Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
16:08 | 13 fevral 2022 | Bazar
Məqaləyə 1202 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Rusiya trilyon dollardan çox itki verib
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Kremlə gözlənilməz zərbə
Müharibə xərcləri ölkəni iflasa aparır
Belqrad 2026-cı ilin sonunadək vizasız rejimi ləğv edə bilər
Humanitar universitet Rusiya prezidentinin nəsil şəcərəsini tədqiq edəcək alim axtarır
Kremlin informasiya savaşında dəyişməyən tezis
Ölkədə yanacaq qıtlığı dərinləşir
Rusiya prezidenti bunun üçün 26 milyard dollar ayırdı
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Rusiyanın Ukraynaya hücum planı və gərginləşən vəziyyət bir çox dövləti seçim qarşısında qoyub. Belə dövlətlərdən biri də Yaponiyadır. Rusiya 2014-cü ildə Krımı ilhaq etdikdə rəsmi Tokio Qərb ölkələri qədər Rusiyaya qarşı sərt sanksiyalar qəbul etmədi. Çünki Yaponiya Rusiya ilə Kuril adalarınyla bağlı danışıqlarda müsbət nəticəyə ümid edirdi.
Yaponiyanın 20 ildə dəyişən baş nazirləri Kremli inandırmağa çalışırdılar ki, Rusiyaya aid olmayan 4 adanı yiyəsinə qaytarmaq və bunun əsasında iki ölkə arasında sülh sazişi imzalamaq lazımdır. Kreml Tokionu xeyli müddət süründürdü. Tokio güzəştə gedərək heç olmazsa SSRİ ilə Yaponiya arasında 1956-ci ildə imzalanan sazişin yerinə yetirilməsini gümdəmə gətirdi. Həmin sazişə görə dörd adadan ikisi Yaponiyaya qaytarılmalı və iki ölkə arasında sülh sazişi imzalanmalı idi. Ancaq Rusiya buna da getmədi və əksinə yeni Konstitusiyaya “torpaq güzəşti olmayacağına” dair bənd əlavə etdi. Bu halda Tokionun adaların geri qaytarılmasına olan ümidləri daha da azaldı.
Buna baxmayaraq, Tokio Moskva ilə dialoqdan imtina etməyib. Rusiya-Çin ittifaqı Tokionun maraqlarına cavab vermir. Tokio üçün qonşu Rusiya təhlükə deyil. Yaponiya onun üçün əsas təhlükə mənbəyinin Çin və Şimali Koreya olduğunu qəbul edir. Tokio ilə dialoqu davam etdirmək Kremlin də maraqlarına cavab verir. Bununla Kreml Çin siyasətini nisbətən balanslaşdırılmış olur. Kremlin Dehli ilə dialoqu da bu amilə əsaslanır. Ancaq Dehli və daha çox Tokio Vaşinqtonu strateji tərəfdaş kimi qəbul edirlər. Odur ki, Rusiya Ukraynaya hərbi müdaxilə edərsə, Tokio bu dəfə Vaşinqtonun yanında yer alacaq.