vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Üzeyir bəy Hacıbəyov (1885 - 1948)

«Əgər asudəlik istəyirsənsə, vaxtını hədər yerə itirmə»

Üzeyir bəy Hacıbəyov (1885 - 1948)
TOP OYUNLARI  
09:02 | 27 dekabr 2016 | Çərşənbə axşamı Məqaləyə 2945 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Ancaq kapitanlar...»

Futbolda yeni qayda tətbiq oluna bilər

MÖVZU İLƏ ƏLAQƏLİ

27.12.16 - Futbolda yeni qayda tətbiq oluna bilər...

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) futbolda yeni qaydanın tətbiq oluna biləcəyini açıqlayıb. «Sputnik» xəbər verir ki, bu barədə qurumun texniki işlər üzrə katibi, əfsanəvi futbolçu Marko Van Basten məlumat verib.

O deyib ki, yeni veriləcək qərara əsasən, oyun ərzində hakimdən narazılıq olarsa, komanda oyunçularından, sadəcə birinə icazə veriləcək ki, hakimə etirazını bildirsin: «Biz çox vaxt görürük ki, hakimdən narazılıq olan zaman komandadakı 11 oyunçudan demək olar ki, hamısı hakimin üzərinə şığıyır. Nəticədə xoşagəlməz görüntülər üzə çıxır».

«Bu hərəkətlərə görə çox vaxt hakimlər də bir neçə futbolçunu qırmızı və ya sarı vərəqlə cəzalandırırlar. Bunlar hamısı qanunlardakı boşluqdan qaynaqlanırdı. İndi isə biz hazırlaşırıq ki, elə bir qayda tətbiq edək ki, narazılıq olan zaman klubun ancaq kapitanı hakimə yaxınlaşıb etirazını bildirsin. Yenə deyirəm, ancaq kapitanlar» — deyən Bastenin sözlərinə görə, oxşar qayda Reqbi idman növündə də mövcuddur.