Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:35 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 760 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
ABŞ və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışırlar. Kreml sahibi Vladimir Putin sanksiyalardan çəkinsəydi 2014-cü ildə Ukraynanı parçalayıb Krımı ilhaq etməz, Donbas separatçılarına dəstək verməzdi. Sanksiyalar Putini qorxutmur, onu gələcək addımlardan çəkindirmir. ABŞ prezidenti Co Baydenin ilk elan etdiyi sanksiya qərarı Amerika şirkətlərinə Donbasla əlaqəni qadağan etməsidir. Putin bu cür sanksiyadan niyə qorxsun ki? Donbas böyük ərazi deyil ki, Amerika şirkətlərinin bu bölgədə fəaliyyətinə marağı olsun və əksinə Donbasın özünün Amerika yatırımlarına ehtiyacı yoxdur, nə gərəkirsə Rusiyadan əldə edəcək.
Kreml bundan sonra çalışacaq ki, dost dövlətlər Donbası Rusiya ərazisi kimi tanısınlar. Moskvanın əsas iki dövlətdən – Belarus və Çindən gözləntisi olacaq. Belarus prezidenti Aleksandr Lukaşenko Moskvadan tam asılı olmasına baxmayaraq, bugünə qədər Krımı rəsmən Rusiya ərazisi kimi tanımayıb, ilhaqdan sonra yarımadaya getməyib. İndi də Lukaşenko hadisələrin gedişatını izləyəcək.
Çinin özünün ərazi bütövlüyü və separatçılıq problemi var və məntiqlə Ukraynaya da eyni prizmadan yanaşmalıdır. Pekin uyğurlara qarşı ona görə mübarizə aparır ki, Çinin bölünməsinin qarşısını alsın. Pekin eləcə də Tibeti ciddi nəzarət altında saxlayır. Çin bundan başqa Tayvanla bağlı planı da var ki, adanın ona aid olduğunu iddia edir.
Buna baxmayaraq, Pekin Kremlin Donbası Ukraynadan qoparmasına səssiz qalıb. Halbuki, ərazi bütövlüyü prinsipini rəhbər tutan Pekin başqa ölkələrə münasibətdə də eyni prinsipdən çıxış etməlidir. Ancaq söhbət Rusiyadan getdiyinə görə Pekin seyrçi qalıb. Ukrayna və Qərb ölkələri BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb Rusiya əleyhinə qərar verməyə çalışırlar. Təhlükəsizlik Şurasında veto hüququna malik olan Çin buna imkan verməyəcək. Çinin BMT-dəki nümayəndəsi Çjan Tsyun bildirib ki, məsələlər danışıqlar yolu ilə həll olunmalıdır. Nə danışıq? Rusiya artıq separatçıları tanıyıb və geri addım atmayacaq, bu Ukraynanın parçalanması deməkdir. Diqqəti çəkən odur ki, Çin təmsilçisi Ukraynanın ərazi bütövlüyünə dəstək ifadə edən cümlə işlətməyib. Beləliklə, Qərbi ikili standartlarda ittiham edən Çin Ukrayna məsələsində özü ikili standartlardan çıxış edir.