Filippində hərbi vəziyyət
Dutertenin nartotikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Yağı” qurbanları 143-ə çatdı
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
-
Vyetnamı iflic edən fırtına
“Yağı” körpünü uçdurdu, çoxlu ölən var
-
Vyetnamda “Yağı” həyəcanı
Ölkə sabah baş verəcək fəlakətə hazırlaşır
-
İki ölkə arasında gərginlik pik həddə
“Sabina Shoal”da Çin və Filippinə məxsus sahil mühafizə gəmiləri toqquşub
-
Çürük gəmi uğrunda dünya müharibəsi
Batmış paslı “Sierra Madre” ilə bağlı ABŞ və Çin niyə fikir ayrılığına düşürlər?
-
Filippində dəhşətli zəlzələ
Təkanlar yerin 10 km dərinliyində və 7 bal gücündə olub
-
Vaşinqton ASEAN ölkələrini dəstəkləyəcək
Çinin borcunu qaytara bilməyənlər ağır şərtləri ilə üzləşirlər
-
«Tramp örnəyi»
«Amnesty International»: «ABŞ prezidenti «təhlükəli presedent» yaradır»
-
«Əladır, gündə 32 nəfər öldürsək...»
Prezident Dutertenin başlatdığı kampaniyada indiyədək 7-8 mindən nəfərdən çox adam güllələnib
-
ABŞ Filippini bombalamağa hazırlaşır
Hədəfdə İŞİD və ...
-
Mer narkobaron olub
Başçı və 9 nəfər dəstə üzvü atışmada öldürülüb
-
ABŞ-la münasibətləri kəsib...
...Çinlə yaxınlaşmaq istəyir
-
«Sizi öldürəcəyəm»
«Tüpürüm insan hüquqlarına»
-
Şərqi Asiyada böhran
Çin, Vyetnam, Filippin, Yaponiya və Koreyalar sularda nəyin kimə məxsus olduğunu ayırd etməyə çalışırlar
-
Filippinin prezidenti Rodriqo Duterte ölkədə narkotik probleminin pisləşdiyi təqdirdə hərbi vəziyyətin elan olunmasının mümkün olduğunu deyib.
71 yaşlı keçmiş dövlət ittihamçısı hədəfinin «Filippin xalqını və bu torpağın gənclərini qorumaq» olduğunu deyib.
Cənab Dutertenin nartokikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb.
O bu hərəkətləri ölkənin narko-dövlətə çevrilməməsi üçün etdiyini deyir.
«Əgər mən bunu istəsəm və əgər vəziyyət pisləşərək daha təhlükəli olsa, mən hərbi vəziyyət elan edəcəyəm. Əgər mən bunu istəsəm məni heç kəs dayandıra bilməyəcək», cənab Duterte cənubi Davao şəhərində biznesmenlər qarşısında etdiyi çıxışında deyib.
«Mənim ölkəm başqa hər şeydən üstündür, hətta məhdudiyyətlərdən də», o əlavə edib.
Hərbi vəziyyətin elan olunması ilə cənab Duterteyə inzibati qaydanı hərbi qüvvələrlə tətbiq etməyə və insanların ittihamsız saxlanmasına icazə verəcək.
Filippin konstitusiyasına əsasən, prezident hərbi vəziyyəti yalnız 60 gün müddətinə və yalnız hərbi işğalın və ya üsyanın qarşısını almaq üçün elan edə bilər. Parlament hərbi vəziyyəti 48 saat ərzində ləğv edə bilər və ali məhkəmə onun qanuniliyini müzakirə edə bilər.
Lakin cənab Duterte 60 günlük limitin «ləğv ediləcəyini» deyib.
«Əgər mən hərbi vəziyyət elan etmək istəsəm mən bunu edəcəyəm. Bu işğal, üsyan və ya təhlükə məsələsi deyil. Mən hərbi vəziyyəti öz xalqımı qorumaq üçün elan edəcəyəm. Vəssalam», - o deyib.
Lakin onun sözləri keçən ay hərbi vəziyyətlə bağlı dediklərilə ziddiyyət təşkil edir.
Dekabrda cənab Duterte hərbi vəziyyətin «cəfəngiyat» olduğunu və heç kəsin həyatını yaxşılaşdırmadığını demişdi.
Hərbi vəziyyət Filippində sonuncu dəfə diktator Ferdinand Markos tərəfindən 1972-ci ildə, onun dediyinə görə, kommunist üsyançılar və cinayətlə mübarizə üçün, elan edilmişdi. Hərbi vəziyyət yalnız 1981-ci ildə aradan qaldırılmışdı.
Cənab Duterte Filippindən qanunsuz narkotik maddələri yoxa çıxaracağını vəd edib.
Onun apardığı kampaniya çərçivəsində keçirilən polis əməliyyatları və müəmmalı qətllər nəticəsində minlərlə insan həyatını itirib.
Təxminən bir milyon narkotik istifadəçisi və satıcısı polisə könüllü şəkildə təslim olub.
Cənab Dutertenin sərt mübarizəsi beynəlxalq tənqidlərə səbəb olub və hətta ABŞ prezidenti Barak Obama ona mübarizəsini «doğru yolla» aparmağa tövsiyə edib.
Bəzi insan haqları müdafiəçiləri Cənab Dutertenin öldürmək məqsədilə atəş açmaq siyasətinin onun gələcəkdə Beynəlxalq Cinayət Məhkəməsində insanlığa qarşı cinayətlər törətmək ittihamları ilə mühakimə edilməsi ehtimalını artırdığını deyiblər.