vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
BANK, BİRJA, SIĞORTA  
13:40 | 15 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2425 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əkizlər»in Azərbaycan variantı...

Və ya «bankqırığı» Beynəlxalq Bankın 10 milyardnı qaytaracaqmı?

Əkrəm HƏSƏNOV

MÖVZU İLƏ ƏLAQƏLİ

Deyilənə görə Beynəlxalq Bank 10 milyard manata yaxın problemli kreditlərini «Aqrarkredit»ə ötürüb ki, sonuncu qaytarsın. Böyük ehtimalla bu vəsaitlərin əksəriyyəti qayıtmayacaq. Yalnız ona görə yox ki, borclu oliqarxların pulu yoxdur. Həmçinin ona görə ki, «Aqrarkredit» XX əsrin ortalarında ilişib qalmış arxaik bir qurumdur (ora bir baş çəkin, maraqlıdır: qədimdə bank işinin aparılması metodlarını əyani görəcəksiz!). Onun rəhbəri Məmməd Musayev («Bank Mamed») dostu Elman Rüstəmovdan fərqli olaraq heç ağıllı-ağıllı danışa da bilmir, bəlkə də ümumiyyətlə XIX əsrdə qalıb. Sadəcə başını aşağı salıb guya hansısa fəaliyyətlə məşğuldur.

«Aqrarkredit» özü nədir ki, ölkənin əsas problemlərindən biri olan Beynəlxalq Bankın kreditlərini qaytarsın? «Aqrarkredit»in necə yaranması haqda qısa məlumat verim ki, kimliyi bəlli olsun.

2000-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Azərbaycan Səhmdar Kommersiya Aqrar-Sənaye, Səhmdar İnvestisiya və Əmanət Bankları ləğv edilmişdi. Onların bazasında indiki Kapital Bank və bu Aqrarkredit yaradılmışdı. Bu zaman Kapital Bank ləğv edilən 3 bankın «sağlam aktiv və öhdəliklərinin birləşməsi hesabına», «Aqrarkredit» isə «problemli borclarının və öhdəliklərinin» bazasında yaradılmışdı. Arnold Şvartsenegger və Denni De Vitonun baş rolları ifa etdikləri məşhur «Əkizlər» filmi yadınızdadır? Orada Şvartseneggerin qəhrəmanına atalarından ən yaxşı genlər, De Vitonun qəhrəmanına isə tullantılar nəsib olmuşdu. Eyni ilə Kapital Banka da 3 bankın sağlam əmlakı, «Aqrarkredit»ə isə zir-zibil çatmışdı. Bu mənada «Aqrarkredit» zibillikdən yaranmış qurumdur. Bir var kişiqırığı, bu da «bankqırığı»dır.

Nazirlər Kabinetinin sözügedən qərarı çox savadsız tərtib olunmuşdu, amma vaxtınızı uzun-uzadı hüquqi təhlillə almaq istəmirəm («Azərbaycanın bank hüququ» kitabımda bu barədə yazmışam). Bircə onu deyim ki, ləğv edilən 3 bankın səhmdarları Kapital Bankda və «Aqrarkredit»də öz paylarını tələb edirdilər. Həmin səhmdarlar sırasında hətta SOCAR-ın da qurumu var idi və həmin qurum şikayət edərək Konstitusiya Məhkəməsinədək çatmışdı. Lakin Konstitusiya Məhkəməsi bu hüquqi dərəbəyliyə 14 dekabr 2006-cı il tarixli növbəti qanunsuz qərarı ilə yekun vurmuşdu. Həmin qərarda Beynəlxalq Bankın Hüquq Departamentinin nümayəndəsinin də cəfəng və gülməli, qərara haqq qazandıran rəyi var. Düz 10 ildən sonra isə Beynəlxalq Bankın özü də zir-zibilini yaranmasına haqq qazandırdığı «Aqrarkredit»in üzərinə atır.

Siz «Əkizlər» filminin hansı qəhrəmanı olmaq istərdiz? Yəqin ki, Şvartseneggerin ifa etdiyi qəhrəmanı. Amma Azərbaycan məmurlarının və bankirlərinin çoxu De Vitonun qəhrəmanı olmağa üstünlük verərdi. Təsəvvür edin ki, dövlət banklarının problemli borcları bazasında qurum yaradılır, sizi də ora rəhbər təyin edib deyirlər ki, bacardığın qədər qaytar bu borcları. Sonra da sizinlə heç kəs maraqlanmır, maraqlananları da maraqlandırmağın yollarını yaxşı bilirsiz. Odur ki, başınızı aşağı salıb işləyirsiz, kreditləri guya qaytara bilmirsiz, amma paralel varidatınız artır, başqa bir bank və digər bizneslərə də sahib olursuz.

15 ildən sonra isə daha iri dövlət bankının da zir-zibilini sizə (təcrübəli peşəkar kimi) həvalə edirlər. Bundan yaxşı daha nə ola bilər axı? Tullantıdan yaranmışdan kim nə tələb edəcək ki? İndiyə kimi tələb edən olub ki?

Odur ki, əlinizi üzün Beynəlxalq Bankın problemli kreditlərindən. Azərbaycanda iri kreditlərə görə cəzalandırmırlar. Amma nəbadə borcunuz kiçik ola, dərinizə saman təpərlər. İstəyirsizinizsə sizə dəyməsinlər, qırıq olun, tam olmayın. Məsələn, kişiqırığı və ya «bankqırığı»...


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)