vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
GÜNDƏM  
20:40 | 18 aprel 2017 | Çərşənbə axşamı Məqaləyə 1200 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Səbirsizliklə gözləyirik»

«Avropa İttifaqı Azərbaycanla danışıqlara başlayır

MÖVZU İLƏ ƏLAQƏLİ

Gələn həftə Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi başlayacaq.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard jurnalistlərin danışlqların gündəliyində vizaların ləğvi ilə bağlı məsələnin olub-olmaması barədə sualının cavabında bildirib.

«Danışıqların geniş gündəliyi var. Biz bu çərçivədə bir sıra məsələləri müzakirə etməyə hazırıq. Danışıqların başlanmasını səbirsizliklə gözləyirik», o qeyd edib.

Xatırlayaq ki, aprelin 25-də Bakıda Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında yeni saziş üzrə danışıqlar başlayacaq. Danışıqların başlanması üçün «Şərq tərəfdaşlığı» məsələləri, Rusiya və Mərkəzi Asiya ilə əməkdaşlıq üzrə direktor Lyuk Devin Bakıya gələcək.