə minlərlə amerikalı, yüz minlərlə, çünki hər zalda iki, bəlkə daha çox tamaşaçı var idi, yəni heç bir boş yer yox idi. «Leyli və Məcnun» Azərbaycan musiqisini, Azərbaycanı bu ölkəyə və ümumiyyətlə, bütün dünyaya tanıtdırır.»
Layihənin iştirakçiları
Musiqişünas «İpək Yolu» ansamblının dünyanın müxtəlif ölkələrini təmsil edən musiqiçilərinin Üzeyir Hacıbəylinin musiqisinin tamamilə yeni tərzdə ifasını xüsusi qeyd edib. O deyir ki, bu layihədə böyük sənətkarların möhürü var. «Mən Üzeyir bəyi qeyd etdim. Təbii ki bizim böyük şairimiz Məhəmməd Füzuli və «Leyli və Məcnun», onun qəzəlləri səslənilir və ifa olunur bu günlərdə. Sonra böyük ustadımız Alim Qasımovu qeyd etməliyik. Çünki o olmasa idi, bu layihə də işıq üzü görməzdi. Ümumiyyətlə, «Leyli və Məcnun»un yeni redaksiyası ideyası məhz Alim Qasımova məxsusdur və o vaxtı ilə Yo Yo Ma ilə onu bölüşüb və artıq layihə ərsəyə gəlib.
Sonra təbii ki «İpək Yolu» ansamblının iştirakçıları, bəstəkarlar və skripkaçılar Conni Qandelsman və Kolin Cakobsonu qeyd etməliyik. Çünki onlar Üzeyir bəyin əsərini yeni tərkib üçün işlədilər və yeni partitura, yeni musiqi variantını hazırladılar. Təbii ki Yo Yo Ma da olmasa idi bu layihə heç zaman olmazdı. Bu musiqiçi sanki bütün dünyaya məxsusdur və sanki bütün dünyanı musiqi vasitəsilə, musiqi yolu ilə birləşdirməyə vadar edir, çalışır. Yo Yo Ma özü də Berkliyə konsertə gəlib bir tamaşaçı kimi iştirak etdi və ona dəstək verdi. Sonra da Mark Morris böyük sənətkardır və bu əsərdə muğamla rəqsin birləşməsi belə bir mükəmməl şəkildə yeni birlik, yeni vəhdətin yaradılması məhz Mark Morrisin xidmətləri və istedadı sayəsində mümkün oldu. Böyük Britaniya rəssamı Hovard Hoçkin qeyd edilməlidir. Dekorasiyalar, səhnə tərtibatı ona məxsus idi. Onun da burada xidmətləri qeyd olunmalıdır».
Tamaşaların böyük uğuru
Tamaşaya «New York Times» kimi mötəbər qəzetlərdə yüksək rəylər verilib. Aida Hüseynova Amerika auditoriyasının tamaşanı böyük rəğbətlə qarşılamasını xüsusi vurğulayıb.
«Mən hər tamaşada oldum, zalda idim. Ətrafda olan insanlarla söhbət etdim, zalda olan ab-havanı gördüm və hiss edirdim. Bu, böyük bir uğur idi. Zalda olan hər kəs bu musiqini, bu rəqsi, bizim muğamı, bizim ulu muğamı-çünki muğam «Leyli və Məcnun»un ürəyi, onun əsas hissəsidir, ona gözəllik verən əsas komponentidir, əsas elementidir-ona görə bütün bu musiqi elementlərinə, rəqsə gəlib seyr edən tamaşaçılar birlikdə böyük maraq göstərdirlər və böyük dəstək verdilər. Hər tamaşanın sonunda ayağa durub uzun müddət ərzində musiqiçiləri və rəqqasları salamlayıb, onlara təşəkkürlərini bildirirdilər. Tamaşadan sonra da yenə də bizim musiqiçilərlə görüşməyə gəlirdilər və valeh olduqlarını bildirirdi».
Gələcək planlar
Aida Hüseynovanın sözlərinə görə, «Leyli və Məcnun» tamaşasının ABŞ-ın başqa şəhərlərində nümayiş etdirilməsi gözlənilir. «Planlar var. Bu layihə davam edir. Gələn ilin yanvar ayında da Amerikanın kolleclərinin birində, Datmuth kollecində yenə də «Leyli və Məcnun» qonaq olacaq, orada ifa olunacaq. Sonradan da həm Amerikada, həm də Amerikadan kənarda da tamaşalar nəzərdə tutulub. Təbii ki çox gözəl olardı ki, yeni «Leyli və Məcnun» Azərbaycana da gəlib bizim milli auditoriyaya çatdırılaydı. Bu haqda da təbii ki düşünmək lazımdır. Bu haqda düşünürük və söhbətlər aparırıq».