Düşmən ordusunda xaos
Bölük komandiri ilə giziri tərəfindən döyülən erməni əsgər iki hərbçini güllələyib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«Nazir qəşəng danışır, ancaq orduda qırğındır...»
«Belə ölkədə kim övladını hərbi xidmətə göndərər?»
-
XAOS - 4 aya 26 hərbçi
Düşmən ordusundakı intiharlar cəbhədəki ölümü üstələyib
-
«Ermənilərin fəlakətinə gətirib çıxacaraq»
General: «Ordumuz düşmənə aprel döyüşlərindən daha ağır zərbələr endirəcək»
-
«Cavabımız ağır olacaq»
Ermənistan ordusu sərhəddə «Şmel» odsaçanından istifadə etdi
-
«Şəhidimizin qisası tezliklə alındı»
Yaşar Aydəmirov: «Ermənilərin mənasız itkilərinin sayı artacaq»
-
Ermənistan ordusunda dərəbəylik
Hərbçi yoldaşını güllələyən əsgər tutuldu
-
«Allah göstərməsin, müharibə başlasa...»
Keçmiş erməni döyüşçünün təlaşı
-
Ağdamda şiddətli atışma başladı
51 ölü ermənilərə azlıq edir
-
Ermənilərin itkiləri artır
Əsgərlərlə dolu yük maşını partladılıb, ölənlərin sayı gizlədilir
-
Ermənilər 51 meyiti tədricən təsdiqləyir
«Daha bir əsgərimiz öldürüldü»
-
Baş leytenant Zorik məhv edilib
Ermənilər daha bir itkini açıqladı
-
Düşmən şoka düşüb
Erməni mətbuatı: ««Qarabağ ordusu»nun bir gecədə 51 əsgəri ölüb»
İşğal olunmuş Azərbaycan ərazilərində dislokasiya olunan Ermənistan silahlı qüvvələrinin bölmələrindən birində insident baş verib.
APA-nın məlumatına görə, cəbhə xəttində yerləşən hərbi hissədə başqasının əvəzinə döyüş postuna çıxmaqdan imtina edən əsgər Haykaz Babeyan adlı hərbi qulluqçu bölük komandiri Mesrop Aşotyan və təminat manqasının komandiri gizir Masis Sərkisyan tərəfindən döyülərək ciddi bədən xəsarəti alıb.
Fiziki təzyiqlərə məruz qalan, H. Babeyan avtomat silahından atəş açaraq gizir M.Sərkisyanı ayağından və adı hələlik açıqlanmayan digər müqavilə əsasında hərbi xidmətdə olan əsgər yoldaşını qarnından yaralayıb.
Yaralılar dərhal Xankəndidəki hərbi hospitala çatdırılıb. Gizir M.Sərkisyanın vəziyyətinin sabit olduğu, digər yaralının isə reanimasiya şöbəsinə yerləşdirildiyi bildirilir.
Məlumata görə, hadisə baş verən hərbi hissə komandanlığı hadisəni gizlətmək və məsuliyyətdən yayınmaq məqsədilə baş vermiş faktı rəhbərliyə bədbəxt hadisə kimi təqdim edib. Hazırda müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, erməni ordusunda qarşılıqlı münasibətlər, nizamnamə və döyüş növbətçiliyi qaydalarının pozulması halları son vaxtlar artıb. Erməni tərəfinin yaydığı rəsmi məlumatlara görə, təkcə ötən ilin noyabr ayında buna bənzər iki hadisə baş verib. Belə ki, noyabrın 13-də döyüş növbətçiliyi qaydalarının kobud surətdə pozulması nəticəsində əsgər Vardan Arakelyan adlı hərbi qulluqçu kiçik çavuş tərəfindən açılan atəşdən yerindəcə ölüb.
Digər hadisə isə noyabrın 22-də qarovul xidmətində olarkən A.Nersesyanla Aznavur Baleyan arasında baş vermiş mübahisə nəticəsində törədilib. Bildirilir ki, başından güllə yarası alan A.Baleyan hələ də Yerevandakı mərkəzi hərbi hospitalın reanimasiya şöbəsində müalicədədir.