
Trampdan Çikaqo təhdidi
“Deportasiya qoxusunu sevirəm”
“Deportasiya qoxusunu sevirəm”
Yaponiya Baş naziri: “Bayrağın növbəti nəslə verilməsi lazım olduğuna inanıram”
Çin və Rusiya dünya nizamına başçılıq etmək istəyir
Tramp gömrük vergisi tətbiq edən sazişi imzaladı
Modern silahlar ilk dəfə təqdim edildi
zirehli qatarla ...
ABŞ TSMC-nin Çinə ixrac güzəştlərini ləğv etdi
Şəhərlərdə tüfəng istifadəsinə icazə verildi
Hindistan lideri 7 ildən sonra ilk dəfə Çini ziyarət edib
Üçüncü baş nazir də vəzifəsini itirdi
Tayland vətəndaş qarışıqlığı bəhanəsilə bölgəyə ordu yeritdi
Krallıqda siyasi xaos – Tayland Baş naziri bircə il vəzifədə qala bildi
Çin süni intellekt sahəsində rəqabətə qarşı xəbərdarlıq etdi
Çin yuanın dəyər qazanmasına icazə verir
Polşada hərbi pilot həlak oldu, aviaşou ləğv edildi
Baş nazirin kimlərlə görüşəcəyi bilinmir
Cənubi Çin dənizində iki ölkə arasında mübahisəli ərazi olan Skarboro dayaz su hövzəsi yaxınlığında Çin və Filippin donanmaları növbəti dəfə toqquşub.
Cənubi Çin Dənizi bölgəsinə cavabdeh olan Xalq Azadlıq Ordusunun Cənub Cəbhə Komandanlığı dünən əraziyə “qanunsuz” daxil olan Filippin hərbi gəmisinin çıxarıldığını bildirib.
Komandanlığın sözçüsü Polkovnik Kao Kivi, “Jacinto” sinifli patrul gəmisi BRP “Apolinario Mabini”nin icazəsiz Çin sularına girdiyini və komandanlığa tabe olan bölmələrin qanuna uyğun olaraq gəmini təsbit edib izlədiyini, xəbərdarlıq edərək ərazidən uzaqlaşdırdığını bildirib.
Kao Filippini pozuntularına və təxribatlarına son qoymağa çağıraraq, əks halda bunun nəticələrini yaşayacağı barədə xəbərdarlıq edib.
Buna cavab olaraq Filippin Hərbi Dəniz Qüvvələrinin sözçüsü kontr-admiral Roy Vincent Trinidad regionda suverenlik iddiasını təkrar edərək, Filippin qüvvələrinin öz dəniz zonalarında istənilən gəmiyə etiraz etmək hüququna malik olduğunu bildirib.
İki ölkə arasında gərginliyə səbəb olan qarşılaşma ABŞ və Filippin tərəfindən təşkil edilən illik Balikatan hərbi təliminin başlamasına saatlar qalmış baş verib.
ABŞ prezidenti Donald Trampın ikinci prezidentliyi dövründə ilk dəfə keçirilən təlimdə hər iki ölkədən 14 min əsgər iştirak edir. Təyyarədaşıyan gəmilər, esmineslər və ABŞ istehsalı olan zenit-raket kompleksinin də yer aldığı təlim mayın 9-dək davam edəcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Ciakun bu gün Pekində keçirilən müntəzəm mətbuat konfransında Filippini təlimlərə görə tənqid edərək, “Filippinin qeyri-regional ölkə ilə hərbi təlimlər keçirməsi və strateji və taktiki silahlar yerləşdirməsi regional sabitliyə və iqtisadi inkişaf potensialına zərər verir”, – deyib.
***
Skarboro dayaz sularında mərkəzi laqun olan üçbucaq formalı dəniz bəndi Cənubi Çin dənizinin şərqində, Filippinin şimalındakı Luzon adasından 120 dəniz mili (222 kilometr) məsafədə yerləşir.
Çinlilərin “Huangyan”, Filippinin isə “Panatag” adlandırdığı dayaz su hövzəsi son illərdə iki ölkənin suverenlik iddialarını naviqasiya fəaliyyətləri ilə nümayiş etdirdiyi əraziyə çevrilib.
2012-ci ildə Filippin Sahil Mühafizəsinin səkkiz Çin balıqçı gəmisini bölgədə qeyri-qanuni balıq tutduqları səbəbiylə saxlamağa cəhd etməsi, Çin Sahil Mühafizəsinin müdaxiləsi ilə iki ölkə arasında gərginliyə səbəb olmuş və qarşıdurmanın ardınca Çin rifi nəzarətə götürmüşdü.
Cənubi Çin dənizi, sahilyanı dövlətlər müstəqillik əldə etdikdən sonra İkinci Dünya Müharibəsindən bəri region ölkələri arasında suverenlik mübahisələrinin diqqət mərkəzində olub.
Çin ilk dəfə 1947-ci ildə dərc etdiyi xəritə ilə Cənubi Çin dənizinin 80 faizindən çoxunun suverenliyinə iddia edir, Filippin, Vyetnam, Bruney və Malayziya da yeraltı sərvətlərlə zəngin olan bölgəyə iddia edir.
Bölgədəki ölkələr və ABŞ Çinin bölgədəki mübahisəli adalarda bazalar tikməsinə və hərbi elementləri ilə yanaşı mülki gəmi donanmalarının mövcudluğuna qarşıdır.
Hollandiyanın Haaqa Daimi Arbitraj Məhkəməsi 2016-cı ildə Filippinin müraciətindən sonra Çinin Cənubi Çin dənizindəki birtərəfli suverenlik iddialarının qanunsuz olduğuna qərar verib.