vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 30 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNEY  
02:46 | 27 oktyabr 2016 | Cümə axşamı Məqaləyə 739 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda ABŞ vətəndaşına 18 il həbs verilib

Onu atasının evindən gözlərini bağlayaraq aparıblar

MÖVZU İLƏ ƏLAQƏLİ

Üç aydan çoxdur Tehranın Evin zindanında saxlanılan İran əsilli Amerika Birləşmiş Ştatları vətəndaşı Rza (Rabin) Şahini 18 il həbsə məhkum edilib.

ABŞ-ın San-Diyeqo şəhərinin sakini olan 46 yaşlı Şahini düşmən dövlətlərlə əməkdaşlıqda, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda və əksinqilabçı media və qruplarla əlaqə saxlamaqda günahlandırılıb. 

Barəsində hökm oxunduqdan sonra telefon vasitəsilə xarici saytlardan birinə açıqlama verən Rza Şahini, ona qarşı irəli sürülən ittihamları rədd edib: «Mən 18 illik həbs qərarın çıxarıldığını eşidəndə özümü saxlaya bilməyib güldüm. Bunların mənim barəmdə əllərində olan məlumatlar «Facebook»da və şəxsi bloqumda paylaşdığım şəkillərdən başqa bir şey deyil. Bunlar isə həmin şəkillərə istinad edərək məni həbsə məhkum ediblər. Məni tutanda isə gözlərimi bağlayıb apardılar. Harada olduğumu bilmirdim. Hər gün iki dəfə, sübh və axşam vaxtları məni dindirirdilər. Həmişə isə saxlanıldığım təkadamlıq kamerada tək idim».

ETTELAAT-ın Qorqan bölməsinin əməkdaşları valideynlərini görmək üçün İrana gələn və 16 ildir Amerikada yaşayan ABŞ-ın San-Diyeqo əyalət Universitetinin tələbəsi Rza Şahinini iyulun 11-də atasının mənzilində tutublar. Evdə yoxlama aparılıb, Rza Şahiniyə məxsus kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb. Rza Şahini həm İran, həm də Amerika vətəndaşıdır.