Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
17:18 | 18 mart 2018 | Bazar
Məqaləyə 2539 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Latviyanın sabiq prezidenti Valdis Zatlersin fikrincə, Rusiya-ABŞ münasibətlərinin kəskinləşməsi dünyanın müxtəlif bölgələrində təsadüfi, ola bilsin ki, lokal müharibələrə gətirib çıxara bilər.
«Hər iki tərəf yaranmış vəziyyətlə bağlı nəticələrdə mümkün qədər ehtiyatlı davranmağa çalışır. Suriya münaqişəsi əslində proksi-müharibədir və burada ABŞ-la Rusiyadan başqa İran, Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər dövlətlər vuruşur. Belə münaqişələrdə həll yolunu tapmaq çətindir», - dünyada gərginliyin artması ilə bağlı fikirlərini virtualaz.org-un əməkdaşı ilə söhbətində Zatlers belə ifadə edib.
Latviyalı siyasətçi güman edir ki, Moskvadan indiki dövrdə istənilən qeyri-adi hərəkəti, o cümlədən özünü izolyasiya etmək qərarını da gözləmək olar. Xarici siyasətin sadə rusiyalıların rifahına mənfi təsiri barədə hər hansı mülahizə nəzərə alınmayacaq.
«Vəziyyət belədir ki, SSRİ dağılandan sonra Rusiya artıq dünya birliyinə inteqrasiya olunub. Berlin divarını bərpa etmək alınmır. Dünyada artıq bir-birinə ideoloji zidd iki düşərgə yoxdur. Göründüyü kimi, Rusiya özünü izolyasiya yolunu tutub, lakin Avrasiya İqtisadi İttifaqı və KTMT üzrə müttəfiqləri də həmin yolla gedəcəklərmi? Bu təşkilatlarda hər bir üzv ölkənin xarici siyasətini seçmək hüququ var. Rusiya isə, dünyaya daha çox açılmaq əvəzinə, Şimali Koreyanın yolunu gedir», - siyasətçi bildirir.
Moskvanın hərbi ideologiyanı inkişaf etdirməsi xətti nə vaxtsa sabun köpüyü kimi partlayacaq. Son 50-60 ildə Rusiyanı heç kim təhdid etməyib, ərazisinə heç bir iddia irəli sürülməyib, hücum, yaxud sərhədlər üzrə mübahisə baş verməyib. Zalters qeyd edir ki, heç kəs Rusiyaya hücum etmək niyyətində deyil, lakin ölkədə hərbi əhval-ruhiyyə, buna baxmayaraq, artmaqda davam edir.
«Anlamaq olmur ki, Rusiya «şahinləri» kimə hücum etmək, kimi öldürmək əzmindədirlər. Düşmən ki yoxdur! Belə olan vəziyyətdə Rusiyanın qonşuları sakitliyi qorumalı və hərbi davranış tərzinə cavab verməməlidirlər. Yoxsa, doğrudan da, müharibə başlayacaq», - keçmiş prezident xəbərdarlıq edir.
O ki qaldı gərginliyin yeni səviyyəyə qalxmasına səbəb olmuş keçmiş QRU polkovniki Sergey Skripalın zəhərlənməsi ilə bağlı qalmaqala, Zatlers şübhə etmir ki, «bu, Rusiya prezidentinin xaricdə yaşayan rəqiblərinə siqnal idi: bizi kim satarsa, onu həmin aqibət gözləyir. İstənilən qeyri-loyallıq cəzalandırılacaq. Bu xəbərdarlıq, Qərbə hərbi gücün nümayişi kimi, Rusiyada prezident seçkilərinin ərəfəsində səsləndi».
Ceyhun NƏCƏFOV