
Fransada türklərin sayı milyona yaxınlaşır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
Əvvəllər işçi olan soydaşlarımız sahibkarlıqdan siyasətə, idmandan elmə qədər hər yerdə çoxalır
İki prezident arasında telefon danışığı olub
Türkiyədə hava limanındakı qiymətlər etiraza səbəb olur
Stalin şalvarında və “sapoq”unda
Tel-Əviv münasibətləri düzəltmək üçün Bakıya imkan verməlidir
4,2 bal gücündə
Marixuananın tüstüsündən başgicəllənməyə tutulan 25 min insan hallüsinasiya görür
Azərbaycan geosiyasi sərhədlərin harada başlayıb, harada bitəcəyini bilir
Böyük buluşma mümkündürmü?
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
Almaniya vətəndaşlarına Türkiyə ilə bağlı xəbərdarlıq edib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
Böyükşəhər Bələdiyyəsini əhatə edən cinayətlər çərçivəsində həbslərin ikinci dalğası
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
Türkiyədə kürd xalqının mənafeyi uğrunda çalışdığını bəyan edib, əslində isə separatçı yöndə, ölkənin milli birliyini və dincliyini pozmaq, dövlətçiliyini dağıtmaq yolu tutmuş HDP partiyasının 12 millət vəkili üzvləri həbs edilib. Məlum olub ki, bu şəxslər və bu partiya faktiki olaraq, Türkiyə dövlətinə və xalqina qarşı qanlı müharibə aparan PKK terror təşkilatına siyasi rəhbərlik və havadarlıq edirmiş.
Türkiyə hökuməti vaxtilə bunlara geniş ürəklə güzəşt etdi ki, bu partiyanın (HDP) yaranış və inkişafı ölkədə barış, milli birlik və sabitliyə yol açar. Bu da nəticə... Son saatlarda qardaş ölkədə təhlükəli vəziyyət, həbslər və bu halın da cavabında PKK terror-partlayışları artan xətlə davam edir.
Türkiyə dövləti özünün suverenliyi və sabitliyini qoruyub saxlamaq yolunda ən tutarlı, qəti addımlarını atmaqda haqlıdır və bunun artıq vaxtı çatmışdı. İstənilən türksoylu dövlətin milli mənafeyinə qarşı aparılan təxribatlar bütün dünya türk birliyinə qarşı yönəlmiş olur. Qardaş Türkiyənin separatçılıq və daxili sabitlik pozuculuğuna qarşı qətiyyətli mövqeyi Azərbaycanda da tam dəstəklənir.
Azərbaycanımız da erməni separatizmini və onun qanlı işğal, terror və təxribat kimi nəticələrini yaşayıb. Bu gün yenə, digər milli-etnik adlar və bəhanələrlə ölkə daxili və xaricdəki «yuvalardan» bu cür meyllər ara sıra baş qaldırmaqdadır. Belə qızışdırıcı, pozucu təxribatların qarşısı qətiyyət və hamılıqla alınmalı və bu cür təzahürlərə dərhal dirəniş göstərilməlidir.
Çünki, bütün göstəricilər və faktlar üzrə Azərbaycanda bütün milli-etnik toplumlar bərabər hüquq, şərait, tolerantlıq, mehribançılıq məkanındadır. Bu səbəbdən, bizim ölkəyə separatçılıq toxumu səpmək istəyən qüvvələr hansısa etnik toplumun «dərdini çəkmək» yox, Azərbaycan dövlətini, xalqın birliyini pozub, dağıdıb ölkədə xaos, viranxana yaratmaq məqsədi daşıyır.
Türkiyədəki hadisələr bir daha göstərir ki, separatçılıq ideya-sindromu dini ekstremizm, beynəlxalq terrorizm və s. kimi xaos, qırğın, dağıntılar törədə bilən antibəşəri təzahürlərdəndir. Hər bir dövlətin, xalqın böyük probleminə çevrilə bilən təhlükəli amildir.