
20 “F-16” razılığı
ABŞ Çin ətrafında sipər çəkir
ABŞ Çin ətrafında sipər çəkir
Çinin dənizlərdə artan hərbi gücü Filippin və Yaponiyanı ciddi narahat edir
Gəmidə zibil yandırılması Pekini özündən çıxarıb
Filippində qeyri-adi mükafat təsis edilib
Daşqınlarla bağlı Vyetnamın Çindən tələbi olub
“Yağı” körpünü uçdurdu, çoxlu ölən var
Ölkə sabah baş verəcək fəlakətə hazırlaşır
“Sabina Shoal”da Çin və Filippinə məxsus sahil mühafizə gəmiləri toqquşub
Batmış paslı “Sierra Madre” ilə bağlı ABŞ və Çin niyə fikir ayrılığına düşürlər?
Təkanlar yerin 10 km dərinliyində və 7 bal gücündə olub
Çinin borcunu qaytara bilməyənlər ağır şərtləri ilə üzləşirlər
Hədəfdə İŞİD və ...
Dutertenin nartotikə qarşı sərt mübarizə kampaniyası nəticəsində son altı ayda 6 min nəfər öldürülüb
Başçı və 9 nəfər dəstə üzvü atışmada öldürülüb
...Çinlə yaxınlaşmaq istəyir
«Tüpürüm insan hüquqlarına»
Filippində prezident Rodriqo Dutertenin hakimiyyətə gələndən sonra narkotacirlərə qarşı başlatdığı divantutma kampaniyası davam edir. virtualaz.org xəbər verir ki, avqustun 15-i bu kampaniyanın ən qanlı günü olub. Həmin gün polis reydi zamanı narkotik alveri ilə məşğul olduğu təxmin edilən 32 nəfər güllələnib. Ötən sutka isə «məhsuldarlıq» bir qədər aşağı düşüb-cəmi 25 cəsəd.
Prezident Duterte Filippində korrupsiyaya və cinayətkarlığa qarşı könüllü mübarizə hərəkatının ildönümü ilə bağlı ötən gün prezident sarayında keçirdiyi qəbulda narkotacirlərə qarşı mübarizədə avqustun 15-də əldə edilmiş yüksək nəticəni tərifləyib. Prezident deyib ki, Bulakan bölgəsində keçirilmiş kütləvi polis reydi nəticəsində 32 narkotacirin öldürülməsi çox əla nəticədir.
«Bu, əladır. Əgər biz hər gün 32 cinayətkarı öldürsək ölkəni narahat edən problemi həll edə bilərik», - Duterte deyib.
Xəbərlərə görə həmin reyddə ehtimal edilən narkotacirlərin 11 nəfərini «drujinaçılar», qalanlarını polis güllələyib. Dutertenin başlatdığı kampaniyada indiyədək 7-8 mindən nəfərdən çox «narkotacir» güllələnib. Lakin onların heç də hamısının narkotiklərlə bağlı olduğunu demək mümkün deyil, çünki öldürülənlərin günahını sübut etməyə heç kim cəhd göstərmir. Polislər bir qayda olaraq şəxsi güllələyir, daha sonra onun cəsədinin yanına nakotik qoyur və şəklini çəkərək hadisəni «narkotacirin polisə müqaviməti zamanı zərərsizləşdirilməsi» kimi protokollaşdırırlar.