Rusiya gəmisinin kapitanı həbs olundu
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
14:01 | 22 fevral 2022 | Çərşənbə axşamı
Məqaləyə 738 dəfə baxılıb
Şriftin ölçüsü
Göyərtədəki konteynerlərdə sanksiyaya düşən məhsullar tapıldı
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Rusiya trilyon dollardan çox itki verib
Trampdan Netanyahuya xəbərdarlıq
Belqorod yaxınlığında baş verən güclü partlayış nəticəsində xəsarət alanlar var
Rusiya xüsusi xidmət orqanları mühafizə üçün yaradılmış müşahidə sistemini söndürüb
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Kreml Cənubi Qafqazdan Mərkəzi Asiyaya qədər olan nüfuzunu qaytarmağa çalışır
Ermənistanda qutudan kim çıxacaq ...
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
Kremlə gözlənilməz zərbə
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Rusiya Təhlükəsizlik Şurasının iclasında qondarma “Luqansk və Donetsk respublikaları”nın tanınması qərarı qəbul olundu. Putin son qərarın bu gün veriləcəyini açıqlayıb və Moskva bununla Krımdan sonra Luqansk və Donetskin ilhaqı ssenarini işə salmış oldu.
Separatçıların “müstəqilliyinin” tanınması Minsk razılaşmasının ləğv olunması deməkdir və bu, geosiyasi qarşıdurmada daşları yenidən qarışdırır.
Ukrayna cəbhəsində başlanan ABŞ-Rusiya qarşıdurmasında Minsk razılaşması Fransa və Almaniya üçün “xilas yolu” idi: Paris və Berlini narahat edən təkcə Avropanın enerji təhlükəsizliyi kimi məsələlər deyil, həm də və ən vacibi güc balansının bölüşdürüldüyü bu prosesdə maraqları nəzərə alınan tərəf yox, iki cəbhə arasında seçim etməyə məcbur olan tərəfə çevrilməsidir; ABŞ-ın əsas hədəfi əvvəldən Avropanı rus təhlükəsinə qarşı öz çətiri altında birləşdirmək idi, Paris və Berlin buna qarşı Minsk razılaşmasının icrasına nail olmaq, bununla ABŞ-ı prosesdən kənarda saxlamaq, Rusiyanın ordu və qazla yaratdığı riski aradan qaldırmaq istəyirdi; xüsusilə Avropanın yeni lideri olmaq istəyən Makronun son günlər intensiv diplomatik trafiki buna hesablanmışdı; bu gün Makronun Putin və Bayden arasında sammitin keçirilməsi təklifi və buna razılığın verilməsi güc bölgüsündə maraqları nəzərə alınan tərəf olmaq istiqamətində böyük irəliləyiş hesab oluna bilərdi;
Və Putin separatçıların “müstəqilliyini” tanımaq məsələsi ilə daşları yenidən qarışdırdı:
- Avropanın ABŞ-Rusiya qarşıdurmasında tərəfə çevrilməmək yönündəki manevr imkanlarını daraltdı;
- ABŞ-ın Avropanı anti-Rusiya cəbhəsində birləşdirmək üçün istifadə etdiyi “rus təhlükəsi”nin reallığını ispatlamış oldu;
Putin bu gün ruslara müraciətində böyük ehtimalla separatçıların tanınmasını elan edəcək.
Prosesi bu istiqamətdə inkişafı Fransa və Almaniyanın son kartının da əlindən çıxması, ABŞ-ın anti-Rusiya cəbhəsində birləşməyə məcbur olması deməkdir. Moskva üçün siyasi baxımdan sərfəli görünməyən bu situasiya Vaşinqtona sərf edir və sual yaranır: ruslar amerikalıların əlinə oynadı?
Mümkündür ki, Putin hərbi-siyasi manevrlərinin nəticə verməyəcəyini anladığı üçün sona saxladığı işi önə çəkir və prosesdən qazanclı çıxmaq istəyir.
Lakin Minsk razılaşmasının pozulması və Avropanın düşdüyü situasiya fonunda nə qədər konspiroloji səslənsə də “ruslarla amerikalılar anlaşıb” kimi nəticələr də çıxarmaq mümkündür.