vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 21 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əli bəy Hüseynzadə (1864 - 1940)

«Hürriyyət!.. O nə qüvvədir ki, zehinləri, fikirləri, xəyalları, bəşərin bütün ruh və mənəviyyatını sövq edir!»

Əli bəy Hüseynzadə (1864 - 1940)
AVROPA  
19:24 | 14 yanvar 2017 | Şənbə Məqaləyə 977 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Eyfel yenilənir

Fransanın rəmzi olan qülləyə 300 milyon avro xərclənəcək

MÖVZU İLƏ ƏLAQƏLİ

Parisin simvolu olan Eyfel qülləsinin təhlükəsizliyi və yenilənməsi üçün 300 milyon avro sərf olunacaq. Paris Bələdiyyə Məclisi tərəfindən bu ayın sonunda səsverməyə çıxarılacaq 15 illik büdcə ilə Eyfelin yenilənməsi və təhlükəsizliyi təmin ediləcək.

Parisin Sosialist Partiyasından olan bələdiyyə sədri Anne Hidalgo Parisin 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunlarına və «2025 Expo»ya namizəd olduğunu xatırladaraq həm Eyfel qülləsinin, həm də Parisin marka dəyərinin artıracaqlarını deyib.

Bələdiyyə məclisinin qəbul edəcəyi 15 illik plan üzrə hər il 20 milyon avro xərclənməsi planlaşdırılır.

Dünyanın ən çox turist qəbul edən ilk 3 şəhəri arasında yer alan Parisdəki Eyfel qülləsini 2015-ci ildə təxminən 7 milyon turist ziyarət edib. (AzərTAc)