vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
GÜNDƏM  
14:31 | 29 noyabr 2016 | Çərşənbə axşamı Məqaləyə 1273 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Əlaqələr daha da genişlənəcək»

«Belarus Azərbaycanı hər zaman dəstəkləyir»

Aysel ASLAN

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycan və Belarus arasında yeni razılaşmalar əldə oluna bilər. Bunu Sherg.az-a Belarusiya prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfərindən gözləntilərini danışan politoloq Tofiq Abbasov söyləyib.

Ekspert bildirib ki, bu səfər Azərbaycanla Belarusun iqtisadi və siyasi tərəfdaşlıqlarını daha da möhkəmləndirəcək:

«İki ölkə arasında qarşılıqlı iqtisadi, humanitar, mədəni, o cümlədən siyasi sahələrdə əlaqələr mövcuddur. İqtisadi cəhətdən infrastruktur layihələrinin həyata keçirilməsi ön planda olan məsələlərdəndir. Bu ilin əvvəlindən sentyabra qədər Belarus və Azərbaycan arasında mal mübadiləsi 215 milyonu keçib. Bakıda yeni müqavilə və razılaşmalar əldə olunur. Gəncə şəhərində Belarus şirkətlərinin iştirakı ilə avtomobil zavodu uğurla fəaliyyət göstərir. İki ölkə arasında istehsal və istehlak kooperasiyası ildən- ilə genişlənir. İqtisadi məsələlərlə yanaşı siyasi baxımdan Bakı və Minsk arasında da dialoq davam edir. Beynəlxalq meydanlarda bu ölkə Azərbaycanı hər zaman dəstəkləyir. Odur ki, həm MDB məkanında, həm dünya səviyyəsində Azərbaycan-Belarus əlaqələri genişlənəcək. A. Lukaşenkonun Azərbaycana gəlişindən sonra əlaqələr yeni müqavilə və layihələrlə daha da möhkəmləndiriləcək».

Qeyd edək ki, bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana rəsmi səfəri başlayıb.