vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
TOP OYUNLARI  
14:04 | 18 oktyabr 2013 | Cümə Məqaləyə 2822 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

...Berti Foqtsla müqavilə uzadıla bilər

Final mərhələsinə daha çox komandanın qatılması Fransaya vəsiqə şanslarını artırır

apasport.az

MÖVZU İLƏ ƏLAQƏLİ

2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisinin topladığı xallar baxımından əvvəlki tsikllərə nəzərən müsbət dinamika oldu. Baş məşqçi Berti Foqtsun rəhbərliyi ilə Azərbaycan milli komandası üst-üstə 3 seçmə mərhələdə xal sayını 5-dən 7-yə, 7-dən 9-a olmaqla ədədi silsilə ilə artırdı.

Nəticədə 10 oyundan 9 xal toplayan millimiz rekord göstəriciyə imza atdı. Digər müsbət məqam əvvəlki seçmə tsikllərdən fərqli olaraq, səfərdə nisbətən güclü rəqiblərlə oyunlarda xalların qazanılması ilə bağlıdır. 9 xaldan 3-ü İsrail, Şimali İrlandiya və Lüksemburqla səfər qarşılaşmalarında əldə olundu. Cəmi 3 oyunda yenilməsi, o cümlədən yalnız 1 dəfə böyük hesabla uduzması, Rusiya ilə son oyunda azlıqda qaldığı halda qol vurmağı bacarması kimi amilləri də yığmamızın aktivinə yazmaq olar.
Bunlarla yanaşı, ötən tsikldə 2 qələbə qazanmış millimizin bu dəfə 1 qələbə ilə kifayətlənməsi heç də yaxşı hal deyil. Yığmamızın Portuqaliya və Rusiya kimi güclü rəqiblərlə oyunlarda ultra-müdafiə futbolu sərgiləyərək, sırf az qol buraxmaq və ya bəxtə arxayın olub heç buraxmamaq üçün oynaması da təqdir edilə bilməz. Ən əsası, komandamız İsrail, Şimali İrlandiya və Lüksemburq millilərinin qeyri-sabit çıxışlarından daha yaxşı yararlanaraq, 3-cü yeri tutmağa çalışmalı, heç olmasa, özündən əvvəlki İsraillə xal fərqinin 5-ə çatmasına imkan verməməli idi.
İstənilən halda, toplanılan 9 xal, qrupda 4-cü yer və seçmə mərhələnin yekunundan sonra açıqlanan FİFA reytinqində 88-ci pillə 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsinin püşkatması zamanı Azərbaycanın daha yüksək reytinqli komandalarla eyni səbətdə yer almasına imkan verəcək. Bu isə növbəti seçmə tsikldə nisbətən zəif reytinqli komandalarla eyni qrupa düşərək, daha çox xal toplamağa şərait yarada bilər. Hazırkı heyətdəki futbolçuların yaş dövrü və növbəti qitə çempionatının final mərhələsində 16 deyil, 24 komandanın mübarizə aparacağı faktı millimizin seçmə qrupda ilk «3-lüy»ə düşərək, Fransaya vəsiqə şanslarını artırır.
İdman Araşdırmalar Mərkəzi hesab edir ki, Azərbaycan millisinin növbəti tsikldə hədəfi dəyişilməli, komandamızın qarşısına təkcə daha çox xal toplamaq yox, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulmalıdır. Yalnız bu vəzifənin öhdəsindən gəlməyə özünü hazır sayacağı halda, Berti Foqtsla müqavilə uzadıla bilər.