vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 11 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)

«İnsanlara hürriyət
Millətlərə istiqlal»

Məhəmməd Əmin Rəsulzadə (1884 - 1955)
GÜNDƏM  
23:43 | 4 yanvar 2017 | Çərşənbə Məqaləyə 3854 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Türkiyə dövlətçiliyini rahat buraxın...

Bir ildə 30 qanlı terror minlərlə qurban

İlqar ALTAY

MÖVZU İLƏ ƏLAQƏLİ

«Şeytana inanıb daşlayan toplum, iki kəlmə sözünü başına qapaz vurub ağlamadan deyə bilməyən yarımcan qocanın «fövqəl gücünə-qüdrətinə» niyə inanmasın ki?»

İŞİD deyir, bu terroru mən törətdim, filan şeyə görə. Bu isə deyir yoox, bu FETO-nun işidir. PKK deyir, mən o basqın-qırğını etdim, özü də filan şeyə görə. Bu deyir yoox, o da, FETO-nun işidir. Səfiri öldürən əlində silah dünyaya çığırır ki, ay millət, mən bunu Suriya Hələbindəki qırğına görə Rusiyaya nifrətdən edirəm. Bu deyir yox, bu çevriliş işilə bağlı polisdən qovulan FETO-çudur, və sonra da aydin olur ki, bu gün də polis xüsusi təyinatçısıdır. İcraçıların ərəb, kürd və s. olmaqla və terror təşkilatına bağlılığı bəllidir, bu deyir qətiyyən ola bilməz, FETO-dur bu işlərin kökündə, vəssalam. ABŞ Fətullah Güləni versin!

Sən, durduğu yerdə sabit, ağır, sanballı bir dövləti onun-bunun, bir böyük regionun işinə qarışdır, dingiş kimi ortaya atıb hər yeri və hər künc-bucağı qurdalaya, qaşınmayan yerdən qan çıxart. Regiondakı bütün, hər fitnəkar, qiyam - üsyançı, həyatından bezmiş, anasının əmcəyini kəsən qüvvə və dövlətlərin kin-küdurətini öz üzərinə çək və terrorun hədəfinə gir. Bu ölkəni, içi-çölü qarışıq bir məkana çevir və sonra da yapış 80 yaşlı, yarıölmüş bir qoca kişidən. Özünün isə, vacib ixtisaslı təhlükəsizlik, kəşfiyyat və əks-kəşfiyyat sistemini, antiterror proqramını qurma, dağıt... Fikrin-zikrin FETO-da olsun.

Lap tutaq ki, FETO lideri, qocanı da gətirib verdilər asdın, bununla bu terror yox olacaqmı? IŞİD, PKK, Ən-Nusra və başqaları sakitləşəcəkmi? Əgər vəziyyət bununla düzələcəksə, niyə asırsan ki, lap şaqqala... Ölkə real-fakt təhlükənin içindədir. Onilliklərlə terror, partlayış görməyən millət bir ildə 30 terrorun, minlərlə qurbanın və yaralının, dağıntıların və öz dövlətinin də bu basqılar qarşısında gücsüzlüyünün vəhşətini yaşayır... Bunlar isə, cin-şeytan kimi gecə-gündüzləri, ruhları, yuxuları içərisinə girmiş qoca FETO nağılı, qarğışı və bəd duası təsirindən çıxa bilmirlər. Sən axı, ay Sain, ay qadan alım sənin, ciddi və real mexanizm - Dövlət idarə edirsən!

Inanmıram, «Feto»nun ölüsü, qəbri də bunları rahat buraxa. Çünki, söhbət iki köhnə şərik arasındakı maddiyyatı ötüb, bioenerji-ruh savaşı formasını almış nifrətdən gedir. Bir ekspert kimi deyim, Bu özü də bilir ki, Onun heç bir real gücü yoxdur, sadəcə O, Bunun psixologiyasında, ruhunda girib oturub, ağlını qarışdırır və çıxmır, vəssalam...

Sadəcə, özləri inandıqları kimi, minlər və milyonlarla türk insanının da, işini- gücünü buraxdırıb, iki kəlmə sözünü başına qapaz vurub ağlamadan deyə bilməyən yarımcan qocanın «fövqəl təsirli, təhlükəli qüdrətinə!», inandırıblar. Bizim Azərbaycanda da bu nağıla sidq-ürəkdən inananlar var. Belədə, niyə də olmasın ki? Həmin o, toplum deyilmi, şeytanın varlığına inanıb, minlərlə kilometr, onlarca ölkə aşıb gedib, orada, ona daş atır? Allaha - bu dünyanı, yeri-göyü yaradana inanırsan, bu aydındır, buna hamımız, hamı inanır. Bu, Şeytan məsələsi nədir, bəs? Bu, FETO da bu kimi təzahür deyilmi?

QEYD... İnanın ki, bu ifrat, hiddətli statusu içimdə Türkiyə dövləti və millətinə olan ürək yanğısından, Ərdoğandan da, bir lider kimi gözləntimdən yazdım. Onu da bilirəm ki, bizim Azərbaycanın uğuru qardaş Türkiyənin uğuruna nə qədər çox bağlıdır.


   

MÜƏLLİF

ANKET

Hökümətin ölkədə hansı sahəyə diqqətinin artırılmasını istərdiniz?

  • Elm-təhsil
  • Səhiyyə
  • Sosial Müdafiə
  • Ekologiya, təbii sərvətlər
  • Müdafiə-təhlükəsizlik
  • Mədəniyyət, incəsənət, ədəbiyyat
  • Kənd təsərrüfatı, aqrar sənaye
  • Sahibkarlıq, sənaye (zavod, fabrik)