vaxtlı-vaxtında oxuyun! Bazar, 5 may 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
STOLÜSTÜ  
11:20 | 6 noyabr 2013 | Çərşənbə Məqaləyə 3785 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Şahmatımızın qızıl üçlüyü

Azərbaycan idmanının məşhur xanımları indi haradadır?

A.QORXMAZ, modern.az

MÖVZU İLƏ ƏLAQƏLİ

Vaxtilə Azərbaycanı şahmat üzrə beynəlxalq yarışlarda təmsil edən məşhur xanımlar var idi – Aynur Sofiyeva, Firuzə Vəlixanlı və İlahə Qədimova. Sonralar onlar müxtəlif səbəblərdən karyeralarını vaxtından bir qədər tez başa vuraraq şahmat sahəsindən uzaqlaşdılar. Məşhur şahmatçı xanımların indi harada olduğunu araşdırmağa çalışdıq.

Əslən Qax rayonundan olan Aynur Sofiyevanın hazırda harada çalışdığı belə deyək, çoxlarına məlumdur. Keçmiş şahmatçı, eks-deputat hazırda məmurdu – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini vəzifəsində çalışır. BDU-nun Jurnalistika və Hüquq fakültələrini bitirmiş xanım Sofiyeva 1998-2000-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində aparıcı, daha sonra baş hüquq məsləhətçisi vəzifələrində çalışıb. İkinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2007-cı ilin mart ayından etibarən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışır.
Keçmiş SSRİ və Azərbaycan çempionu, beynəlxalq qrossmeyster A.Sofiyeva 2002-2007-ci il tarixlərində Azərbaycan Şahmat Federasiyasının prezidenti də olub. 
Məmur işi Aynur Sofiyevanın şahmatla məşğul olmağını məhdudlaşdırdığından o, bu sahədən uzaqlaşıb.
Aynur Sofiyeva keçmiş futbolçu, hazırkı məşqçi Yunis Hüseynovun həyat yoldaşıdır, 2 övladı var. 
Məlum olub ki, Bakıda anadan olmuş digər beynəlxalq qrossmeyster Firuzə Vəlixanlı şahmat fəaliyyətinə 2007-ci ildən fasilə verib. Azərbaycan şahmat yığmasının sabiq üzvü Firuzə Vəlixanlı hazırda həyat yoldaşı və uşaqları ilə birgə ABŞ-ın Nyu-York şəhərində yaşayır. 
Qeyd edək ki, Firuzə Vəlixanlı Bakı şəhərinin keçmiş meri, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) keçmiş prezidenti Fuad Musayevin gəlinidir. 
Firuzə xanımın həyat yoldaşı Tofiq Musayev ixtisasca hüquqşünasdır. Onların 3 övladı var: 2 oğlan və 1 qız. Cütlük uşaqlardan birinə babası Fuad Musayevin şərəfinə Fuad adı verib. 
Ötənlərdə ABŞ mətbuatına verdiyi müsahibəsində Firuzə Vəlixanlı həyat yoldaşı Tofiqlə İsveçdə tanış olduqlarını bildirmiş və evləndikdən sonra ərinin heç vaxt onun şahmat oynamağına, səfərlərə yollanmağına maneçilik törətmədiyini qeyd etmişdi. O, ev qayğıları, uşaqların tərbiyəsi ilə məşğul olduğunu əsas gətirərək daha şahmata vaxt ayırmağıma imkanının olmadığını bildirib. Şahmatçı xanımın həyat yoldaşı Tofiq Musayev Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyində çalışır. T.Musayev Azərbaycanın BMT-dəki daimi nümayəndəsinin müavinidir.
1975-ci il doğumlu beynəlxalq qrossmeyster İlahə Qədimova əslən Gəncə şəhərindəndir. Vaxtilə şahmat üzrə Azərbaycanın qadınlar komandasının ledirlərindən olmuş İ.Qədimova Bakıdakı Xarici Dillər İnstitutunu (hazırki Dillər Universiteti) bitirib. Daha sonra Maltada Diplomatik Kollecdə təhsil alıb. İ.Qədimova 2008-ci ildən sonra aktiv şahmat fəaliyyətindən uzaqlaşıb. 
İlahə Qədimova 90-cı illərin ortalarında Azərbaycan Xarici İşlər Nazirliyi sisteminə işə qəbul olunaraq diplomatik fəaliyyətlə məşğul olub. Azərbaycanın Avropa ölkələrindəki səfirliklərində, o cümlədən Maltadakı diplomatik korpusda çalışıb. 
Ötənlərdə mətbuata verdiyi müsahibələrindən birində İ.Qədimova diplomatiya işinə keçmiş xarici işlər naziri Həsən Həsənov tərəfindən dəvət olunduğunu deyib.
Məlumata görə, İ.Qədimova xarici vətəndaşla ailə qurub, onun Avropada yaşadığı bildirilir.