
Mask-Tramp ayrılığı
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
Mişel Obama boşanma dedi-qodularını alovlandırdı
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Silahlanma, nüvə proqramı, siyasi yaxınlaşma və Husi hücumları yeni müharibənin siqnallarıdır
Yerli valyutalarla maliyyə əməkdaşlığının gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb
ABŞ-Çin qarşıdurması yeni mərhələyə keçir
Trampın tarif təhdidləri və FED gözləntiləri qızıl bazarını sabit saxlayır
NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi
ABŞ-ın mis vergisində geri addım ata biləcəyi ehtimal edilir ...
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Tramp bir çox ölkəyə 15–20 faiz ümumi gömrük vergisini təsdiqləyəcək
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
Yaponiya nadir torpaq elementlərinə çıxış istəyir
“Goldman Sachs”: “Yenidən riskli valyutaya çevrilə bilər”
Tramp: “Bizimlə əməkdaşlıq etmək əvəzinə qarşılıq verməyi seçdilər”
Siyasi çarxların fırlanması iqtisadi proseslərə də təsir edir, eyni zamanda, iqtisadiyyat da siyasi kursların, hədəflərin, strategiyaların müəyyənləşməsində böyük rol oynayır.
Siyasət və iqtisadiyyat – bu iki anlayış həm nəzəri cəhətdən, həm də praktiki səviyyədə bir-birinə qırılmaz tellərlə bağlıdır.Məhz buna görədir ki, dövlətlərarası siyasi-diplomatik əlaqələrdə iqtisadi maraqların diktəsinin izlərini görmək mümkündür.
Çünki dövlətləri ayaqda saxlayan onun iqtisadi sütunlarıdır və bu bünövrəni möhkəmləndirmək üçün xarici iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi vacibdir.
Ancaq iqtisadi-ticari münasibətlər nə qədər inkişaf etsə də, dünya gələcək maliyyə böhranlarından da sığortalanmayıb.
Belə həssas bir məqamda isə dövlətlərin xarici borcları sürətlə artır və bəzi ekspertlər bunun növbəti maliyyə böhranına gətirib çıxaracağını düşünür.
ABŞ, Çin, Yaponiya, İtaliya və Amerika kimi nəhənglərin xarici borclarının artması qlobal maliyyə perspektivi üçün xoş günlər vəd etmir.
Əslində xarici borcun çox olması qısamüddətli dövr üçün pis hesab oluna bilməz, lakin bunun fəsadları sonradan üzə çıxa bilər.
Risk o vaxt meydana çıxır ki, qlobal maliyyə siyasəti daha da sıxlaşır və o çox yavaş inkişaf edir.
Birinci hal artıq başlayıb desək, yanılmarıq. Proqnozlara görə, ikinci hal isə yaxın iki il ərzində reallaşacaq.
Analitiklərin hesablamalarına görə, faiz dərəcələrinin artması, iqtisadi inkişafın zəifləməsi, böyük xarici borclar növbəti tənəzzül üçün səbəb rolunu oynayır.
Beynəlxalq Valyuta Fondunun məlumatına görə, qlobal borclar 2016-cı ildə 164 trilyon dollara çatıb, bu isə qlobal Ümumi Daxili Məhsulun 225 faizidir. Bu rəqəm 2001-ci ildə 61.8 trilyon dollar olub.
Böyük məbləğdə borcu olan ölkələr siyahısında ABŞ liderlik edir.
Ən böyük ictimai və korporativ borcları olan ölkələr ABŞ (48.1 trilyon dollar), Çin (25.5 trilyon dollar) və Yaponiyadır (18.2 trilyon dollar).
2001-ci ildə xarici borcların həcmi 55.1 trilyon dollar idisə, 2016-c ildə bu məbləğ 119.2 trilyon dollar həcminə qalxıb.
Xarici borcların artması eyni zaman periodunda iqtisadi inkişafın qarşısını almır. İnkişaf etməkdə olan bazar iqtisadiyyatı 2001-ci ildə 6.4 trilyon dəyərində idisə, 2016-cı ildə bu rəqəm 43.9 trilyon dollar olub.
Bir çox hallarda, mərkəzi banklar maliyyə bazarları və iqtisadiyyatla bağlı olaraq likvidliyi azaltmaq barədə düşünmürlər.
ABŞ-ın Federal Ehtiyatlar Bürosu, “Bank of England” (İngilgərə Bankı) , Avropa Mərkəzi Bankı, və “Bank of Japan” (Yaponiya Bankı) qiymətli kağızların alqı-satqısına gətirib çıxaran rekord dərəcələrin azaldılması proqramlarını davam etdirir.
Beynəlxalq Valyuta Fondunun 2018-ci ilin aprel ayına olan maliyyə monitorinqində göstərilib ki, dünyada xarici borcda Ümumi Daxili Məhsulun faizi 2009-cu ilin rekordunu təzələyərək 12 faiz dərinləşib.
Bununla yanaşı, bildirilib ki, xarici ictimai borclar qlobal iqtisadiyyatda önəmli rola malikdir.
Bu rəqəmlərin kombinasiyası və tendensiyaların birləşməsi qlobal iqtisadiyyata və bazarlara birbaşa təsir göstərir.
Birincisi, ABŞ kimi böyük və genişlənən fiskal kəsirlərə malik ölkələr borclarını ödəmək üçün daha çox pul qazanmalı və alternativ bazarlara girməlidirlər.
Beynəlxalq Valyuta Fondunu proqnozlarına görə, ABŞ-ın fiskal kəsirləri qlobal bazarlara 5 faiz dəyərində ziyan vuracaq. Bunun 2019-cu ildə 5.9 faiz olacağı gözlənilir.
Daha çox pul təkcə Amerikaya yox, Belçika, İtaliya, Çin, Yaponiya, Portuqaliya və İspaniyaya da lazımdır.
Beynəlxalq Valyuta Fondu hesabatında aşkar şəkildə bildirir ki, həyəcan artan xarici borclarla bağlıdır.