«Türk axını» «Cənub» Qaz Dəhlizinə rəqib deyil
Ekspertlər bu kəmərin ölkəmizə ciddi narahatlıq yaradacağını düşünmürlər
Şəfa TAPDIQ, kaspi.az
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Bretton Vudsa qayıtmağın vaxtıdır?
BRICS qrupu Qərb sistemin hiss olunan səhvlərini düzəltməyə çalışır
-
Əliyev Vyana qapılarına çatır
Təklənirsiniz, müsyölər!
-
Əliyevin siyasi iradəsinin nəticəsi ...
Azərbaycan qazı Avropanın daha çox ehtiyac olduğu bölgələrinə çıxacaq
-
İkinci kəmər hazırdır
Azərbaycan Avropada mövqeyini möhkəmləndirir
-
İkinci boru kəmərinə ehtiyac yaranacaq
Əlavə xətt əvvəlki ilə müqayisədə daha ucuz başa gələcək
-
... Ərzaq qıtlığı, qiymət artımları
2022-ci ilin əsas iqtisadi və sosial çətinliyi ...
-
157 giqavattlıq enerji
Xəzərdə külək elektrik stansiyalarının mümkün yerlərinin xəritəsi hazırlanıb
-
Dünyada ərzaq böhranı xəbərdarlığı
DB-nin hesabatında Ukraynada istehsalın 45 faiz azalacağı bildirilir
-
Avropa qaz TAPdı
Mavi yanacaq axtarışında olan qədim qitənin diqqəti Azərbaycana yönəlib
-
“Sıfır da olmasa, sıfıra yaxındır”
İtaliyada hələ də Azərbaycan qazına qarşı çıxanlar kimlərdir?
-
Zəncirin mərkəzi hissəsi - TANAP
Azərbaycan layihəsi Rusiya qazına alternativ olmağı bacaracaqmı?
-
Azərbaycan qazı Avropanın sərhədində
Cənub Qaz Dəhlizinin 2-ci fazası da bitmək üzrədir
-
-4,5 faizlik “inkişaf”
Dünya Bankı: “İran iqtisadiyyatına görə Nikaraquadan sonra ən çox tənəzzül edən ölkədir”
-
Boruların 99 faizi torpağa basdırılıb
TAP-ın Yunanıstanda hissəsində yarımçıq 15, Albaniyada isə 35 km-lik iş də tamamlanır
-
86,5 faiz yekunlaşıb
TAP-dan xəbər var ...
-
Dövlət şirkətləri olan yerdə rəqabət ...
... Xidmətlərin keyfiyyətində isə zəmanət olmur
Rusiya prezidenti Vladimir Putin «Türk axını» qaz kəməri layihəsi ilə bağlı müqavilənin ratifikasiyası haqqında qanun imzalayıb. Bu layihə Rusiya qazını Türkiyəyə, 2019-cu ildən sonra isə Avropa Birliyi ölkələrinə çatdırmağı nəzərdə tutur. Ekspertlərin fikrincə, bu layihə nə «Cənub Qaz Dəhlizi»nə, nə də dövlətlər arasında münasibətlərə təhlükə yaradır.
Millət vəkili Elman Nəsirov «Kaspi»yə açıqlamasında dedi ki, layihə regional təhlükəsizlik baxımdan əhəmiyyətlidir: «Biz bu iki dövlətin hər biri ilə strateji müttəfiqik, gözəl münasibətlərimiz var. Təəssüf ki, get-gedə müxtəlif ölkələr arasında etimadsızlıq mühiti formalaşır. Bizim isə həm Rusiya, həm də Türkiyə ilə yaxşı münasibətimiz var. Dünya ölkələrinə nümunə göstəririk ki, münasibətlər necə qurulmalı, necə inkişaf etdirilməlidir. Bu iki dövlət arasındakı əlaqələrdə enerji sahəsində inkişaf mühüm hadisədir. Bu o deməkdir ki, iki dövlət arasında əməkdaşlıq daha da genişlənəcək. Ticarət əlaqələri xeyli artacaq. İqtisadi əlaqələrin genişlənməsi nəticə etibarı ilə siyasi əlaqələrin də genişlənməsi deməkdir. Hər iki dövlətin Dağlıq Qarabağ münaqişəsinin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupunun üzvü olması (Rusiya həm də həmsədrdir) və bu dövlətlərin münasibətlərinin inkişafı münaqişənin həlli üçün yeni imkanlar aça bilər. Ümid bəsləyirik ki, «Türk axını»nın reallaşdırılması regional təhlükəsizliyə xidmət göstərəcək. Ona görə də bunu müsbət hal kimi qiymətləndiririk və Azərbaycan üçün də faydalı olacağını düşünürük».
