«Siz adam deyilsiniz...»
«... Heç gestapo da belə eləmirdi...»
F.MƏMMƏDOV
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Hər kəs, hər şeyin fərqində idi…
Xalqla ordunun vəhdəti yoxdursa, qalib gəlmək mümkün deyil
-
Araqçıdan sərxoş açıqlama
Əziz qonağını qoruya bilməyənin heç qüruru olmur, nəinki qırmızı xətti
-
Hərbi sənaye kompleksimiz sürətlənməlidir
Azərbaycan Ermənistanın silahlanmasına necə reaksiya verməlidir?
-
Son 4 ilin təcrübəsi
Bakı və İrəvanın vasitəçiyə ehtiyacı yoxdur
-
Rusiya balansı saxlayacaq
Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək
-
“Ukraynanın yolu ilə getməyin!”
Moskvadan İrəvana xəbərdarlıq...
-
Sağ qalmaq üçün böyük düşünmək lazımdır
Regionda Fransanın təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur
-
Qarğa səsli “bülbül”
Rusiya mediası Ermənistan-Azərbaycan yaxınlaşmasına qərəzlidir
-
Ölkə sazişlə qorunmur
Ukraynaya təhlükəsizlik təminatı verə bilməyən Qərb Ermənistana vəd verir
-
Ağdamın son ucu
Qərib eldə qaçqınlığın bitməsinin sevinci
-
Pis deyil, Pive ilə gedər...
... Yaxud “Nansy” arasında bağlılıq
-
“Erməni vandalları Azıx mağarasında partlayış törətmişdilər”
Professor Abbas Seyidov: “İşğaldan azad edilmiş ərazilərdə beynəlxalq ekspertlərin iştirakı ilə daha geniş arxeoloji tədqiqatlar aparılacaq”
-
“Pulyuyan camaşırxana”çı ...
... Yaxud Kremlin yalanı, Vardanyanın “planı”
-
Vardanyanın son sözü
Bakının cavabı necə olacaq?
-
Xəyanətin miqyası artır
Qəpik-quruş üçün vətənini, millətini satanlar...
-
Bakı AHİM-ə şikayət etdi
Beynəlxalq hüquqa uyğun təzminatın tələbi prosesi başlayır
Ermənistan hakimiyyəti dekabrın 29-da sərhəddə baş vermiş döyüşlər zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin geri qaytarılmasına dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymamağa çalışır.
Virtualaz.org xəbər verir ki, Avropa Şurasının baş katibi Turborn Yaqlandın cəsədin ləngimədən qaytarılmasına dair çağırışına Ermənistanda şərh vermək istəmirlər. Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri Artak Zakaryan «Azadlıq» radiosunun erməni xidmətinə açıqlamasında deyib ki, Yaqlandın bəyanatına dair şərh vermək istəmir. «Bu məsələyə dair şərhi vaxtı çatanda verəcəyəm»-Zakaryan deyib.
Bununla belə deputat Yaqlandın bəyanatının «balanslı olmadığını» qeyd etməkdən özünü saxlaya bilməyib. «Təbii ki, belə çağırışlar əslində göndərilməli olan ünvanlara göndəriləydi. Yəni Azərbaycana. Avropa Şurasının baş katibi hesab edirəm ki, həmin diversiyanı kimin həyata keçirdiyini yaxşı bilir»-Zakaryan deyib.
Xatırladaq ki, Turborn Yaqland dekabrın 29-da baş vermiş döyüşlər barədə bəyanat verərkən məsələnin humanitar tərəfinə diqqəti cəlb edib və cəsədlərin ləngidilmədən təhvil verilməsinə dair bundan əvvəl əldə edilmiş anlaşmaları yada salıb. Lakin erməni tərəfi cəsədi təhqiqat adı altında həftələrdir saxlamaqdadır və hətta bəzi məlumatlara görə bundan siyasi alver kimi istifadə etməyə çalışır. Beynəlxalq Qırmızı Xaç vasitəsilə mesaj göndərir ki, əgər Azərbaycan tərəfi həmin gün Ermənistan ərazisində «diversiya əməliyyatı keçirdiyini» etiraf edib məsuliyyəti üzərinə götürsə cəsədin qaytarılması tezləşdiriləcək.
Beynəlxalq Qırmızı Xaçın İrəvan ofisinin nümayəndəsi Asmik Qalstyan deyib ki, komitə cəsədin qaytarılması üçün tərəflərlə danışıqları davam etdirir. «Biz bilirik ki, erməni tərəfi insidentlə bağlı təhqiqat aparır və biz hesab edirik ki, cəsəd mümkün qədər tez ailəsinə təhvil verilməlidir, sırf humanitar nöqteyi-nəzərdən. Neytral vasitəçi kimi biz cəsədin vətəninə qaytarılması üçün tərəflərin razılığı əsasında işə qarışmağa hazırıq»-Qalstyan bildirib.
Bundan əvvəl ATƏT-in Minsk Qrupunun həmsədrləri də prezidentlərin 2010-cu il Həştərxan razılaşması əsasında cəsədin ləngimədən qaytarılmasına çağırmışdı. Həmsədrlər bunun «sırf humanitar məsələ olduğunu» vurğulamışdılar.
Lakin göründüyü kimi erməni tərəfi növbəti dəfə qeyri-insani simasını nümayiş etdirir və müharibənin yazılmış, eləcədə yazılmamış qaydalarını tapdalayır. Əsgərin cəsədindən siyasi məqsədlər üçün istifadə etməyə cəhd göstərir və bu da Azərbaycanın nə dərəcədə alçaq düşmənlə üzləşdiyini bir daha sübut edir.
Elə «Azadlıq» radiosunun erməni xidmətinin bu mövzudan bəhs edən məqaləsinə Abxaziyadan «GİVİ» adlı istifadəçinin yazdığı bir cümlə də hər şeyi ifadə edir: «Siz adam deyilsiniz, hətta gestapo belə eləmirdi, dəst-xətt eyinidir, necə ki, Abxaziya ermənilərinin milli cizgisi belədir...»