E.Nəsirovun fikrincə, bu layihə «Cənub» Qaz Dəhlizinə rəqib deyil. Çünki söhbət sağlam rəqabətdən gedir: «Türkiyə enerjinin nəqli məsələsində şaxələndirmə siyasətinə üstünlük verir. Hər üç dövlət şaxələndirmə siyasətinə dəstək verirlər. Bu layihələrin reallaşdırılması bəzilərinin düşündüyü kimi, Azərbaycanla Rusiyanın münasibətlərinin pisləşməsinə deyil, əksinə, əməkdaşlıq mühitinin genişlənməsinə kömək edə bilər».
İqtisadçı ekspert İlham Şaban hesab edir ki, artıq «Türk axını» layihəsi kağız üzərindən realizə mərhələsinə qədəm qoymağa keçir: «Layihənin əsas hissəsi Qara dənizin dibi ilə çəkiləcək 2 boru kəmərindən ibarət olacaq. Onların ümumi buraxıcılıq gücü 31,5 milyard kubmetr təşkil edəcək. Hələlik yalnız 15,75 milyard kubmetr qazın Türkiyənin daxili bazarına yönəlməsi ilə bağlı ikitərəfli kommersiya sazişi var. Avropaya Rusiya qazının nəqli ilə bağlı isə vəziyyət dumanlıdır, çünki kommersiyadan daha çox, hazırkı şəraitdə Avropa Komissiyası ilə Rusiya arasındakı siyasi məsələlərin çözülməsinə bağlıdır. «Gazprom» şirkəti 2017-ci ildə «Türk axını» layihəsi üçün artıq 700 milyon dollar vəsait ayrılmasını təsdiq edib. Ötən ilin dekabrında «Gazprom» İsveçrənin «Allseas Group S. A.» şirkəti ilə dəniz hissəsinin inşası ilə bağlı müqavilə imzaladı. Ümumilikdə isə 2019-cu ilin IV rübündə başa çatmalı olacaq layihənin Azərbaycana hansı təsirlərinin ola biləcəyinə gəlincə, Türkiyə bazarında hər hansı neqativ təsiri proqnoz etmək məncə, yanlışlıq olardı. Ona görə ki, hazırda Rusiya Türkiyə bazarında 26,5-27 milyard kubmetr qaz satır. Bunun 14 milyard kubmetri Transbalkan boru kəməri ilə (Ukrayna və Şərqi Avropa ölkələrindən keçməklə), 12 -12,5 milyard kubmetri isə «Mavi axın» layihəsi ilə türk bazarına daxil olur. «Türk axını» istifadəyə verildikdən sonra 2020-ci ildə Transbalkanla nəql edilən indiki həcmlər onunla axmağa başlayacaq və sonra artaraq 15-15,5 milyard kubmetr civarında stabilləşəcək. Bir şeyi nəzərə almaq lazımdır ki, nadir hallarda praktikada borulara layihə gücü qədər qaz vurulur, çünki kompressor stansiyalarının daim gərginlik altında işləməsi arzuolunan deyil. İkinci bir amili də nəzərə almaq gərəkdir ki, Türkiyənin məqsədi öz enerji bazarını diversifikasiya etməkdir, yəni Rusiya qazının həcmini yaxın perspektivdə 28-30 milyard kubmetrdən çox artırmaq planı yoxdur».
Ekspert düşünür ki, Türkiyə inkişaf edən bazardır. Bu inkişaf isə enerjiyə tələbat deməkdir: «Artan enerjinin tələbatı isə artıq 2018-ci ilin II yarısından başlayaraq, Azərbaycan qazının əlavə həcmləri hesabına formalaşacaq və 2020-ci ildə bu daha 6 milyard təşkil edəcək. Bu baxımdan, «Türk axını» Azərbaycan qazı üçün hər hansı təhlükə mənbəyi ola bilməz. Ancaq onun istənilən halda, neqativ izləri ola bilər. Bu isə Türkiyə bazarında rəqabət məsələsinin güclənməsi ilə bağlıdır. Rəqabət olan yerdə isə bu özünü qiymət faktorunda əks etdirir. Aydındır ki, Türkiyə əvvəllər Rusiya qazını Transbalkan boru kəməri ilə daha baha alırdı, «Türk axını» istifadəyə veriləndən sonra tranzit ölkələr sıradan çıxacaq və onun əldə edəcəyi qaz daha ucuz başa gələcək. Bu isə ümumilikdə Türkiyə bazarına müxtəlif mənbələrdən daxil olan qaz satıcılarına da təsirsiz ötüşməyəcək.
O ki qaldı Avropa bazarına, burada vəziyyət ruslar üçün hələ dumanlıdır. Azərbaycanın üstünlükləri çoxdur və yeganə məsələ enerji daşıyıcılarının Avropa bazarında qiyməti məsələsidir ki, bu da ümumi bir tendensiyadır. Yəni burada Rusiya bir amil kimi çıxış edir, diktəedici söz sahibi deyil».